Giriş
Bağla

Bizeli piroq (foto resept)

MƏTBƏX / Tortlar

Xəmir üçün:

6 yumurta

3 stəkan şəkər tozu

1 banka xama

250 qram yumşalmış yağ

Qabartma tozu

Vanil

 3 stəkan ələnmiş un


Hazırlanması:

Əvvəlcə yumurtaların ağını sarısından səliqəylə ayırıb sarıları 1,5 stəkan şəkərlə mikserlə gözəlcə çalırıq.

 

Bizeli piroq (foto resept)

Sonra xamanı əlavə edib çalırıq.

 

Bizeli piroq (foto resept)

250 qram yumşalmış yağı töküb yenə yaxşı-yaxşı çalırıq.

Bizeli piroq (foto resept)

Ən sonda vanil və qabartmanı unla qarışdırıb qatırıq xəmirə və qaşıqla ehmalca unu xəmirə qatıb işimizi tamamlayırıq.

 

Bizeli piroq (foto resept)
Bizeli piroq (foto resept)

Bişirəcəyimiz tavanı yağlayıb,unlayıb hazır xəmiri ehmalca boşaldırıq. Tavaya və qoyuruq əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya.

Bizeli piroq (foto resept)
Bizeli piroq (foto resept)

İndi isə qalan  6 yumurtanın ağıyla 1,5 stəkan şəkər tozununu çalıb bize hazırlayırıq.

Bizeli piroq (foto resept)

Sobadakı biskvitimizin bişməyinə 10 dəqiqə qalmış onu çıxarıb bızeni boşaldırıq biskvitin üzərinə.

Bizeli piroq (foto resept)

Qaşığın arxasıyla bizeyə forma verib yenidən qaytarırıq sobaya.

 

Bizeli piroq (foto resept)

10-15 dəqiqə bişir, bizenin üzü qızılı rəngdə olur. Piroqumuz hazırdır.

 

Bizeli piroq (foto resept)


Nuş olsun!




Şərhlər (115)

Xanim_Xatun Xanim_Xatun 21 November 2014 18:30 Cavab yaz

Bax bunu baxim yaman gozəl edir.arasina meyvede tokur
A-N-ar (Realist) A-N-ar (Realist) 1 May 2014 00:04 Cavab yaz

Bize yox, beze gedir adı. Reseptə gəlincə çox dadlı olacağına əminəm. Əllərinizə sağlıq.
nilu nilu 28 February 2014 20:54 Cavab yaz

Təşəkkürlər reseptə görə give_ros
Deniz84 Deniz84 14 September 2013 08:25 Cavab yaz

Mən budan hazırlayıram.Ancaq biskivitinə kakao qatıb şokaladlı edirəm.Bəyəndim.
www.guler1994 www.guler1994 6 September 2013 17:42 Cavab yaz

Xoslamadim
Fidan.Bagiyeva Fidan.Bagiyeva 17 August 2013 23:55 Cavab yaz

çox sağolun bilmədiklərimi öyrəndim,əllərinizə sağlıq
ayka-mirzeyeva ayka-mirzeyeva 16 August 2013 14:01 Cavab yaz

men bizeni nece hazirlayacagimi bilmirem girl_cray
raya-23 raya-23 27 May 2013 22:23 Cavab yaz

bu bize necə olur dadi??bərk olur??yumşaq olur??
Arzu Vəliyeva Arzu Vəliyeva 27 May 2013 22:22 Cavab yaz

AĞZINIZ ŞİRİN OLSUN.
qiz-2001 qiz-2001 7 May 2013 15:40 Cavab yaz

manda biwirib deyacam na tahardi cray
gunes89 gunes89 12 April 2013 18:44 Cavab yaz

salam xanimlar men bezeni alindira bilmirem. onun sirrini mene yazin
Gunay_2000g Gunay_2000g 26 March 2013 14:06 Cavab yaz

indi onu hazirlayiram cox cox cox asandir cox sag olun!
siyabli siyabli 11 March 2013 16:46 Cavab yaz

ela gosenir hemde asandir coooooo sag olun unknown
yagmur_damlasi yagmur_damlasi 10 March 2013 18:46 Cavab yaz

cox gozeldir,Allah sufrene bereket versin.hem de asandir mence.
nezis nezis 24 February 2013 22:39 Cavab yaz

nə gözəl tortdu usaq vaxtı bize deyə bilmirdim həmişə anama bizi bişirdə deyirdm mocking təşəkkür edirəm
serdarizm serdarizm 11 February 2013 00:04 Cavab yaz

tek kelimeyle superrrr.men bize ucun oluremdeee.amma evde bisirilen
seva.gulya seva.gulya 17 January 2013 16:47 Cavab yaz

eladi tewekkurler
fereh 2009 fereh 2009 17 January 2013 16:43 Cavab yaz

yaxsdi beyendim
firuze aliyeva firuze aliyeva 29 December 2012 22:21 Cavab yaz

cox qesengdir
GГњLCAN GГњLCAN 22 December 2012 19:24 Cavab yaz

SUPER TESEKUUR EDIREM
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика