Giriş
Bağla

Ana südünü necə saxlamaq olar?

Hamiləlik və analıq / Körpə və ona qulluq

Xarici saytların birində çox önəmli bir mövzuya rast gəldim. Hal-hazırda işləyən anaların sayı artır. Analar isə, körpələrinin ana südünün faydalarından məhrum qalmalarını istəmir. Qidalandırıcı dəyəri yanında, bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyət daşıyan ana südünün necə saxlanması lazım olduğunu bilirsinizmi?

Ana südünü  necə saxlamaq olar?

Ana südü bakteriya törəməsinə müqavimətlidir və otaq temperaturunda 10 saata qədər tərkibini itirmədən saxlanıla bilər. Buradakı əhəmiyyətli nöqtə ana südü saxlanılacaq qabın gigiyena qaydalarına uyğun olmasdır.
 Analar südünü əllə sağa biləcəyi kimi süd sağma aparatı ilə də sağa bilərlər. Nə şəkildə edilirsə edilsin, süd sağılmadan əvvəl əllər yaxşıca yuyulmalıdır. Sağılan südün təmiz bir plastik ya da şüşə qabda  saxlaya bilərsiniz.

Ana südünü  necə saxlamaq olar?

Ana südünün saxlama müddətləri:
* Ana südü dondurmadan 72 saat və dondurulmuş südü əritdikdən sonra 24 saat soyuducuda (+ 1 ilə +4 ° C arasında) saxlanıla bilər.
* Süd, tək qapılı soyuducunun buzluğunda (-7 ilə -2 ° C arasında) 3 həftəyə qədər, iki qapılı soyuducuların buzluğunda 3 ay saxlanıla bilər.
 * Süd həmçinin dərin dondurucuda (-18 ° C nin altında) 6 aya qədər saxlanıla bilər.
 * Kolostrum olaraq adlandırılan doğuşdan sonrakı ilk 7 gün çıxarılan ana südü sağıldıqdan sonra tərkibindəki i anticisimlər sayəsində otaq temperaturunda 12 saat, daha sonra ki ana südü isə 6 saat qida dəyərini itirmədən saxlanıla bilər.


 Ana südünü körpəyə verməmişdən əvvəl isitmək olmaz. İstilik ana südünün anti-mikrobik xüsusiyyətini itirməsinə səbəb olur. Bunun yerinə südü, ilıq axan suyun altına tutularaq isitmək olar. Donmuş  südü isə ya soyuducuda yavaş-yavaş ya da isti suyun içinə oturdulmuş bir qabın içində isitmək olar.

Ana südü ilə əlaqədar digər təkliflər:
 * Əridilmiş südü bir saatdan çox otaq temperaturunda saxlamayın.
* İkinci istifadədən sonra qalan südü atın.
* Əridilmiş südü təkrar dondurmayın.
* Südü soyuducunun qapağına qoymayın.




Şərhlər (110)

A-N-ar (Realist) A-N-ar (Realist) 28 November 2014 19:24 Cavab yaz

Şükür Allaha ki, məndə belə problem yoxdur. Olmaz İnşəAllah.
azad.emrahov azad.emrahov 27 March 2014 16:17 Cavab yaz

AzadəВ Həbibzadə,
SALAM SIZE YENI QOSULMUSAM MENIMDE 2OVLADIM VAR
BDU_2009 BDU_2009 13 January 2014 22:56 Cavab yaz

Xanimlar lutfen bilen tecrubeli xanimlarimiz komek etsin menim qizim 20 gunlukdu ana sudu vermek isteyirem hec cur goturmur dosumu men neyneye bilerem?Sagib verirem amma sagmaqla sudum azalir evvel cox idi indi gunu gunden azalir mende vermek isteyirem hec olmasa 6 ay ana sudu yesin.Daha sinamadigim vasite qalmayib amma goturmurki goturmur ele aglayir nece verim?Emzikde taxib verirem onuda 2 deqiqe emir daha istemir.Qalmisam caresiz...
sual cavab sual cavab 7 August 2013 12:30 Cavab yaz

yeni ana olanlarcun maraqli melumatdi ele menimcunde.bunlari bilmirdim
flamingooooo flamingooooo 21 April 2013 16:24 Cavab yaz

men 1ci qizima 2 ay,2 ci qizima 4 ay ana sudu vermishem.
floГјer floГјer 31 March 2013 13:26 Cavab yaz

maraqli melumat idi cox saq olun.
KUBRA ESGEROVA KUBRA ESGEROVA 27 February 2013 19:06 Cavab yaz

Salam,men ibtidai sinif muellimesiyem.Oz usaqlarinizi ve ya tanislarinizdan usagini hazirliga qoymaq isteyenler muraciet ede bilerler. yes
Deniz84 Deniz84 27 February 2013 13:50 Cavab yaz

Mən 1ci oglumu 1,4 yaşına kimi ana südü ilə qidalandırmışam.2ci də 3 aylıga kimi əmib.Maraqlı məlumatdır.Bunları bilmirdim.
anqelocka anqelocka 27 February 2013 13:26 Cavab yaz

Allah menede pay versin
ciyelek22 ciyelek22 24 February 2013 17:09 Cavab yaz

men bidafa xalamqizinin sudunu icmisem adi sud bilib biggrin
yusu-13yuska yusu-13yuska 14 February 2013 12:12 Cavab yaz

LEQENDA.,
marqlidi ana sudunden deyerli hecne yoxduda mama deyirki men 4 yasima kimi emmisem sudceni
NI-TA NI-TA 9 January 2013 01:00 Cavab yaz

Uwaq vaxti yeyerdim
Yemeseydim olerdim,
Indi olsa yemerem
Yemesem de olmerem.
Acmasi??????
-ANA SUDU.
yoxdu.istifadeciyem. yoxdu.istifadeciyem. 6 January 2013 01:31 Cavab yaz

GORE BIZIM VAXTIMIZDA BELE DEYILDI.BUNLARI BILMIRDIG.
Ehli-Beyt-asiqi Ehli-Beyt-asiqi 3 January 2013 17:11 Cavab yaz

mende qizima ana sudu verirem
y_hesenova,yegane y_hesenova,yegane 2 January 2013 11:04 Cavab yaz

Men 1ci oglumu duz 1yas 6 ayina kimi ana sudu ile qidalandirmisam.
emil aqalarov emil aqalarov 26 December 2012 21:04 Cavab yaz

təşəkkurlər hələ tezdi
xeciw xeciw 24 December 2012 15:04 Cavab yaz

taze sud daha meslehetlidir mence smile
korpem ve men korpem ve men 30 November 2012 13:46 Cavab yaz

usaqa inek sudu vermek olar istisna hallarda amma hec meslehet deyil.onun hezmide usaq ucun cox cetindir.
Ryos Ryos 26 November 2012 18:15 Cavab yaz

salam..mende boyuk oqlumu 3 yqwq kimi balacami isa 2 yawa kimi emizdirdim..duzdu emizdiranda ariqliyirsan..cunki yediyin kalorili yemaylari sudnan uwaqa verirsan..meslahatdi eziz xanimlar..sudunuz varsa korpalar ana sudunnan mehrum etmayin...
moonsun89 moonsun89 6 November 2012 22:07 Cavab yaz

qaytarsa da korpeye ana sudu vermek lazimdir,evvel sudu analize verirsen eyer bir problem yoxdursa usaga vermek olar
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика