Giriş
Bağla

"Sara" tortu (foto-resept)

MƏTBƏX / Tortlar

 Tərkibi:

1.5 st. un

1 st. şəkər tozu

200 qr. xama

2 x.q. sirkə

10 qr kərə yağı

50 qr. qoz ləpəsi 

2 ədəd yumurta

200 qr. qatılaşdırılmış süd

2 ç.q. soda

2 x.q. kakao

40 qr. ağ kişmiş

 

Kremi üçün:

 900 qr.  xama

1 qutu qaynadılmış qatılaşdırılmış süd

 

Qlazur üçün:

3 x.q.  xama

2 x.q. kakao

3 x.q. şəkər tozu

50 qr. kərə yağı

 

Hazırlanması:

  İlk öncə onu qeyd edim ki,bütün ərzaqlar ev temperaturunda olmalıdır.

 

Əvvəlcə krem üçün xamanı (bir gün öncədən) süzgəcdən keçirmək lazım olacaq.

Bunu etmək üçün, 900 qr. xamanı  tənzifə töküb(və ya pambıq dəsmala)süzgəcə qoyuruq və bir gecə sərin yerdə saxlayırıq.

Biskvit üçün: 2 yumurtanı və şəkər tozunu bir qabda yaxşıca çalırıq.

Digər bir qabda da 2 ç.q. soda və 2 ç.q. sirkəni yaxşıca çalırıq.
200 qr xamanı, yarım qutu qatılaşdırılmış südü və qarışdırdığımız sodanı yumurta ilə şəkərə əlavə edib yaxşıca çalırıq.
Daha sonra unu hissə-hissə əlavə edirik.
Tavanı yağlayırıq və un səpirik.Alınan kütləni təxmini 1 sm hündürlüyündə tavaya tökürük.
Biskvitimizi 180 dərəcədə qızdırılmış sobaya qoyuruq. 20-25 dəq üstü qızılı rəng alana kimi bişiririk.
Artıq qalan kütləni 2 yerə bölürük və bir hissəsinə 2-3 böyük qaşığ kakao töküb qarışdırırıq.
Tavanı yağlayırıq və növbə ilə kakaolu və kakaosuz xəmirimizi tökürük.
180 dərəcədə 20-25 dəqiqəyə üzü qızarana kimi bişiririk.
Bişmiş biskviti soyuduqdan sonra bölürük(şəkildə görduyunuz kimi).
Krem üçün xamanı (tənzifdəki xamanı)və qaynadılmış qatılaşdırılmış südə əlavə edirik və yaxşıca çalırıq.
Əvvəl bişirdiyimiz biskviti yaxşıca kremləyirik və doğranmış qozla, kişmişi üstünə düzürük
Böldüyümüz biskvitləri isə kremə batırıb biskvitin üzərinə düzürük(şəkildə gördüyümüz kimi).
Qlazuru hazırlayırıq.  
Şəkər tozu, xama və kakaonu bir qaba tökürüb ocağa qoyuruq.Qaynamağa başladıqda yağı əlavə edib əridirik və bir kənara qoyuruq.
Qlazur soyuduqdan sonra tortumuzun üzərinə əlavə edirik.
Nuş olsun!
(tərcümə edilib)


Şərhlər (199)

virtual dərslər virtual dərslər 4 April 2015 18:50 Cavab yaz

Bu tortdan bir defe etmisik.Cox dadlidir
aysel y-va aysel y-va 4 April 2015 18:32 Cavab yaz

Dadli gorunur tewekkurler
rovsane_82 rovsane_82 21 February 2015 02:01 Cavab yaz

Çox gozel beyendim cox sagolun.
malahat.hesenova malahat.hesenova 9 February 2015 10:47 Cavab yaz

Bir sozle super, hazirlamaga deyer, cox beyendim, getdi secilmiwlere.
gunay36 gunay36 5 February 2015 09:18 Cavab yaz

Bu tort dadli olar. Maraqlidi.
Xanim_Xatun Xanim_Xatun 17 January 2015 09:21 Cavab yaz

Ya tort XAcuuuuuuuuuuuuuuuuuu dash
Lale_LR Lale_LR 1 January 2015 15:46 Cavab yaz

Ləzətli torta oxşayır.
Mən leyla : girl_ten
:
Pervane01 Pervane01 13 December 2014 23:10 Cavab yaz

Ləzətli torta oxsayir.
A-N-ar (Realist) A-N-ar (Realist) 28 November 2014 13:51 Cavab yaz

Bacı, bu tortu Saraya ithaf etmisən?! Çox ləzzətli olacağına əminəm. Sara qədər olmasa da... blum
Lale_LR Lale_LR 22 November 2014 12:57 Cavab yaz

Yeməydən doymadım. Çox dadlıdı blum
Leyla. girl_ang
zehra 2013 zehra 2013 22 November 2014 12:33 Cavab yaz

Ne maraqli tortdu bu,maraqli hazirlama qaydasi var
ulka-894 ulka-894 22 November 2014 12:23 Cavab yaz

Maraqli tortdur hazirlamaq lazimdir love
Xanim_Xatun Xanim_Xatun 21 November 2014 18:03 Cavab yaz

Panco tortunu cox xoslayiram.buda mənim cuun ferqli resept oldu
AYKAWIRINKA AYKAWIRINKA 11 November 2014 18:35 Cavab yaz

ÇoX lezzetli gorunurrrrr
elvira.melek.589 elvira.melek.589 13 June 2014 22:45 Cavab yaz

Təşəkkür edirəm give_ros
gozel eliyeva gozel eliyeva 4 June 2014 14:12 Cavab yaz

Coxxxx tewekkurler canim menim dance1 bisirecemmmm
star yagmur star yagmur 20 April 2014 16:14 Cavab yaz

Beyendim ele elerinize salig tesekkur
Biricik72_88 Biricik72_88 10 April 2014 00:14 Cavab yaz

xalilovaВ munavvar,
Mənimdə qızımın adıdı love
yo adi tortlardan asandı yes əlbət şəkilləri çoxdu deyənə çətin gəldi sizə
Xelilova.M Xelilova.M 9 April 2014 21:45 Cavab yaz

Menim qizimin adidi amma qeliz geldi nese mene hazir olsaydi yeyerdim elerinize sagliq give_ros nyam
murad.fikret murad.fikret 9 April 2014 21:39 Cavab yaz

Tortlari gordukce lap ureyim istedi
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика