Giriş
Bağla

"Stilist WOM-MAN" - Qalib SEÇİLDİ!

Bizimdir! / Müsabiqələr

Azərbaycanın ilk milli qadın portalı - www.qadin.netAzərbaycanın ilk gecə geyim brendi WOM-MAN şirkəti, ulduzu hələ parlamamış, istedadlı xanımların axtarışına çıxır! Bəli, bəli! Yalnış oxumadınız! Bu müsabiqə sıradan bir müsabiqə deyil!

Yaxın günlərdə ilk gecə geyimləri kolleksiyasını müştərilərin ixtiyarına verəcək Azərbaycanın gecə geyim brendi WOM-MAN şirkəti, payız-qış kolleksiyası üçün müsabiqə elan edir.

Müsabiqənin şərtləri olduqca sadədir. Müsabiqədə iştirak etmək istəyən hər bir istifadəçi, öz qələmi ilə cızma-qara etdiyi gecə geyimi stilini, maketini award@qadin.net elektron poçt ünvanına göndərməlidir. Yəni, siz xəyallarınızda düşündüyünüz gecə geyimini (köynəklər, köynək və şort dəsti, xalatlar və s.) ağ vərəq üzərində, bir "modelyer" kimi çəkirsiniz. Hazırlanacaq geyim modelinin ön və arxa hissələri aydın şəkildə görünəcək halda çəkilməlidir. Ehtiyac olduğu halda yan tərəflərin görüntüsünü də əlavə etmək olar. Daha sonra çəkdiyiniz geyim modelinə aid xüsusi qeydləriniz varsa, həmin qeydləri yazılı şəkildə, hazırlanmış modelin rəsimləri ilə birlikdə müsabiqədə iştirak üçün qeyd olunan email ünvanına göndərirsiniz.

WOM-MAN şirkəti qalib olacaq istifadəçinin hazırladığı modeldən payız-qış kolleksiyasının istehsalı zamanı istifadə edəcək. Belə ki, əgər sizin hazırladığınız model müsabiqənin qalibi olarsa, payız-qış kolleksiyası hazırlanan zaman, fabrikdə tikilərək müştərilərə təqdim ediləcək. Hazırlanan məhsullar qablaşdırılarkən, məhsul qutusunun arxa hissəsində, sizin rəsminiz və haqqınızda kiçik informasiya qeyd olunacaq ki, bu da öz növbəsində sizin həmin modelin müəllifi kimi tanınmağınız deməkdir.
Qeyd olunanlarla yanaşı, qalib istifadəçilərə xüsusi hədiyyə kuponları da təqdim olunacaq.

Müsabiqə qaliblərinin müəyyən olunması üçün səsvermə keçiriləcək. Səsvermə zamanı qalib olmasanız belə, WOM-MAN brendinin məsul şəxsləri, müsabiqədə iştirak edən bütün istifadəçilərin əl işləri arasından seçmiş olduqları, bəyənilən modelin müəllifi ilə əlaqə saxlayıb həmin modeli də istehsal edilməsi üçün payız-qış kolleksiyasına daxil edəcəklər.
Bir sözlə, müsabiqə bir çoxlarının həyatını tamamilə dəyişə bilər. İstedadlı müəlliflərlə WOM-MAN brendi, gələcəkdə davamlı olaraq ödənişli əsaslarla əməkdaşlıq etmək niyyətindədir.
Müsabiqəyə qatılmaq üçün əl işlərinizi 29.08.2012-ci il saat 01:00-dək  award@qadin.net elektron poçt ünvanına göndərə bilərsiniz. İstifadəçi adınızı qeyd etməyi unutmayın!


Hazırlanması tələb olunan modellər üçün nümunələr: 

Müsabiqənin şərtləri:
Göndərilən rəsimlərdə əks olunacaq əl işləri, məhz sizə məxsus olmalıdır!
İnternet səhifələrindən götürülmüş rəsimlərin heç biri müsabiqəyə buraxılmır!
Səsvermə 29.08.2012-ci il saat 03:00-dan başlanır və 30.08.2012-ci il saat 03:00-da başa çatır!
Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.
Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!
 
Qaliblərə mükafatlar:
1-ci yer – 250 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu
2-ci yer – 200 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu
3-cü yer – 150 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu

Müsabiqənin sponsoru:
Müsabiqənin sponsoru Azərbaycanın ilk gece geyim brendi, WOM-MAN şirkətidir.
WOM-MAN mallarının satış ünvanı, Naxçıvani küçəsi 2 ünvanında yerləşən "Bizim Market" alış-veriş mərkəzindədir.

Əlavə məlumat üçün:  WOM-MAN Facebook səhifəsi 

 

29.08.2012-ci il - 01:00 - Müsabiqəyə iştirak üçün qəbul bitmişdir!

29.08.2012-ci il - 03:00 - Müsabiqə üçün səsvermə başlamışdır!

Səs vermək istədiyiniz iştirakçının nömrəsinə uyğun olaraq, saytın sağ hissəsindəki səsvermə funksiyasından istifadə edə bilərsiniz.

Səsvermə 29.08.2012-ci il saat 03:00-dan başlanır və 30.08.2012-ci il saat 03:00-da başa çatır!
Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.

Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!



















* * * * *

Səsvermə sona çatdı! Müsabiqənin nəticələri:

1-ci yer: 27 keçərli səs sayı ilə 5 saylı rəsmin müəllifi - Suzana Qasimova  

2-ci yer: 25 keçərli səs sayı ilə 1 saylı rəsmin müəllifi - Milana.M

3-cü yer: 23 keçərli səs sayı ilə 15 saylı rəsmin müəllifi - SUZAN

Ümumilikdə bütün istifadəçilərin nəticələri:

  1 -  34 səs:  25 keçərli   9 keçərsiz

  2 -    7 səs:    7 keçərli   0 keçərsiz

  3 -  12 səs:    7 keçərli   5 keçərsiz

  4 -    1 səs:    0 keçərli   0 keçərsiz

  5 -  36 səs:  27 keçərli   9 keçərsiz

  6 -    2 səs:    1 keçərli   1 keçərsiz

  7 -    6 səs:    2 keçərli   4 keçərsiz

  8 -  24 səs:  16 keçərli   8 keçərsiz

  9 -    1 səs:    0 keçərli   1 keçərsiz

10 -  16 səs:  12 keçərli   4 keçərsiz

11 -    5 səs:    3 keçərli   2 keçərsiz

12 -    0

13 -    1 səs:    1 keçərli   0 keçərsiz

14 -    1 səs:    1 keçərli   0 keçərsiz

15 -  26 səs:  23 keçərli   3 keçərsiz

16 -    3 səs:    2 keçərli   1 keçərsiz

17 -    3 səs:    2 keçərli   1 keçərsiz

18 -    0

19 -    3 səs:    1 keçərli   2 keçərsiz

20 -    4 səs:    4 keçərli   0 keçərsiz

21 -    9 səs:    3 keçərli   6 keçərsiz

 
 

Hər üç qalibimizi ürəkdən təbrik edirik!

Həmçinin dəyərli vaxtlarını ayırıb, müsabiqədə iştirak etmiş bütün iştirakçilara dərin təşəkkürlərimizi bildirik!

Eyni zamanda müsabiqənin sponsoru  Azərbaycanın ilk gecə geyim brendi WOM-MAN şirkətinə   , bütün kollektivə dərin minnətdarlığımızı bildiririk!

P.S. - Qalibər hədiyyə kuponlarını əldə etmək üçün,  02.09.2012-ci il tarixinədək redaksiya ilə əlaqə saxlaya bilərlər:  info@qadin.net



Şərhlər (460)

malahat.hesenova malahat.hesenova 3 January 2015 19:56 Cavab yaz

Cox maraqli musabiqe olub. Tebrikler..
Щ…Щ„Ш§Щѓ Щ…Щ„Ш§Щѓ 26 December 2014 09:24 Cavab yaz

Qalibleri tebrik edirem, maraqli yarisma imis
ODNOKLASSNД°KД° ODNOKLASSNД°KД° 9 October 2013 19:34 Cavab yaz

menimde maragim var bele cekimlere
Angel_history Angel_history 25 August 2013 19:11 Cavab yaz

aa maraqlidir twkr qalibee tebrik
Meymunun Meymunu Meymunun Meymunu 14 June 2013 18:11 Cavab yaz

cox gozel resmler idi qalibleri tebrik edirem
mahire _girl_2013 mahire _girl_2013 16 May 2013 18:35 Cavab yaz

niye yeni musabiqe kecirilimir
ciyelek22 ciyelek22 23 March 2013 14:27 Cavab yaz

salam men gec gelmisem elebil crying
T.H. T.H. 26 February 2013 16:24 Cavab yaz

Yaxsi idi.gec de olsa tebriklet.
huzun93 huzun93 4 January 2013 18:24 Cavab yaz

Tesekurler təbrik edirəm
yoxdu.istifadeciyem. yoxdu.istifadeciyem. 2 January 2013 18:11 Cavab yaz

KAS MENDE BILEYDIM.
emil aqalarov emil aqalarov 25 December 2012 02:18 Cavab yaz

tewekkurler hamisi maraqlidi
imanova senare imanova senare 30 November 2012 20:01 Cavab yaz

20 xosuma gelmisdi
Ayka sevgi Ayka sevgi 30 November 2012 19:50 Cavab yaz

AA NE YAXWI WEYLER VAR BU SAYITDA MARAQLIYMIW TESEKKURLER
BAKINKA 716 BAKINKA 716 30 November 2012 19:46 Cavab yaz

8 5 VƏ 15İ BƏYƏNDİM
Ellada84 Ellada84 16 November 2012 00:01 Cavab yaz

Tebrik edirem,Gozel el iwleriniz var.menim hec musaqibeden xeberim yox idi. what gecde olsa gordum.
nuraska789 nuraska789 15 November 2012 16:18 Cavab yaz

maraqli yaris imis
Aydeniz Aydeniz 20 October 2012 19:18 Cavab yaz

gec de olsa tebrikler
Gunesim Gunesim 8 October 2012 12:18 Cavab yaz

əlaaaa təbriklər
a.angel a.angel 13 September 2012 17:34 Cavab yaz

qalibleri urekden tebrik edirem.uqurlariniz bol olsun
Meryem Meryem 13 September 2012 11:13 Cavab yaz

1-5-10-15 kimindir çox bəyəndim...Çox gözəl çəkilib...
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика