Giriş
Bağla

İtaliyaya səyahət (I hissə)

MÜXTƏLİF / Səyahət

İtaliya 1861-ci ildə milli birliyini təmin edənə qədər vahid bir ölkə deyildi. İtaliya torpaqlarında mövcud olan kiçik dövlət krallıqlar bir-birindən hiss olunacaq dərəcədə fərqli mədəniyyətə malik idilər. Bu səbəblə hazırkı italyan ənənəsi, ya da italyan mənşəli olaraq adlandırılan şeylər bölgə mənşələrinə görə ayrıla bilər. İtaliyanın Avropanın mədəni tarixi irsinə təsiri çox böyükdür. Roma İmperatorluğu kimi dünyanın köklü dövlətlərinə ev sahiblliyi etmiş olmasının  xristianlığın ən əhəmiyyətli mərkəzi Vatikanın burada yerləşməsinin nəticəsi olaraq İtaliya mədəni irs elementləri baxımından son dərəcədə zəngindir. İtaliya hal-hazırda YUNESKO-nun 44 Dünya Mədəniyyət Mirası sahəsində ev sahibliyi edərək birinciliyi əlində tutmaqdadır.

Collesium:

İtaliyanın paytaxtı Romada olan Roma deyilincə ilk ağıla gələn tarixi abidədir. Flavianus amfiteatrı olaraq da tanınır.
E.ə. 72-ci ildə məşhur bir komandir olan Vespasianus tərəfindən inşasına başlanmışdırCollesiumun (Kolizeyin) inşası 20 min işçi tərəfindən 10 il müddətində tamamlanmışdır. Arenanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri çox qısa bir müddətdə dolub boşalan olmasıdır. Ən çox qladiator döyüşlərilə xatırlanan arenada, çox təəssüf ki, 2000-dən çox qladiator ölmüşdür.
Bura illər boyunca arena olaraq istifadə edilmişdir. İmperatorlar burada Roma xalqını əyləndirmək üçün bir az da öz əyləncələri üçün qladiator döyüşləri təşkil edirdilər. Qladiator döyüşləri ilə bərabər xalq nümayişləri, təqlid dəniz döyüşləri, heyvan ovçuluğu, drammatik edamlar, məşhur döyüşlərin yenidən canlandırılması, klassik mifologiyaya əsaslanan dramlar nümayiş olunurdu.
Collesium (Kolizey) daha sonra dini ərazi, daş ocağı, sığınma yeri, dükanları və  Xristian türbəsi kimi müxtəlif məqsədlər üçün istifadə edildi. Əsl adı əvvəllər Arena ikən, sonradan, girişdəki heykəlin adını aldı. 7 İyul 2007-ci il tarixində isə Dünyanın Yeni Yeddi Möcüzəsindən biri seçildi.
Hal-hazırda zəlzələ səbəbilə xaraba vəziyyətində olmasına baxmayaraq, Collesium (Kolizey) Roma İmperatorluğunun uzun zamandan bəri ikonik simvolu hesab olunur. Bu gün müasir Romanın ən çox turist diqqəti cəlb edən yerlərindən biridir.

Sistina Şapeli:

Romada olan və Xristianların dini mərkəzi olan Vatikanda Sistina Şapeli. Vatikan Muzeyinin ən göz oxşayan hissələrindən biridir və eyni zamanda Katolik Kilsəsinin lideri Papanın rəsmi iqamətgahı xüsusiyyətini daşıyar.

Şapelin divarlarını məşhur italyan İntibah rəssamları olan Botticelli, Perugino, Signorelli və Ghirlandaionun rəsmləri bəzəyir.
Şapelin ən əhəmiyyətli əsərləri Michelangelonun məşhur Adəmin yaradılışı və qiyamət günü freskləridir.
Vatikan Muzeyi:

Romanın ən görkəmli muzeylərindən biridir və bu muzeydə 1400 otaq vardır.
Venesiya Meydanı:
Nisbətən yeni hesab olunan və məşhur bir memarlığa malik olan bu meydanı Romanın incisi adlandırmaq olar. 1870-ci ildə tamamlanmışdır və həm də Emmanueli adı ilə də tanınır.
Piazza Navona:

Romada olan məşhur meydanlardan biridir. Hər addımda qədimiliyi xatırladan bu meydanda daha çox barok arxitekturası hiss olunur. Bu meydanda həm də köhnə bir quruluşa malik olan kilsə mövcuddur. Piazza Navonanın ən gözəl saatları əslində gecə saatlarıdır. Pantomim nümayişləri, canlı musiqilər, küçə rəssamları falçılarla dolub daşan meydanda həm əylənib, həm tarixi hiss etməniz mümkündür.
Trevi Bulağı:

Fontana Di Trevi adlarıyla da xatırlansa da, daha çox istifadə edilən adı Eşq Bulağıdır. Bulağın tarixi İmperator Augustus dövründə başlayır. Hekayə, su axtaran əsgərlərə su mənbəyinin yerini göstərən bir qızın əfsanəsinə əsaslanır. İmperator Augustusun kürəkəni Agrippa, axan suyu Vergine su kəməri ilə Pantheona qədər çatdırmışdır.

Pantheon Məbədi:


Pantheon Romada Marcus Agrippa tərəfindən bütün tanrılara həsr edilmiş olan məbəddir. İmperator Hadrian tərəfindən təkrar inşa etdirilmişdir. Pantheon yunancada "bütün tanrılara" mənasını verir. Bütün Romada mövcud olan qədim abidələr içərisində ən yaxşı qorunmuş olanıdır.

VII əsrdən bu yana xristian kilsəsi olaraq istifadə edilən Pantheon eyni zamanda Romadakı ən qədim qübbəli binadır. Romanın ən əhəmiyyətli simvollarından biridir.
Murano adası:

Bu adaya Venesiyanin mərkəzindən kiçik gəmilər vasitəsilə yarım saat ərzində çatmaq olar. Murano adası şüşələriylə məşhurdur. Adanın tarixi çox qədim dövrlərə qədər gedib çıxır.

Grand Canal:

Buraya Venesiyanın ana prospekti deyilir. Venesiyada yerləşən Böyük Kanal şəhərdəki əsas su nəqliyyat koridorudur. Tərs bir S şəklində olan kanalın uzunluğu 3800 metr, eni 30-70 metr orta dərinliyi 5 metrdir.

Rialto körpüsü:

Venesiya şəhərində olan Rialto körpüsü, Böyük Kanal üzərindəki ən qədim körpüdür. Antonio Da Ponte tərəfindən hazırlanan körpü daşdandır tək kəmərlidir. Venesiyanin hər iki sahilini bir-birinə bağlayan çox böyük bir körpüdür. Yalnız körpü demək səhv olar əslində, buraya hər zaman şən bir ticarət məkanı olaraq da baxmaq lazımdır. Bir-birindən gözəl maskalar, şüşə əşyalar, ayaqqabılar, çantalar  oyuncaqlar...

San Marco Bazilikası:

San Marco Bazilikası (Basilica di San Marco a Veneziaİtaliyanın Venesiya şəhərində San Marco Meydanında yerləşən  inşası 1617-ci ildə tamamlanan Bizans Gothic memarlıq izlərini daşıyan Katolik kilsəsidir.
Respublikanın dövlət kilsəsi olan bazilika San Marconun sümüklərini qorumaq məqsədiylə inşa edilmişdir. Soğan şəklindəki qübbəsi xaç şəklindəki strukturu ilə olduqca fərqli bir görünüşü olan tikili "qızıl kilsə" adı da almışdır.
San Marco Meydanı:

Venesiya şəhərində olan San Marco Meydanı (Piazzetta Di San Marcoşəhərin görülməsi lazım olan yerlərinin başında gəlir. Şəhərin ən gözəl binalarından Sansoviane Kitabxanası, Dükler sarayı St.Marco Kilsəsi ilə əhatələnən bu geniş sahə əvvəllər bazar yeri olaraq istifadə edilmişdir, lakin 1536-cı ildə sahənin təmiz tutulması məqsədi ilə bazar qurulması qadağan edilmişdir.
Pitt sarayı:

Arno Çayının cənubundakı Pitt sarayı XV əsrdə Luca Pitt tərəfindən inşa etdirilmişdir. 1549-ci ildə isə Medici ailəsi tərəfindən satın alınmışdır.
 
Ardı var...



Şərhlər (52)

Sadəcə Azər Sadəcə Azər 24 June 2015 00:59 Cavab yaz

coox maraqli gezinti oldu tesekkur size girl_smi
Pervane01 Pervane01 28 January 2015 16:32 Cavab yaz


İtalya çox gözəl şəhərdir. Ən çox gedib gəzmək istədiyim yerdir.

Elə məndə istərdim getmək.Allah qismət eləsin inşallah.
QADIN.AZERI QADIN.AZERI 4 December 2014 23:36 Cavab yaz

Maraqli idi tesekkurler
ulka-894 ulka-894 22 November 2014 13:40 Cavab yaz

Gezib gormek istediyim olkeler sirasinda italiya birincidir
Deniz84 Deniz84 22 November 2014 13:07 Cavab yaz

İtalya çox gözəl şəhərdir. Ən çox gedib gəzmək istədiyim yerdir.
zehra 2013 zehra 2013 25 October 2014 13:22 Cavab yaz

Cox gozel ve mataqli yerlerdi,ne gezerdim buralarda,gezmeyi cox sevirem
gozel eliyeva gozel eliyeva 7 May 2014 16:17 Cavab yaz

Ay ozumu lap orda hiss etdim insallah yayda getmek isteyirem seyahet etmeyi sevirem
nilu nilu 26 December 2013 10:55 Cavab yaz

ALLAH HAMIYA NESIB ETSIN BU GOZELLIKLERI GORMEYE
www.guler1994 www.guler1994 12 September 2013 22:41 Cavab yaz

Bura gederdim
Aficka_87 Aficka_87 12 May 2013 11:10 Cavab yaz

gedib gezmeseyde melumatlandiq en esasi gezmiw kimi olduq request
MAYA EL MAYA EL 28 March 2013 13:30 Cavab yaz

çox maraqla oxuyub seyr etdim çox saq olun qiyabi olsada çox xoş oldu
nezis nezis 17 March 2013 10:20 Cavab yaz

coox maraqli gezinti oldu tesekkur size girl_smi
Niko_F Niko_F 9 March 2013 23:56 Cavab yaz

bizim balkon gül iyi verir

o apartmanda o balkonda olmagi cox isterdim dogrusu...menim ruh ekizim harda yashayir nece yashayir goresen,hercend evin icini hetta Umid ozunu "atdigi" balkonu gormushem, biggrin aaaaz olmuya o balkonunuz gul iyi verir az ?Canim Umidim,yadindadi ?nece qorxmushduq.... wassat
Louis Vuitton Louis Vuitton 9 March 2013 23:49 Cavab yaz

Romada böyük məmuniyyətlə olmaq istərdim girl_ang Mikuş, sağ ol, qiyabi də olsa gəzdik girl_smi
best_of_all best_of_all 9 March 2013 23:47 Cavab yaz

az senin o Weideninden guya gul iyi gelir,

Weiden olmasa da bizim balkon gül iyi verir ireful
Niko_F Niko_F 9 March 2013 23:43 Cavab yaz

Inandirim seni,baligin iyinden adam istiyir ele aeroportdan qayida,Nutellaaaa onnansa bize gel

bilirem az ora iy verir,az senin o Weideninden guya gul iyi gelir,rutubetdi dana ))))heyf deeel Bakiii?Qurban olaram eee gul kimi Bine kendime)))yashayiram aeraportun viyyviyy samalyotlarinin ses arasinda))sesinden geceler yata da bilmirem...... dash
leyla 8 leyla 8 7 March 2013 08:36 Cavab yaz

Qeyd etdiyim kimi İtaliya sevdiyim ölkələrdən biridir...təşəkkürlər i_am_so_
best_of_all best_of_all 7 March 2013 05:46 Cavab yaz

heee,dogma Italiyamiz))))) ama ölkedi,sheher deyil blush

.Menim en boyuk arzularimdan biri Venessiyaya getmekdi..

Inandirim seni,baligin iyinden adam istiyir ele aeroportdan qayida,Nutellaaaa dash onnansa bize gel gamer
yagmur_damlasi yagmur_damlasi 5 March 2013 14:52 Cavab yaz

Vatikan muzeyini,o meydanlari gormek qismet olaydi mene de.cox sag olun xebe rucun.
a.angel a.angel 5 March 2013 01:09 Cavab yaz

gözəl şəhərdi.ALLAH gedib görməyi də nəsib etsin.xəbər üçün çox sağ olun
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика