Giriş
Bağla

Uşaqlarda autizm xəstəliyi

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Uşaqlarda autizm xəstəliyi

Autizm nədir?

 Bu xəstəlik haqqında hər bir qadın bilməlidir,çünki uşaqla, anadan çox təmasda olan yoxdur!Autizm uşaqlarda  ana bətnində yarana bilər və yaxud zərbədən sonradan  baş verə bilər.Belə uşaqlarda hələ körpəlikdən hiss olunur ki,nə isə çatışmamazlıq var.Körpə olarkən hər ana ovladına verdiyi nəvazişə balasından cavab alır,o anasına gülümsəyərək sanki səni hiss edrəm deyir .Lakin autik olan uşaqlar anaya heç bir reaksiya verə bilmirlər.1 yaşdan sonra isə onlar daima özlərinə qapanır,yumordan kənar olurlar,hətta gulməli bir hadisəyə belə nadir hallarda reaksiya verib gülürlər,hər hansı bir hərəkəti dəfələrlə təkrarlayırlar,əgər bir söz demək istəyirlərsə hər iki əllərini bir-birinə vururlar və bu hərəkətdən yorulmurlar.
Peşəkarların fikrincə autik uşaqları xəstə adlandırmaq olmaz,çünki onlar qeyri-adi istedada malik olurlar.Belə uşaqların böyüyəndən sonra rəssamlığa,musiqiyə,poeziyaya,riyaziyyata həvəsləri olur.Belə xəstə uşaqların valideynləri övladlarını sağalmaq, inkişaf etmək üçün xüsusi autik uşaqlarla məşğul olan peşəkarların onlarla məşğul olmasına razı olmalıdırlar.Aparılan tədqiqatlar göstərir ki,belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər!Ya peşəkarların proqramlarından istifadə etmək lazımdır,ya da peşəkarların öhdəsinə verilməlidir.Bu zaman onların içində olan istedad üzə çixacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar. 

Uşaqlarda autizm xəstəliyi

Uşaqlarda olan təhlükəli sindromları necə müəyyən etmək olar:

Bəzən analar autik uşaqları kor uşaqlarla qarışdırırlar,çünki belə uşaqların harasa baxmaq diqqəti sıfırdır,onlara heç nə maraqlı olmadığı üçün seyr etməyi,diqqətlə kiməsə baxmağı bacarmırlar.Hətta ananın dediyinə görə uşaq doğma anasına belə diqqət vermir,lakin həkim uşağı yoxlayandan sonra məlum olur ki uşaq autikdir.Həkim ilk əvvəl uşağın işığa reaksiyasını yoxlayır pəncərədən gələn işığa yaxud lampa işığına uşaq baxır,lakin autik uşaqlar uzun müddət işığa dözə bilmədiyi üçün onlar qaranlığı sevir,çünki işıq onları daha da gərginləşdirir.

Daha bir əlamət:

Autik uşaqlar oyuncaqlarla oynaya bilmir,masını sürmək lazımdır-bunu normal uşaq anlayan zamandan artiq xüsusi səslərlə "ğın-ğın"edib maşın sürür,yaxud da hər hansı bir heyvanı görən kimi onun çıxartdığı səsiylə valideyninə o heyvanı tanımış olduğunu çatdırır.Lakin autik uşaqlar isə oyuncaqları tanımır,onun nə üçün olduğunu bilmir.Məsələn:maşını sürmək əvəzinə top kimi istifadə edir atıb-tutur,heyvanlardan olan oyuncaqlara gəlinciklərin paltarlarını geyindirir və s.

Hər uşaq oyun oynarkən anasının onunla oynamasına sevinir,bərabər oynarkən çox xoşbəxt olduğunu göstərir.Lakin autik uşaqlar təkliyi sevdiyi üçün onlara anayla oynamaq da xoş olmur,yersiz ağlamağa başlayırlar.Belə uşaqlar qonaq gedərkən,yaxud da parkda olarkən,yəni tanımadığı insanlarla rastlaşarkən çox gərgin olur,hətta uşağın otagında mebelin yerini dəyişmək belə onu depressiyaya sala bilər,çünki uzun müddət həmin şəraitə öyrəşə bilmir.Buna görə də belə uşaqların otaqda nəyi varsa onun yerini dəyişdirmək qəti olmaz.

 Əziz valideynlər, bu xəbəri oxuyub heç də qorxmayın, çünki bizim sağlam, lakin dəcəl balalarımız da oyuncaqların başına min bir oyun gətirir, xəstə uşaq sırf bu xəbərdə təsvir edildiyi kimi olur.

Autizmin simptomları:

Əgər uşaqlarımızda,yaxınlarımızın uşaqlarında bu xüsusiyyətləri görürüksə dərhal həkimə müraciət etməyimiz məsləhətdir.
-uşağı adıyla belə cağırırlar,lakin cavab vermir, bu onun diqqətini qətiyyən çəkmir.
-nə istədiyini deməkdə çətinlik çəkir,bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır.
-danışıq inkişafı geridə qalırsa,sözləri tələffüz edə bilmir.
-böyüklərin heç bir göstərişini izləmir,diqqət vermir,heç nə öyrənmək istəmir.
-anaya tualet istədiyini demir yüngül, ağır işlərini şalvarına edir.
-1-yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir(əl-qol atmaq,anaya qol açmaq,)
-belə uşaqlar tək oynamağı sevir,uşaqlardan qorxur.
-bəzən öz-özünə əzab verirlər,əllərini kəsirlər bilərəkdən,ayaqlarını cızırlar.çünki onlar ağrı hiss etmirlər.
Bu halda ana ən yaxşı həkim ola bilər.Ana nə etməlidir?

Uşaqlarda autizm xəstəliyi

Autik uşaqlar ana sevgisinə,nəvazişinə,diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar,lakin onlar autik olduqları üçün bunu hiss etdirə,biruzə verməyi bacarmırlar.Onlar analarından hər zaman butun xüsusiyyətlərinə görə səbr və məhəbbət umurlar,bəzən analar buna səbr etməyi bacarmırlar,sonunda bu 1-2 aylıq və ya az müddətdən sonra keçən bir xəstəlik deyil,ananı da qınamaq olmaz.Lakin belə analar övladlarının tez sağalmasını istədikləri üçün bütün əzaba dözə bilirlər.Hər şeydən əvvəl yuxarıda yazılanları ana öz övladında hiss edirsə,dərhal həkimə müraciət etməlidirlər.
-Müalicəyə dərhal başlamaq lazımdır,autizmdən əzab çəkən uşaqlarla xususi məşğul olmaq lazımdır,mütəxəssislərin yanına aparmaq mütləqdir.Davranışın korreksiyasının müxtəlif metodikaları mövcuddur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekti verə bilər.Fizio-əmək terapiyası, loqopediya uşağın spesifik xüsusiyyətlərinə görə təyin edilib.Bütün bunlar həmin uşaqlara olduqca çox kömək edir.
-Uşaq çağırırkən baxmır,lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır.Səbrlə edilərkən nəticəsi uğurla sona yetir,artıq uşağ çağırırkən baxır,hər hansı bir göstərilən əşyaya diqqət edir.Bunun üçün ana ilk əvvəl uşağa adını,valideynlərinin adlarını,bacı-qardaşının adlarını öyrətməlidir.
-Uşağın əlinə çox götürdüyü, lakin düzgün oynaya bilmədiyi oyuncağını götürüb onunla necə oynamaq lazımdır və adı nədir,uşağa başa salmaq lazımdır.Əgər heyvan oyuncağıdırsa ana onun ev heyvanı,çöl heyvanı oldugunu uşağa başa salmalıdır.
Autizm ağır və yüngül şəkildə ola bilir.Yüngül şəkildə olan xəstəlik ana və övlad arasında keçirilən düzgün kurslar sayəsində sağalır.
Ağır şəkildə ola autik uşaqları mütləq həkimə, xüsusi peşəkarların yanına aparmaq lazımdır.
Aşağıda baxacağımız videodakı uşaq da bu xəstəlikdən əziyyət çəkir.Buyurun izləyin.
Əziz Qadın.Netlilər, Allah bizi bu xəstəliklə sınağa çəkməsin,inşAllah!Məlumatımız olsun deyə bu xəbəri hazırladım!Hamınıza sağlam övlad diləyi ilə...



Şərhlər (38)

Lale_LR Lale_LR 20 November 2014 05:12 Cavab yaz

Allah qorusun,diqqətli olmaq lazımdır
BətГјl BətГјl 20 August 2013 07:44 Cavab yaz

ALLAH bütün balaları qorusun. Xətadan bəladan hifs eləsin. Bizimkiləri də onların içində. Amin
yagmur_damlasi yagmur_damlasi 28 July 2013 07:37 Cavab yaz

Allahdan arzum her birinize saglam ovlad nesib etsin,Allah hec valideyne bele dag gostermesin.
Xelilova.M Xelilova.M 13 May 2013 23:38 Cavab yaz

[ cray HEC KIMDA BILMIR KI SABAH NA OLACAQ
ST_EWQIM ST_EWQIM 18 April 2013 00:28 Cavab yaz

ALLAHhec bir valideyini uwagi ile imtahana cekmesin
AMIN
MAYA EL MAYA EL 2 April 2013 11:50 Cavab yaz

Allah heç bir valideyini övlad xəstəliyi ilə imtahana çəkməsin
Arzum89 Arzum89 1 April 2013 23:09 Cavab yaz

tewekkurler allah hec kime gorsetmesin amin recourse
Fidan.Memmedova Fidan.Memmedova 10 March 2013 14:43 Cavab yaz

ALLAH hamini bu cur xesteliklerden qorusun
mexbube mexbube 5 March 2013 17:48 Cavab yaz

Allah hec bir valideyni peşman etməsin
Allahdan arzu edirəm ki Mənə sağalm övlad qismət etsin Amin!
yagmur_damlasi yagmur_damlasi 5 March 2013 15:40 Cavab yaz

Almaz baci cox minnetdaram sene,xeberimi bele tesirli,duzgun hazirladigin ucun.
Qizlar haminiza tesekkur edirem,yazan elelriniz var olsun.

а®њUniqueВ Womanа®њ,
Allah rehmet elesin canim,heyf.
HayatВ Mamedova,
tamamile duz qeyd etmisiniz,ele men de bu xeberi onun ucun hazirladim.

FIRUZA,
canim yuxarida qeyd etmisem ki,asan ve cetin veziyyetde olur xestelik.asan veziyyetli xestelik tebii ki,sagalir.
Aysel Huseynova Aysel Huseynova 5 March 2013 12:12 Cavab yaz

Tesekkurler bacim. Maraqlı xəbər idi. Allah qorusun belə xəstəliklərdən usaqlari
girl_1989 angel girl_1989 angel 5 March 2013 01:10 Cavab yaz

Allah hec kese ovladi ile,ezizleri ile,oz can sagliglari imtahan etmesin.allah her kesin evinden bele dertleri uzaq elesin.Ovladlarimizida Allah ozu qorusun.Amin.twk bele xeberlere gore Yagmur.
Biricik72_88 Biricik72_88 5 March 2013 00:56 Cavab yaz

qohumlarımızdan birinin uşağı elə idi yaxınlarda dunyasını dəyişdi(((
ALLAH heçkimə göstərməsin AMİN! AMİN! AMİN! girl_ang
Təşəkkürlər bacım
DЖЏNД°Z DЖЏNД°Z 5 March 2013 00:41 Cavab yaz

məlumatım yox idi teşekkürlər məlumatlandırdıqın üçün
heyatim_san heyatim_san 5 March 2013 00:40 Cavab yaz

melumatim var bu xestelik haqda.uwaqlariniza bigane yanawmayin.korpedi deyib kecmeyin.cunki korpelikden ve ya doguwdan olan bir xestelikdi.korpe bele olsa reaksiyalarina fikir verin.
berrin berrin 5 March 2013 00:37 Cavab yaz

doqrusu bu xesteliyin olmasini bilmirdim amma hec anaya Allah gostermesini bu derdi mualicesi var de yeqin? bully
a.angel a.angel 5 March 2013 00:06 Cavab yaz

xəbər üçün çox sağ olun.məlumatım azca var idi.Allah bütün balaları qorusun.amin
raya-23 raya-23 4 March 2013 23:05 Cavab yaz

bu xəstəlik haqqinda eşitmişəm amma belə ətrafli bilmirdim..Allah hec bir anani bala ilə sinaga cəkməsin.. girl_ang
Sumeyya_Musevi Sumeyya_Musevi 4 March 2013 22:05 Cavab yaz

Allah komeyin olsun.cox gozel fikirdir bu hagda melumatlandirmag.Allah uzaq elesinin yerine gelin ALlah bu xestelikde olan balalarin ve analarin komeyi olsun.Sebr versin
Ryos Ryos 4 March 2013 21:57 Cavab yaz

ay ALLAH uzaq elasin..ama melumatim yox idi..melumata gore cox saqol bacim.....ALLAH balalarimizi bela xesteliylerden qorusun..
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика