Giriş
Bağla

Alman dili-X dərs

Bizimdir! / Virtual dərslər / Alman dili

Əziz xanımlar, alman dili dərsinin davamı olaraq yeni dərslərə başlamaq istərdim.

Dərslərin maraqlı olması üçün bacardığımı edəcəyəm.Yəqin ki, Firushka xanımın dərslərini də yaddan çıxarmamısınız.

Bu gün dərsimiz saylara həsr olunur.


Zahlen

 

0 - null (nul, l səsi bir az yumşaq tələffüz edilir)

1 - eins (ayns)

2-  zwei (tsvay)

3 - drei (dray , bəzi alman dialektlərində dğay kimi oxunur, yəni „r“ „ğ“ kimi oxunur)

4 - vier (fia:)

5 - fünf (fünf)

6 - sechs (zeks)

7 - sieben (zi:ben)

8 - acht (axt)

9 - neun (noyn)

10 - zehn (tseyn)

11 - elf (elf)

12 - zwölf (tsvölf)

13-dən 19-a qədər olan rəqəmlərə –zehn (tseyn), məs: dreizehn(13), vierzehn(14);

20-dən 90-a qədər olan rəqəmlərə isə -zig (tsix) şəkilçisi əlavə olunur. Məs: zwanzig (20), dreißig (30), vierzig (40), fünfzig (50), sechzig (60), siebzig (70), achtzig (80), neunzig(90).

21, 22, 33, 45 və s. kimi saylar isə sondan əvvələ oxunur, məs: einundzwanzig, zweiundzwanzig, dreiunddreißig, fünfundvierzig.

 

Cümlələrdə istifadə qaydası:

 Wie alt bist du? – Sənin neçə yaşın var?

Ich bin 27 (yahre alt). – Mənim 27 yaşım var.

 Wie alt ist deine Mutter?-Sənin ananın neçə yaşı var?

Sie ist 53 (yahre alt).- Onun 53 yaşı var.

 

Sıra sayları:

Sıra sayları der(die, das) wievielte? - neçənci?, hansı? suallarına cavab verir.

Der  wievielte Januar ist heute?-Bu gün yanvarın neçəsidir?

Die wievielte Cola trinkst du schon?-Sən artıq neçənci Colanı içirsən?

Das wievielte Kind haben die Brauns schon?-Braunların artıq neçənci uşağıdır?

Sıra sayları artikl, artiklsız və yiyəlik əvəzlikləri ilə işlənə bilər.

-te(1-19)

der/die/das

erste, zweite, dritte,...

-ste(20 və 20-dən yuxarı)

der/die/das

zwanzigste, dreiundzwanzigste, vierzigste...

Sıra saylarından sonra mütləq nöqtə qoyulmalıdır:

Heute ist der 15.(fünfzehnte) Juni.- Bu gün iyunun 15-dir.

 

-ter/-te/-tes(1-19)

zweiter, zweite, zweites...

-ster/-ste/-stes(20 və 20-dən yuxarı)

zwanzigster, zwanzigste, zwanzigstes...

 

Sıra saylarının cümlələrdə istifadə qaydası:


Andrea geht jetzt in die sechste Klasse.- Andrea indi altıncı sinifə gedir.

Diesen Text findest du auf der hunderteinundzwanzigsten Seite.- Bu mövzunu yüz iyirmi birinci səhifədən tapa bilərsən.

 

Tapşırıq 1.
30-dan 40-a qədər rəqəmləri yazın.


Tapşırıq 2.

Das sind meine Eltern: Meine Mutter heißt Kristina und mein Vater heißt Dieter. Meine Mutter ist 47(siebenundvierzig Jahre alt), mein Vater ist 52(zweiundfünfzig Jahre alt).

Bu mətnə uyğun öz ailəniz haqda yazın.

 

Tapşırıq 3. Tərcümə edin.

  -Anke, wann hast du Geburtstag?

-Am kommenden Donnerstag, also am 31. Dezember.

-Und wie alt wirst du ?

-Ich werde 16.


Tapşırıq 4. Tərcümə edin.

 WITZE! (lətifə)

-Mami, der Papi hat gesagt, unsere Vorfahren Affen waren. Ist das wahr?

-Ich weiß es nicht. Papi, hat mir nie etwas über seine Familie erzählt.

 

 

Auf Wiedersehen!smile



Şərhlər (42)

QWEN85 QWEN85 19 June 2014 17:46 Cavab yaz

Ы°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°в‚ЄMoOn-FloWeRв‚ЄЫ°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°,
sayta gelmediyimden sizin sherhinizden xebersiz idim:(
imtahani nece verdiz?
MOON-FLOWER MOON-FLOWER 8 June 2014 16:23 Cavab yaz

SALAM QWEN XANIM MENE CUMLE QRMAQ TIPLI CALIWMALAR GONDERE BILERSIZ?? AMA BUGUN ERZINDE COX XAHIW((
selvi selvi 7 July 2012 17:01 Cavab yaz

Cox maraqli bir dildir,tsk...
esgerova esgerova 7 July 2012 16:54 Cavab yaz

twkkkkkkkkk oyrenem gerek lazim olacaq
MILK AND HONNEY MILK AND HONNEY 4 July 2012 21:08 Cavab yaz

tesekkur.
QWEN85 QWEN85 22 March 2012 13:02 Cavab yaz

AZERINKAВ ,
beli. yeni yeniden gorushenedek.
Vielen dank olsa daha dogru olar

Sara,
maraqdan asilidi. ingilis dili daha cox ishlendiyinden ola bilsin daha asan geler. Amma men nedense ingilis dilinden cox alman dilini xoshlayiram
tortlar tortlar 19 March 2012 16:29 Cavab yaz

Auf Wiedersehen BU DEMEKDI SAQOL?

VIELEN DANKE
Milay memmedova Milay memmedova 13 March 2012 11:33 Cavab yaz

Twk,esas saymagi isteyirdim bilim onu da bildim,
pallette pallette 10 March 2012 16:46 Cavab yaz

mekdebde men alman kursunda olmusam quthein taq deyesen beledi winked
Sweet_Aynur Sweet_Aynur 9 March 2012 18:52 Cavab yaz

viele viele Danke ! feel
deniz90 deniz90 9 March 2012 10:20 Cavab yaz

cox sag olun
Muselmanka88 Muselmanka88 9 March 2012 06:27 Cavab yaz

QWEN,
ele burda sayenizde bir iki wey oyrendim en azindan saymagi ala babat bilirem
evelah77 evelah77 7 March 2012 20:44 Cavab yaz

Hec deme bu dilde de sozlerin yazilisi ve deyilsi ehemiyetli derecede ferqlenirmish. Hem alman, hem ingilis diliyle maraqlananlar, hansi daha cetin gelir?
Random_Darkness Random_Darkness 5 March 2012 19:50 Cavab yaz

Firushkanın yeri məlum winked Təşəkkürlər
creativka creativka 4 March 2012 19:00 Cavab yaz

alman dili kecmesem de 10a qeder saymagi bilirem,qardawim kursa gedende oyrenende yadimda qalmiwdi,twk smile
ulviyye sukurova ulviyye sukurova 3 March 2012 23:11 Cavab yaz

cox gozel.tebrikler
Gunel n1 Gunel n1 3 March 2012 12:14 Cavab yaz

cox saqolun .faydali is gorursunuz
QWEN85 QWEN85 29 February 2012 23:03 Cavab yaz

A.....A,
irem777,
Inshallah
Milana.M,
Siz de sag olun

Muselmanka,
siz bashlayin oyrenmeye yavash-yavash asan geler smile
Muselmanka88 Muselmanka88 29 February 2012 19:01 Cavab yaz

bu dil mene cox cetin gelir
irem777 irem777 29 February 2012 11:48 Cavab yaz

BU HAQDA HEC BIR FIKRIM YOXDU ALMAN DILINI HEC BILMIREM AMMA OYRENMEYI DENEYEREM smile
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика