Giriş
Bağla

"Göbələk aşı" (foto-resept)

MƏTBƏX / Quru yeməklər

Yemək 4 nəfər üçün nəzərdə tutulub. Ailə üzvlərinin sayı çoxdursa, ərzaqları artıra bilərsiniz.

                                                  

Tərkibi:

 300 qr mal və ya qoyunun qara əti

 25 ədəd göbələk (mən şanpinyondan istifadə etdim)

1 orta baş soğan

1 st yumru düyü

2 xörək qaşığı "Bizim süfrə" klassik mayonezi

"Azərduz" yodlu narın xörək duzu, istiot

Zəncəfil (nəzərinizə çatdırım ki, zəncəfil ət üçün ideal ədviyyatdır)

 

Hazırlanması:

Göbələkləri 1-2 saat qabaq ilıq suda saxlayırıq ki,qumu təmiz tökülsün.

 Öncə əti doğrayırıq. Əti maşınla da çəkmək olar,amma hər birinin dadı fərqlidir.

Əti və soğanı xırda-xırda doğrayırıq.
Tavaya 1 xörək qaşığı yağ əlavə edıb (istənilən yağ ola bilər) doğranmış əti, soğanı,duzu,istiotu,zəncəfili əlavə edirik.
Bir azca qovurur, üstünə 1 st su əlavə edib qapağını qoyuruq ki,ət yaxşıca  bişsin.
Düyünü suda bişirib süzürük. 
Süzülmüş düyüyə mayonez və duz vurub qarışdırırıq.
Ət bişdikdən sonra içərisində 1 xörək qaşığı su qaldıqda götürürük.
Təmizlənmiş göbələklərin govdələrini ehtiyatla çıxarırıq.

Bişmiş ətdən 1 çay qaşığı üstünə qoyub barmağımızla sıxırıq ki, dağılmasın.
Sonra mayonezlə düyünün qarışığından 1 çay qaşığı ətin üstünə  qoyuruq.
Hazırladığımız göbələkləri tavaya səliqə ilə yığırıq və 150 qr kərə yağını tavanın ortasına qoyuruq.
Daha sonra göbələklərin doğranmış gövdələrini də yağın üstündən tavaya yığırıq.

100 qr su əlavə edirik.250 dərəcədə qızdırılmış sobaya qoyub 15 dəqiqə bişiririk.

Yeməyimiz hazırdır.



Nuş olsun!


Şərhlər (91)

Sadəcə Azər Sadəcə Azər 26 April 2015 01:04 Cavab yaz

Gobeleyi hedsiz sevirem cox dadli olar mence

Gobeleyi hedsiz sevirem cox dadli olar mence
Xanim_Xatun Xanim_Xatun 12 March 2015 15:49 Cavab yaz

Gobək yeməklərə basqa bir təam verir..
HELEKД° YOXDUR HELEKД° YOXDUR 12 March 2015 10:27 Cavab yaz

SUPER YA ELLERINE SALIK COX GOZEL GORSENIR
rovsane_82 rovsane_82 21 February 2015 11:08 Cavab yaz

Dadlı olar yeqinki çox sağ olun resept üçün.
aska-86 aska-86 15 January 2015 22:19 Cavab yaz

Teşəkkürlər!Qəşəng tarifdi- give_ros
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 23 December 2014 21:34 Cavab yaz

Heç bəyənmədim....
Xanim_Xatun Xanim_Xatun 1 December 2014 14:25 Cavab yaz

O balaca göbələyə bu boyda ərzaq necə sıgdi??
ESNA_2012 ESNA_2012 20 November 2014 22:49 Cavab yaz

Iy göbələk aşımı mənlik deyil
moskow qadini moskow qadini 7 June 2014 21:04 Cavab yaz

Gobeleyi cox sevirem good
Aytac M-ca Aytac M-ca 29 March 2014 14:47 Cavab yaz

Ellerine sagliq biraz uzun deredi amma qeseng alinib give_ros
minira72 minira72 13 February 2014 19:18 Cavab yaz

Göbələk bişirmişəm beləsini yox prob edərəm.Əlinə sağlıq.
www.guler1994 www.guler1994 2 September 2013 15:46 Cavab yaz

Duyusuz daha yaxsi olar. Duyu mence dadini deyisdirer
MAYA EL MAYA EL 16 March 2013 19:40 Cavab yaz

göbələyi çox sevirəm əminəmki çox dadlı yeməkdi Zəhra bacı əllərinə sağlıq gözəl alınıb bəyəndim
Şirin_2012 Şirin_2012 15 March 2013 21:19 Cavab yaz

fərqli yeməkdi ilk dəfədir görür və adını eşidirəm cox sagolun ama mən bu yaşıma kimi hec göbələk yeməmişəm yəqin dadlı olar
qadin_princessa qadin_princessa 15 March 2013 21:09 Cavab yaz

Dadli gorsenir amma men gobeleyi sevmirem
galaxy-91 galaxy-91 13 March 2013 00:48 Cavab yaz

Men gobeleyi cox sevirem amma duyu hec sevmirem cox sag olun
feray feray 2 March 2013 23:11 Cavab yaz

ElyaВ ,
coxxxxxxxxxx dadlidir mutleq biwir
Elya.R Elya.R 24 February 2013 11:24 Cavab yaz

gerek hazırlayam.
feray feray 14 February 2013 23:46 Cavab yaz

siz sag olun canim menim
Minos Minos 8 February 2013 21:02 Cavab yaz

TEWEKKUR EDIREM SIZE RESEPTE GORE COX SAG OL
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика