Giriş
Bağla

Bədəniniz eşqinizin göstərcisidir

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Sakarya Universiteti Rektor Məsləhətçisi və Fərdi İnkişaf Mütəxəssisi Prof. Dr. Mətin İşıq eşqin bədən diliylə də ifadə edilə bildiyini, aşiq olunduğunda bədənin göstərdiyi reaksiyaların eşqin xəbərçisi ola biləcəyini söyləyib.


Prof. Dr. İşıq,  insanların dilə gətirə bilmədikləri duyğuların jest və mimikalarıyla aydın ola biləcəyini ifadə edərək, ictimai həyatda təsirli ünsiyyət qurulması üçün bədən dilinin yaxşı istifadə edilməsi lazım olduğunu bildirmişdir.

İşıq, "Eşq sözlərdən başqa, bədən diliylə ifadə edilə bilər. Sözsüz ünsiyyətin gücünü istifadə etmək, danışmaqdan çəkinənlərin və sevdiyi insana qarşı utancaq olanların baş vuracağı ən etibarlı yoldur" - deyib.
O həyəcanlanmanın aşiq olmanın  işarəsi olduğunu, konsertlər, mitinqlər və lunaparklarda insanların həyəcan səviyyəsinin yüksəldiyini və ürək döyüntülərinin sürətləndiyini ifadə edərək, bu cür mühitlərdə yanınızdakı adama aşiq olma ehtimalının gücləndiyini söyləyib.
 
Eşqin gözlərə, üzə, əllərə və barmaqlara baxılaraq bir neçə saniyədə aydın ola biləcəyini ifadə edən İşık, "Aşiq olduğumuzda enerjimiz və həyəcanımız artar. Yuxusuzluq, hiperaktivlk və iştahsızlıq ortaya çıxar" - deyibdir.
 
"Qarşınızdakı adam sizə baxarkən göz bəbəkləri böyüyürsə bu, onun sizə maraq duyduğunun göstəricisidir" - deyən İşıq, belə davam etdi: - "Böyümüş göz bəbəkləri qarşı cinsə cazibədar gəlir. Qadınlar bir az da bu səbəblə gözlərini ön plana çıxarmaq istəyir".

Bədəniniz eşqinizin göstərcisidir

Aşiqlərin saatlarla bir-birlərinin gözünün içinə baxması bir heyranlıq əlamətidir. Çünki aşiqlər, həyəcanla böyüyən göz bəbəklərinin cazibəsinə qapılır. Romantizm yaşayan adamın sol göz yuvası böyüyər. Sevgi və xoşbəxtlik vəziyyətində qaşlar sərbəst qalar, baxışlar dərinləşər və mehriban hala gələr. Eşqbazca bir gülüş əsnasında isə qaşlar çox qısa davamlı olaraq qalxıb enər. Aşiq bir adamın kirpikləri normaldan daha çox titrəməyə başlar. Romantik bir aşiq həyəcandan əllərini nəzarət etməkdə çətinlik çəkər. Əlini hara qoyacağına, nə edəcəyinə qərar verə bilməz. Qoluna, qıçına, qulağına toxunma ehtiyacı duyar. Üzdə səmimi və şirin bir ifadə meydana gələr, ətrafa gülüşlər saçar. Üz ifadələriylə - "yaxşı ki burada və səninləyəm" - deyər.
Aşiq olduğu, sevdiyi kişiyə baxan qadının göz bəbəklərinin böyüdüyünü ifadə edən Prof. Dr. İşıq, belə danışdı: "Bu bir eşqin xəbərçisidir. Sizə daha dərin bir maraqla baxar, baxışları dodaqlarınıza doğru yönələr. Ağızınızdan çıxacaqlara fokuslanaraq sanki nə söyləyəcəyinizi maraqla gözləyər. Sizinlə danışarkən gözlərini normaldan daha çox qırpar. Diqqətinizi çəkmək üçün saçlarıyla oynayar. Utancaq bir rəftarla başını əyərək sizə qarşı yandan bir baxış sərgiləyər. Danışmalarınıza paralel olaraq bəzən səsini yüksəldər, bəzən də alçaldar. Aşiq kişilər isə hər şeydən əvvəl qarşısındakının baxışlarını tutmağa çalışar. Sizinlə birbaşa göz təmasını təmin etməyə çalışar. Sanki gözünüzün içinə baxar. Topluluq içindəsinzsə, sizə baxarkən gözlərini qısar. Sizinlə danışarkən fərq etdirmədən qolunuza ya da əlinizə toxunmağa çalışar. Utancaq bir kişinin sizinlə danışarkən mütləq üzü qızarar. Zaman- zaman əlini saçına apararaq saçını düzəltməyə çalışar. Səs tonunu və ahəngini sizə görə nizamlamağa çalışar."




Şərhlər (111)

ulka-894 ulka-894 24 March 2014 23:54 Cavab yaz

Cox gozel yazmisan oxuduqca teniden o hissleri yasayirsan ilk vaxtlara qayitmaq isteyrsen girl_ten
nilu nilu 23 February 2014 23:18 Cavab yaz

Sevib sevilmək gözəldir,gözəl hissdir give_hea
www.guler1994 www.guler1994 11 September 2013 12:53 Cavab yaz

Tesekur edirem
10-VG-010 10-VG-010 20 March 2013 22:54 Cavab yaz

EndlessВ Love-GulareВ ,
ereb sozu)) blum
Endless Love Endless Love 20 March 2013 22:52 Cavab yaz

PERVANEВ ELIYEVAВ .......,
yaxshi susdum susdum teki ele olsun
Ryos Ryos 20 March 2013 22:48 Cavab yaz

EndlessВ Love-GulareВ ,
eeeeeeeeeee besdide seni bele bilmirdim men..bele bedbin olma..menim ureyime daman olur..
her-fesil her-fesil 20 March 2013 22:47 Cavab yaz

Maraqli xeberdir
Endless Love Endless Love 20 March 2013 22:40 Cavab yaz

Ləman_
PERVANE ELIYEVA .......
.senin taleyin cox gozel olacaq bilirem..hecnede itirmemisen..

amin inwAllah mencede ela olacaq Allahin iznile girl_ang

ay qizlar sizde bu qeder inam hardandi?men yaxshi hec ne olacagina inanmiram

ilixirdir))))))

bu soz ne demekdir hansi dildedir
10-VG-010 10-VG-010 20 March 2013 22:37 Cavab yaz

EndlessВ Love-GulareВ ,
Elbetde esl sevenler ve sevilenler ucun gozel ilixirdir))))))
Leman(wirniyyatci) Leman(wirniyyatci) 20 March 2013 22:36 Cavab yaz

.senin taleyin cox gozel olacaq bilirem..hecnede itirmemisen..

amin inwAllah mencede ela olacaq Allahin iznile
girl_ang

tewekkurler bugun gelhageldir orda iki xeberim en cox oxunan burda gunun muellifi, teze xeberim de bir terefden cixib

o gun olsun toy xeberini esidey seviney amin amin amin
give_ros
Endless Love Endless Love 20 March 2013 22:34 Cavab yaz

Ləman_В В ,
tewekkurler bugun gelhageldir orda iki xeberim en cox oxunan burda gunun muellifi, teze xeberim de bir terefden cixib yahoo
Ryos Ryos 20 March 2013 22:33 Cavab yaz

EndlessВ Love-GulareВ ,
niye ele deyirsen..ele deme..ALLAH qismetine inan..senin taleyin cox gozel olacaq bilirem..hecnede itirmemisen..
Leman(wirniyyatci) Leman(wirniyyatci) 20 March 2013 22:32 Cavab yaz

gunun muellifin tebrik edirem give_ros
Endless Love Endless Love 20 March 2013 22:29 Cavab yaz


PERVANE ELIYEVA .......
Endless Love-Gulare ,
qismet canim ..belkede bu vaxta kimi gozlemeyine deyecek...

ne bilim mene ele gelir cox zaman itirmishem bow yere.
Leman(wirniyyatci) Leman(wirniyyatci) 20 March 2013 22:27 Cavab yaz

niyese men hemishe xoshbextliyimin dalinca qaciram Pervane amma heleki bir neticesi yoxdu men de yoruldum artiq oz vaxtina buraxdim xoshbext olmagi

inwAllah xowbextlerin-xowbexti olarsan amin
girl_ang
Ryos Ryos 20 March 2013 22:26 Cavab yaz

EndlessВ Love-GulareВ ,
qismet canim ..belkede bu vaxta kimi gozlemeyine deyecek...
Endless Love Endless Love 20 March 2013 22:24 Cavab yaz

senede gozel aile halal bir qismet arzulayiram canim..xoshbext olmaqa layiqsen,,

niyese men hemishe xoshbextliyimin dalinca qaciram Pervane amma heleki bir neticesi yoxdu men de yoruldum artiq oz vaxtina buraxdim xoshbext olmagi
Ryos Ryos 20 March 2013 22:17 Cavab yaz

EndlessВ Love-GulareВ ,
cetinlikler olur olmasina..ama her sheyde rahat getse heyatimizda onun da maraqi olmaz canin menim..sen demishken sevqi her haliyla gozeldi..ALLAH cetinliklerden uzaq etsin..ama hansi evde soz sohbet olmurki?bilirsen canim ailede her shey qarshiliqli olmalidi...men bu 16 illik heyatimda cox aqri acilar gormushem cetinliklerle uz uze qalmisham yoxluqnan razilashmisham...hec vaxtda sinmamisham hemishe qururlu olmusham..bu gunume baxanda deyiremki ne yaxshi ki cetinliylerim olub..bu gunumun qedrini bilirem..ALLAHIMA gunde shukur ediremki gozel ailem var yashamaqa evim var..shirin yashayishim var.insan gerey her sheye sebrle yanashsin...senede gozel aile halal bir qismet arzulayiram canim..xoshbext olmaqa layiqsen,,
dombishhh dombishhh 20 March 2013 19:46 Cavab yaz

Qilzar 2-3-4 illik sevgiden qachin,tez bir zamanda en uzagi 1 il kechdi,o 1 il erzinde size ailesinden soz achmadisa,evlilikden,elchilikden soz achmadisa o sevgiden qachin,1 il kechdi mutleq uzuk olmalidir barmaginizda,uzandiqca her shey uzanir ve menasini itirir,sevgi falan qalmir,adini da qoyurlar bagliliq...Ne ise sevin,amma sevildikde...

Xamin menim qardashimla gelnimiz 3 il sevibler. uzuksuz filansiz. 4 illerinde nishan ve toy. indide mashallah gozel bebeshkamiz var.

Amma bezen bu nishan toy sohbetinin uzanmasi oglanin imkansizligindan ireli gelir,

Beli Gulare xanim. Bizim qohumumuzda 9-10 ilden sonra evlendiler.

orta mektebde oxuyanda sevirdi o qizi, qiz da bilirdi ki bu hele evlenmek vaxti deyil hele bunun esgerliyi var, amma gozledi,

Menim qurup yoldashimda orta mektebden sevib ve her zaman gozleyib artiq evlidirler.
Deniz84 Deniz84 20 March 2013 17:37 Cavab yaz

Mən sevdiyimin gözünün içinə çox baxa bilməmişəm.Bilmirəm bəlkə utanmışam bəlkədə təbiətim belədir.Sevib sevilmək gözəl hisslərdir.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика