Giriş
Bağla

"Qarlı dağ" tortu (foto resept)

MƏTBƏX / Tortlar

Tərkibi:

3 ədəd yumurta

 1 ,5 st şəkər tozu

300 qr yağ

4,5 st un

3 x/q xama

0,5 ç/q soda


İçlik üçün

30-40 ədəd qara gavalı

30-40 ədəd qoz ləpəsi

250 qr şərab və ya içki


Krem

300-400 qr yağlı xama

200 qr qaymaq

2 st şəkər tozu


Bəzəmək üçün 

200 qr ağ şokalad

200 qr qara şokalad


Hazırlanması:

Əvvəlcə təmizlənmiş qara gavalı bir gün əvvəl şərabda isladılır.

 

Yumurta şəkər tozu ilə çalınır və soda əlavə edilir.

 

 

 

Un əlavə edilir,yağ doğranılır.

 

 

 Un qarışığı, xama, yumurta qarışığına əlavə edilib xəmir hazırlanılır.

 

 

Qara gavalının içinə qoz ləpəsi qoyulur.
Xəmiri kiçik hissələrə ayırıb,  yumru girdələr hazırlanılır.
Hər girdənin ortasına gavalı qoyub yumurulayırıq.
Hazır girdələr kağız üzərinə yığılır.
Hazır girdələri soyuq yerdə hazırlamaq lazımdır ki, girdələr boşalmasın və bişirərkən çox qurutmaq lazım deyil.
180 dərəcədə, 15-20 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Qaymaq şəkər tozu ilə çalınır, şəkər tozunu azaldıb, çoxaldmaqda olar.
Xama az-az əlavə edilib, krem alınana qədər çalınır.
Tortu hazırlamağa başlayaq. İstəyə görə girdələri kremləyib təpə və ya dağ forması verərək yığırıq,
 və ya oval bir qaba sellefon sərib şəkildə gördüyünüz kimi yığırıq.

Gördüyünüz kimi girdələr bu qayda ilə yığılır.

Soyuducuda  saxlanılır, gecədən hazırlayıb qoyulsa daha yaxşı olar.
Tortu soyuducudan çıxarıb, tərs geniş boşqaba çevrilir.
Qara şokalad su hamamında əridilir, üzərinə azca bitki yağı əlavə edilib qarışdırılır.
Əridilmiş şokalad tortun üzərinə yayılır.
Ağ şokalad sücgəcdən keçirilir və ya bıçaqla xırdalayıb tortun üzərinə səpilir.
Qarlı dağ tortumuz hazırdır.
Nuş olsun!
 ( tərcümə edilib )


Şərhlər (124)

Ulka1983 Ulka1983 15 June 2015 23:38 Cavab yaz

cox qeweng bir torta benziyir ellerinize sagliq
Sadəcə Azər Sadəcə Azər 26 April 2015 00:34 Cavab yaz

Azadə Həbibzadə
Gavali sevmirem gavalisiz etmek olar

mencede
virtual dərslər virtual dərslər 16 April 2015 20:01 Cavab yaz

Gavali sevmirem gavalisiz etmek olar
rovsane_82 rovsane_82 19 March 2015 16:15 Cavab yaz

Çox sağ olun resept üçün dadlı torta oxşayır.
HELEKД° YOXDUR HELEKД° YOXDUR 12 March 2015 13:39 Cavab yaz

Ellerine saqliq cox beyendim
HELEKД° YOXDUR HELEKД° YOXDUR 7 March 2015 16:56 Cavab yaz

Dadli görunuşu var.
gunay36 gunay36 5 February 2015 08:59 Cavab yaz

Ferqli bir reseptdir. Tesekkurler.
zehra_211 zehra_211 11 January 2015 01:20 Cavab yaz

Cox maraqlidi tesekkur edireem

Aaa seraba hec fikir vermemisdim onu sire ile evez etmek olar yeqinki
Xanim_Xatun Xanim_Xatun 20 December 2014 21:31 Cavab yaz

Formaca panco tortuna bənzədi...

QADIN.AZERI QADIN.AZERI 4 December 2014 20:56 Cavab yaz

Ne dadli tortdu bu,lap istedimee girl_cray
ESNA_2012 ESNA_2012 21 November 2014 12:08 Cavab yaz

Bu nə qəşəng , qeyri adi hazırlanışı olan tortdu əla çox bəyəndim
Lale_LR Lale_LR 20 November 2014 23:03 Cavab yaz

Bunu doğramaq olur görəsən?Məncə peçenye kimi qalsa da dadlı olar

Bunu doğramaq olur görəsən?Məncə peçenye kimi qalsa da dadlı olar
Biricik72_88 Biricik72_88 16 November 2014 18:27 Cavab yaz

A.N.A,
Məndə görməmişdim. Xoşum gəldi. Vaxt çox aparmırki? belay
zehra 2013 zehra 2013 6 November 2014 01:45 Cavab yaz

Bu mene cox maraqli geldi,gorunusude maraqlisi
A-N-ar (Realist) A-N-ar (Realist) 6 November 2014 01:08 Cavab yaz

Bu torta niyə, indiyə kimi, fikir verməmişəm?! Məəttəl qaldım. Hazırlayacam, ancaq şərabı, albalı şirəsi ilə əvəz edəcəm. Təşəkkürlər.
LEMAN HUSEYNLI LEMAN HUSEYNLI 1 November 2014 16:53 Cavab yaz

Bundan bisrmisdi xalam
♥♥AyKa♥♥ ♥♥AyKa♥♥ 28 September 2014 20:01 Cavab yaz

Beh beh sizden ela tortlar cixir
elvira.melek.589 elvira.melek.589 14 June 2014 15:22 Cavab yaz

Super təşəkkür
totu92 totu92 26 April 2014 19:10 Cavab yaz

Ela,tesekkurler
star yagmur star yagmur 26 April 2014 19:04 Cavab yaz

super gorunur give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика