Giriş
Bağla

Nə üçün heç kimlə tanış ola bilmirəm? (1-ci hissə)

MÜNASİBƏTLƏR / Düşüncə dərsi

Elə xoşbəxt xanımlar var ki, onlar üçün insanlarla tanışlıq nəfəs almaq kimi asandır. Onların ünsiyyəti elə bil ki, öz-özünə alınır. Hara gedirlərsə, həmin yerdə yeni tanışlar qazanırlar.
 Bu tip qadınlar heç vaxt kənarda qalmır və dəvət olunan yerə gəldikləri üçün heç vaxt peşman olmurlar. Hətta həmin yerə tək gedirlərsə belə, dəvət edildikləri yerdən heç vaxt imtina etmirlər. Belə xanımlar həmişə düşünürlər ki, tək getsələr belə onlar üçün yeni tanışlar tapmaq "5 dəqiqəlik" bir işdir.
 Lakin belə maqnit-insanlara tez-tez rast gəlmək olmur. Təəssüflər olsun ki, çox az sayda xanımlar ünsiyyətdə sərbəstdirlər. Əgər siz də yeni tanışlıqlar zamanı çətinlik çəkirsinizsə, bizim araşdırmalarımız məhz sizə görədir.
 Bu gün biz tanışlığa gedən yolumuzdakı maneələri axtarıb, onları aradan qaldırmanın yollarını tapacağıq. 

 


Əgər məsləhətlər təsir etmirsə...

  

Valideynlərimizin yaşadıqları zamanla bizim zaman arasındakı fərqə baxdıqda bu günümüzdə öz yarımızla tanış olmaq daha asandır. İlk əvvəl İnterneti yada salmaq istərdim: müxtəlif tanışlıq saytları, forumlar, çatlar, sosial şəbəkələr və s. - bütün bunlar yeni tanışlıqlar üçün əla vasitələrdir.

Lakin hər zaman belə bir sual meydana çıxır: "Necə edək ki, tanış olduğumuz insan üçün hər zaman aktual olaq və marağımızı itirməyək?". Buna aid bir çox məqalələr, kitablar mövcud olsa da, bütün təlimatları yerinə yetirsək də, ünsiyyət alınmır və müəyyən ənənəvi söhbətlərdən sonra dialoq davam etmir.

Əslində səbəblər müxtəlif ola bilər. Tez-tez öz davranışlarımızı analiz etsək də, əsl səbəbləri görmürük. Məsələn, elə qızlar var ki, artıq çəkilərini və dərilərinin pis olmasını əsas gətirərək tanışlığın çətin olduğunu deyirlər. Amma əsl səbəb onların utancaq olmasıdır və bununla onlar kişiləri özlərindən uzaqlaşdırırlar.

Tanışlıqla bağlı bir çox məsləhətlər yalnız texniki hissəyə yönəlmişdir. Yəni xarici görkəmlə bağlı məsləhətlər, hara getmək və getməmək, əks cinsin nümayəndəsi ilə ilk ünsiyyət və s. Lakin təəssüflər olsun ki, belə məqalələrin müəllifləri daxili aləmə çox az yer ayırırlar. Hər dəfə hamısı yalnız bir şey təsdiq edir: "Özünüzə inanın! Siz hamıdan gözəl və cəlbedicisiniz!" Lakin xarici görkəm deyil, məhz psixoloji və emosional halımız əsas sayılır.

Görəsən, bizə ətrafdakılarla tanış olmaqda mane olan nədir? Ola bilsin ki, bizim yazımız kim üçünsə açıqlama olmayacaq, amma bəzi insanlar bu yazıdan sonra nələrisə düşünə bilərlər və özlərində dəyişikliklər edərlər.

 

 

Səbəb №1. Özünə inamsızlıq

Bu, tanışlıq zamanı ən məşhur səbəblərdəndir. Hansısa mənada bu inamsızlıqda məşhur jurnalların təsiri də vardır. Həmin jurnallarda əks olunan qadınlar elə təsvir edilir ki, elə bil həmin qadınlarda sellülit, qırış və pis əhval-ruhiyyə olmur.  

Əlbəttə ki, kişini maraqlandırmaq üçün xarici görkəm vacibdir, lakin ideal olmaq heç də məcburi deyil. Sözsüz ki, qadın özünə baxmalıdır, bədən quruluşunu, saç düzümünü formada saxlamalıdır, lakin parlaq gözlər və baxış tanışlıq üçün daha vacibdir.

Məhz özünə inamsızlıq zamanı parlaq gözlər yoxa çıxır. Bu inamsızlıq yerişdə, jestlərdə, baxışda, intonasiyada duyulur. Əgər düşünürsünuzsə, kişilər bunu hiss etmir - yanılırsınız.

Hiss edirlər, özü də necə! Onarın dediyinə görə, inamsızlıq uzaqdan hiss edilir və hətta belə xanımlar kişilərlə öz aralarında bir "sədd" də tikirlər. Onlara çatmaq qeyri-mümkündür, onlar elə təəssürat yaradırlar ki, həmsöhbətinə layiq deyillər və beləcə, dialoq alınmır. Bəzən özünəinamsızlıq o dərəcəyə çatır ki, həmin şəxs ətrafdakılardan asılı vəziyyətə düşür və öz fikirlərini təsdiqləyən insana ehtiyac duyurlar. Belə halda başqa insanlarla ünsiyyət qurmaq stresə çevrilir və qarşı tərəfdən rədd cavabı almaq həmin insana psixi təsir edir.

Burada siz bir şeyi başa düşməlisiniz - SİZ ŞƏXSİYYƏTSİNİZ, özünüz üçün ətrafdakılardan asılı olmayaraq çox dəyərlisiniz. Və kimsə sizinlə ünsiyyəti davam etmək istəmirsə, demək, problem sizdə deyil, ondadir.

Özünə güvənmək haqqında məsləhətlər saysız-hesabsızdır. O məsləhətlərin çoxu əlbəttə ki, doğrudur, lakin bəzən inamsızlığın kökü o qədər dərin ola bilər ki, psixoloq köməyindən istifadə etmək lazım gələr. Həkimə müraciət etməkdən əsla çəkinməyin. Başa düşün ki, o da adi terapevt və okulist kimi həkimdir.

 

 

 

Səbəb №2. Münasibətlərə psixoloji cəhətdən hazır olmamaq

Əgər siz çoxdan kiminləsə tanış olmaq istəyirsinizsə, onda bir daha düşünün - sizə bu münasibətlər həqiqətənmi indi lazımdır? Bəlkə siz yalnız xoş olmaq üçün özünüzə yar axtarırsınız?

Yox-yox, heç kim sizi tənha qalmağa çağırmır. Həmçinin, heç kim demir ki, tək olmaq yaxşıdır. Lakin öz istəyimizdəki əsl tələbi tapmaq və bilmək vacibdir. Özünüzlə dürüst olmağa çalışın. Bəlkə aydın olacaq ki, siz hələ öz həyatınıza kişi buraxmağa hazır deyilsiniz.

Bəlkə də sizin əvvəllər münasibətlərinizdə neqativ təcrübələr olub və siz yeni münasibətlər qurmaqdan qorxursunuz? Qorxursunuz ki yenə sizi incidə bilərlər? Siz ola bilər düşünürsünüz ki, qəlbinizi qıran şəxsi bağışlamısınız, lakin, qəlbinizin dərinliyində bu problem hələ də qalmaqdadır. Buna görə də ünsiyyət və tanışlıq zamanı məsafə gözləyirsiniz və bu münasibətləri elə sadə tanışlıq müstəvisində də saxlayırsınız.
Siz öz üzərinizdə çalışmalısınız ki, insanlara inanasınız və onları başa düşməlisiniz, heç də hər bir münasibətin sonu kədərlə bitmir.

 

(ardı var...)

 

BƏS SİZ NECƏ, YENİ TANIŞLIQLARDAN QORXURSUNUZMU? ÜNSİYYƏTCİLSİNİZMİ?




Şərhlər (65)

aya hasret gece.... aya hasret gece.... 5 September 2016 13:50 Cavab yaz

✈ Руслан Абилов ✈,
Ozunuzu bu qeder caresiz hiss etmiyin sukr Allaha internetde ne isdey olacag siz normal heyatda axtarin birde romantik olsaz daha yaxsi olar isdediyiniz cavabi musbet alarsiz
senin-kolgen senin-kolgen 5 September 2016 13:32 Cavab yaz

ღ Elif .... •.♥.•°ღ,
xeyr musbet cavab hec zaman gormedim hec vaxtda gormeyecem
aya hasret gece.... aya hasret gece.... 5 September 2016 10:56 Cavab yaz

✈ Руслан Абилов ✈,
✈ Руслан Абилов ✈,
✈ Руслан Абилов ✈,
Almamisiz musbet cavab ?
senin-kolgen senin-kolgen 4 September 2016 22:31 Cavab yaz

15 ildir internetdeyem inetrnede hele mene hec kes cavab yazmayib hec kes tanis olmayib
micky93 micky93 12 November 2015 21:15 Cavab yaz

maraqli yazidi .men ozum cox unsiyyetcilem ama baxir muhite qarwindaki insana qarsi teref nece ilk tesurat bagiwladisa mende o cur unsiyyet qururam .
virtual heyat virtualdi men real da tanimasam hec vaxt inana bilmerem.
senin-kolgen senin-kolgen 12 November 2015 20:01 Cavab yaz

ŞəriВ Babayeva, Xanim 2012 ci ilden bu yana qarsima ele sevgili olan qizlar cixirsa bu ele o demekdiki ele hamisinin sevgilisi varda 2012 den bu yana qarsima bir denede sevgilisiz qiz cixmayib bes buna ne deyrsiz? ele bu onu subut edirde men yanilmiram fakt subutla danisiram
Shari Shari 11 November 2015 19:18 Cavab yaz

✈██▓👫▒ Руслан Абилов ▒👫▓█✈,
Bəli mən xanımam və bir xanım olaraq sizə deyirəmki siz yanılırsız. Cəmdə danışmayın. Bütün qızların sevgilisi yoxdu. Sizin qarşınıza sevgilisi olan xanımlar çıxıbsa bu o demək deyilki hamının sevgilisi var.
Oğlanlardan soruşmağıma ehtiyyac yoxdur.
senin-kolgen senin-kolgen 11 November 2015 00:13 Cavab yaz

FatmaВ xanım,
Yox xanim menim isim yox ele oqlanlarin isi beledi gore gore gelirik . laughing

ŞəriВ Babayeva,
hecde yanilmiram siz xanimsiz hardan bilecekski tebiki yanildiqimi deyecek ve bele olmadiqini deyeciksi bunu oqlanlara sorusun sorgu kecirin kimin yanildigini goreceksiz negative
Shari Shari 9 November 2015 19:35 Cavab yaz

✈██▓👫▒ Руслан Абилов ▒👫▓█✈,
Demek olarki indi sevgilsi olmayan qiz yoxdu .

Yanılırsız.
Fatma Fatma 9 November 2015 17:26 Cavab yaz

✈██▓👫▒ Руслан Абилов ▒👫▓█✈,
Sənin işin lap çətindi))))
senin-kolgen senin-kolgen 9 November 2015 12:01 Cavab yaz

Bunlar hamsi bos seylerdi 14 ildir internetde varam butun taniwliq saytalrinda her gun 50-100 nefere taniwliq teklfi elemisem hec birinen musbet cavab almamisam. Indiki qizlar oqlan secende uzun boylu ya hansisa aktyora yada muqeniye oxsar oqlan secirler bahali masini olan oqlanla tanis olurlar 34 defe sinaqdan kecirtmisem 34 dundede eyni seyin sahidi olmusam indi kimlese tanis olmaq cox cetin ve mumkunsuzdu . Demek olarki indi sevgilsi olmayan qiz yoxdu .
selvi selvi 8 October 2012 16:20 Cavab yaz

MARAQLI MOVZUDUR.IMZA HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR...
Milay memmedova Milay memmedova 21 March 2012 01:44 Cavab yaz

Men de biraz gec cetin unsiyyet quranlardanam
Gunel Alizade Gunel Alizade 22 January 2012 21:31 Cavab yaz

Warning! You are not allowed to view this text.
Shari Shari 6 November 2011 00:34 Cavab yaz

Men ünsiyyətcil insanam, sadece bəzən qorxuram. Amma mənə insanda ilk növbədə daxili maraqlı gəlir,lovğa özündən razı insanlarla danişa bilmirəm və elə insanları heç sevmirəm.

seher_1984,
İnamsızlığa qalsa mən də hec kimə inanmıram,guvənmirem. Amma cəhd edin. Ünsiyyətdə olun. Sizi başa düşürəm.
Semedova Semedova 3 November 2011 12:19 Cavab yaz

canim Vefosum men maqnit olanlardanam ele senide maqnitlerden sayiram vay o hala demir tapaq lol
damla89_89 damla89_89 21 October 2011 01:00 Cavab yaz

men qorxanam.gec unsiyyet qururam.cox gec alisiram insanlara.ona gorede soyuqqanli gorunurem
Selin Selin 20 October 2011 17:57 Cavab yaz

Warning! You are not allowed to view this text.
laleyka laleyka 20 October 2011 15:53 Cavab yaz

yaxşı mövzudur mence bu bir az utancaqlıqdan bir az da mühüte gec alışmaqdan ötrü baş verir.Mende bundan eziyyet çəkənlərdən biriyem ümümiyyətlə məni danışdırmasalar dimek olar ki danışmıram.düşdüyüm mühüte olduqca gec alışıram
Meryem Meryem 20 October 2011 00:40 Cavab yaz

BƏS SİZ NECƏ, YENİ TANIŞLIQLARDAN QORXURSUNUZMU? ÜNSİYYƏTCİLSİNİZMİ?
qorxmuram amma ünsiyyətçil deyiləm amma çox istərdim olum
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика