Giriş
Bağla

Həddən artıq qorunan uşaqlar məktəbə gec öyrəşir

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Həddən artıq qorunan uşaqlar məktəbə gec öyrəşir 
Uşaqlar məktəb zənginin çalınmasıyla yeni bir həyata addım atır. Ancaq yeni başlanğıclar hər bir uşaq üçün asan olmur. Bəzi uşaqlar valideynlərindən çətin ayrılır və psixoloji çətinliklər yaşayır. Uşağa ailəsindən ayrı qalacağı və ya onları itirə biləcəyi ilə bağlı qorxu yaşadır. Üstəlik, səhv sözlər və davranışlar uşaqlara ciddi mənfi təsirlər yarada bilər.
Məktəb qorxusuna daha əvvəl ata-anasından ayrılmayan uşaqlarda daha çox rast gəlinir. Bu uşaqların qayğı səviyyələri olduqca yüksəkdir. Daha əvvəl sərbəstlik verilməyən, həddən artıq qorunan və müstəqilliyini inkişaf etdirməsinə icazə verilməyən uşaqlarda da daha çox rast gəlinir.
İlk gün necə davranmalı?
* Uşağınızı səhər qucaqlayaraq oyandırın.
* Geyinməsinə və dişlərini fırçalamasına kömək edin.
* Yemək yedizdirin.
* Birlikdə məktəbə gedin.
* Pəncərədən sizə "Sağ ol" deməsini istəyin.
* Uşaqlar ata-analarının nə hiss etdikləri mövzusunda həssasdır və narahat oduqlarını dərhal anlayırlar. "Sağ ol" deyərkən sizin əhvalınız onun ağlamasına, ya da qaçaraq xoşbəxt bir şəkildə məktəbə yönəlməsinə təsir edər. Bu səbəblə gülümsəyin, sakit və konstruktiv səs tonuyla danışın.
* Narahat olduğunuz hiss edilirsə, uşağınız belə bir mesaj alır: "Məktəbə getməyimlə əlaqədar anamı narahat edən bir şey var".
* Bütün bu yanaşmalar müvəffəqiyyətsizliklə nəticələnərsə, yardım alın. 
Uşaq məktəbə getmək istəmirsə, onun təqvim yaşı ilə yanaşı, fiziki və ruhi inkişafının məktəbə getməyə hazır olub-olmadığı da qiymətləndirilməlidir. Bəzi uşaqlar daha gec yetkinləşir və məktəb üçün bir il daha gözləmək lazım gəlir. Ancaq höcətlik, ya da qayğı ilə əlaqədar hər hansı istəksizlik varsa, bu problemi həll etməyə çalışmaq lazımdır. Belə vəziyyətlərdə gecikmə 2-3 il olsa da, məktəbə başladığı zaman eyni reaksiyaları verməsinin qarşısı alınır.
Doğru yanaşma necə olmalıdır?
Müsbət cümlələrlə uşağınızı məktəbə hazırlayın. Bu cümlələri oyun əsnasında və ya söz arasında söyləyə bilərsiniz. Xüsusilə qarşılıqlı oturub ciddi bir şəkildə danışmağınıza ehtiyac yoxdur.
* "Məktəbdə bir çox dostun olacaq, nə qədər maraqlıdır, eləmi?"
* "Görəsən, neçə dənə yeni oyun öyrənəcəksən, mənə də öyrədərsən, evdə birlikdə oynayarıq".
* "Məktəbə gedərkən müəlliminə ən sevdiyin şəklini, ya da oyuncağını göstər, əminəm ki, o da bəyənəcək".
* "Sən məktəbdəykən fikrim həmişə səndə olacaq, amma orada əyləndiyini bilmək məni də xoşbəxt edəcək".
Ən çox yol verilən xətalar
* Uşağınıza qorxusunu dəf etməsi üçün "Qorxma!" deməyin! Uşağınız bunu məktəbin qorxulacaq bir yer olması kimi anlaya bilər. "Qorxma, iynə heç ağrıtmayacaq" deyildiyi zaman iynənin ağrıtdığı kimi.
* "Narahat olma, mən  yanındayam, səni əsla buraxmaram". Bu cümlənin uşağınız "Əgər icazə versələr, yan otaqda səni gözləyəcəyəm, amma mən də əmin deyiləm" kimi anlaya bilər.
* "Səni əsla məktəbdə unutmaram və ya buraxmaram. Mən unutsam, atan, xalan və ya baban səni gəlib aparar". Bu cümlənin uşağının zehni belə qəbul edir: "Səni məktəbdə unutma ehtimalim var, inşallah, səni götürən biri tapılar".
* Əgər "Məktəbə getmək istəyirsən?" - deyə soruşsanız, uşağınız bunu belə qəbul edə bilər: "Məktəbə getmək və evdə etdiyin şeyləri (TV-yə baxmaq, oyun oynamaq kimi) davam etdirmək haqqın var. Mən sənin yerində olsam, seçim edərdim".


Şərhlər (48)

lezginka24 lezginka24 17 September 2011 19:21 Cavab yaz

Usaq eger baxcaya gedib oyrewibse mektebe de gedende de bir problem olmur,meselen menim qardasim ki,o bez problem mektebe gedib hemde usaqda mektebe getmezdem gabag bu haqqda anlayis yaratmaq lazimdir...
Pepitetto Pepitetto 17 September 2011 13:04 Cavab yaz

meslehete gore tesekkurler
AZS AZS 16 September 2011 23:56 Cavab yaz

Meslehetlerinizi nezere alacam. Teşekkürler.
_RIANA_ _RIANA_ 16 September 2011 14:53 Cavab yaz

İNŞALLAH GƏLƏN İL MƏNƏ LAZIM OLACAQ BURDA YAZILANLAR.ÇOX SUPERRRRRRRRRRRRR XƏBƏR İDİ.TƏŞƏKKÜR EDİRƏM.SƏS DƏ VERİRƏM.
creativka creativka 16 September 2011 12:17 Cavab yaz

1-ci sinfe gedende atamla qaqawim meni aparmiwdi,sumkami atam tutmuwdu,gulumu de qaqawim wink
Fatma Fatma 16 September 2011 10:53 Cavab yaz

ilk məktəbə getdiyim günü xatırladım
Shirinler Shirinler 16 September 2011 01:03 Cavab yaz

YADIMDADI MEKTEBIN ILK GUNU MEN DE AGLAMISDIM wink

SON GUNU DEEE recourse
QWEN85 QWEN85 15 September 2011 22:59 Cavab yaz

Butun I sinife geden uşaqlari, onlarin valideynlerini tebrik edirem. O gun olsun, ela qiymetlerle bitirib, Ali mektebe getsinler

Xebere gore teşekkurler
vusale91 vusale91 15 September 2011 20:12 Cavab yaz

tsk xebere gore winked
bahar83 bahar83 15 September 2011 20:09 Cavab yaz

Bu gun menim de qiizm 1-ci sinife getdi.Usagim sakitdi,narahat olurdum ki,oyrese bilmez.qorxar ve s.Amma eksine oldu.Cox serbest idi.Men ozum onnan cox heyecanli idim smile
vefa-n vefa-n 15 September 2011 20:07 Cavab yaz

ALLAH BUTUN BALALARI SAXLASIN.ESLINDE O MEKTEBE GEDENDE AGLAYAN UŞAQLARIN DA BIR MEZESI OLUR EEE.AMMA COX GOZEL MESLEHETLERDI MENE DE GELECEKDE LAZIM OLACAQ INŞALLAH
azerikizi azerikizi 15 September 2011 18:42 Cavab yaz

menim qizlarim 1-ci sinife ilk gun gedende seher yuxudan duranda ta sinife girene kimi o qeder gulduler ki hecne yadlarina duşmedi.ve her zamanda mektebe memnuniyyetle gedibler.
Lemanim Lemanim 15 September 2011 17:46 Cavab yaz

Butun ovladlari,birinci sinfa gedan analarin ilk dars gunun tabrik edirem.Man da insalah usaqimla cidi masqul olacam.
lovable_madam lovable_madam 15 September 2011 17:06 Cavab yaz

usagi olanlar bu meseheleri gorub sevinecek, bilediklerin oyrenecekler...menim is yoldasimin usagi da bu gun birinci sinfe qedem qoydu, o bagcada oldugna gore ne agladi, ne qisqirdi, ne de ki muellimden qorxdu. wink
Niko_F Niko_F 15 September 2011 16:53 Cavab yaz

Cox tewekkur edirem.Menim qardawim qizi bu gun 1ci sinife getdi.Axwam onunla sohbet ederken urek-direk verdim,meslehet de verdim,hemcinin de parta arxasinda oturmaqdan qorxma dedim,o ise mene "niye qorxuram ki,men boyuk qizam oxuyub savadli olacam dedi".Bu cumle icimde bir fexranelik hissi oyatdi.Duzdur cox decel ve cox bilmiw qizdir,uwaqliqdan da ana-atasi serbestlik verib,dayesi aparib getirirdi hazirliga,her halda bu prosses mektebde de davam edecek.Neticede valideynlerine cox da bagli olmayib bu da onun mektebde qorxmamasi ucun bir komeklikdir men deyerdim!Inwallah cox deyerli meslehetlerinizden gelecekde oz ovladlarimcun de istifade edeceyem!Her kese,ovladi mektebe geden herkese bolluca ugur arzu edirem ve tebrikler!!! smile
INCI_ok INCI_ok 15 September 2011 16:40 Cavab yaz

TWK,cox maraqlidir,insallah mende bele edecem
bakuji bakuji 15 September 2011 16:27 Cavab yaz

cox sag olun, xeyirli meslehetlerdi.
emel etmeye calişiram. oglumu qoruyuram, ama musteqilliyine xelel getirmemek şerti ile. bagchaya da gedir, bezen istekli olur, bezen getmek istemir. biraz terifleyirik bagchani filan, yola gelir smile
Weyla Weyla 15 September 2011 16:18 Cavab yaz

mənim qizim sentyabrin 1 den 1ci sinfe gedir.Inanin,o qeder heveslidir ki,seherler cox vaxt ozu durub meni durguzur laughing
amma bu biri qizimi bugun bagcaya qoymuwam.ilk defeydi.1 aydi gece-gunduz yatmirdi ki,men hacan bagcaya gedecem??? bu gun saat 2 olmamiw muellimesi zeng edib deyir ki,gel uwagivi apar.bayaqdan qiwqirir))) wink gunorta yemek yeyibler,yatzdirmaq isteyibler,bizimkinin de tersliyi tutub)))
Revane Revane 15 September 2011 16:08 Cavab yaz

Maraqli xeberdi cox saq olun.
Semedova Semedova 15 September 2011 15:52 Cavab yaz

TSKR VALIDEYNLERE GEREKLI MOVZUDU
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика