Giriş
Bağla

Uşağınızın yaşına uyğun kitab və oyuncaqlar

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Ümumiyyətlə, valideynlər uşağının yaşına uyğun kitab və oyuncaq seçərkən çətinlik çəkirlər. Buna görə də sizə kömək üçün oyuncaq və kitab seçmə meyarlarını təqdim edirəm.

Uşağınızın yaşına uyğun kitab və oyuncaqlar


Kitab seçərkən

Uşaqlar üçün kitab seçərkən onun inkişafına uyğun olanları seçməlisiniz. Kitabın dili, şəkilləri, böyüklüyü, yazılış şəkli, məzmunu, qorxuducu elementlərin olub-olmadığına diqqət yetirilməlidir. Əgər mümkünsə, öz yaş qrupuna aid olan kitablardan özünün seçməsini istəyin. Xüsusilə mövzuları ictimai məzmunlu olan, təlimçi və maraqlı kitablar seçmənizdə fayda vardır.

Yaşlara görə kitab seçimi

0-2 yaş

  • Parlaq səhifəli
  • Qalın səhifəli
  • Rəngləri canlı
  • İri şəkilli
  • Səsli kitablar

3-5 yaş

  • Bol şəkilli, az sözlü kitablar
  • Heyvan, oyuncaq, nəqliyyat vasitəsi kimi tanış obyektlərin şəkilləri
  • Nağıl kitabları
  • Qısa hekayələr

6-8 yaş

  • Əvvəlki yaşa görə bir az daha uzun hekayələr
  • İçində 3-4 xarakterin olduğu səsləndirilmiş hekayələr
  • Xəbər  verən hekayələr
  • İzlədiyi cizgi filmlərindən uyğunlaşdırılmış hekayələr
  • Peşələrlə əlaqədar kitablar
  • Təbiət və heyvanları izah edən kitablar
  • Şəkilləri qarışıq və detallı olan kitablar

9-12 yaş

  • Zövqünə uyğun kitablar
  • Maraq oyandıran elmi kitablar
  • Klassiklər


 Oyuncaq seçərkən
Oyuncaq seçimində ilk olaraq yaşına uyğun, inkişafını dəstəkləyən ünsürlərə diqqət yetirilməlidir. Oyuncağın şəkli, rəngi,  səsi, emal edildiyi maddəsi, keyfiyyəti diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlərdir. Oyuncaqlar yaxşı mühafizə edilməlidir. Tez-tez təmizlənməli, batareyalı oyuncaqlarda batareyanın xarab olub-olmadığına nəzarət edilməlidir.  
Yaşa görə təklif etdiyimiz oyuncaqlar:

0-3 yaş

  • Səs çıxaran oyuncaqlar və zınqırovlar
  • Rəngli halqalar
  • Yumşaq oyuncaqlar (ayı, it kimi..)
  • Dişlik
  • İç-içə keçməli plastik qutular
  • Tullanan oyuncaqlar

3-6 yaş

  • Kəşf etməyə istiqamətli oyuncaqlar
  • Mətbəx oyuncaqları
  • Həkim-müayinə oyuncaqları
  • Domino
  • Naxış düzəltmək üçün plastik mismarlar 
  • Tarazlıq oyuncaqları
  • Çox istiqamətli oyuncaq mebellər
  • Taxta nəqliyyat vasitələri
  • Şəkil ştativi
  • Kukla teatrı
  • Təkərli oyuncaqlar
  • Atlama ipi
  • Musiqi ritm alətləri
  • Nizamlı oyunlar
  • Oyun xəmiri
  • Ayna
  • Qayçılar
  • Yazı taxtası
  • Bağça oyuncaqları

6-8 yaş

  • Tarazlıq konkiləri
  • Toplar
  • Maketlər  
  • Boya növləri 
  • Nizamlı oyunlar
  • Dama
  • Yumşaq oyuncaqlar

9-12 yaş

  • Kompüter oyunları
  • Nizamlı oyunlar
  • Maketlər
  • Mühakiməyə söykənən oyunlar
  • İdman fəaliyyətləri (voleybol, tennis, üzgüçülük kimi)


Şərhlər (45)

Pervane01 Pervane01 22 February 2015 02:32 Cavab yaz


Men uwaqlarimla ana betnimden beri daniwiram.Ona gore wukur allaha hazir cavab istedadlidilar.

Maşallah olsun.
NI-TA NI-TA 9 January 2013 01:37 Cavab yaz

Men uwaqlarimla ana betnimden beri daniwiram.Ona gore wukur allaha hazir cavab istedadlidilar.
yegane_z yegane_z 6 June 2012 11:11 Cavab yaz

teshekkur edirem bunu bilmeyi cox isteyirdim
GULSEN.A.A GULSEN.A.A 8 October 2011 01:43 Cavab yaz

ELE MEN BELE XEBER GEZIRDIM TESEKKURLER MENE COX KOMEK OLDU..
turkangunel turkangunel 18 September 2011 15:59 Cavab yaz

məlumata görə təşəkkürlər. oyuncaq yox çoxdu bezirəm artıq amma nağıl kitabının ziyanı yoxdur almaq olar.evdəkiləri artıq oxumuşuq.amma yoldasşım bir gün heyvanlara aid bir kitab gətirdi uşaqlar o kitabı əllərindən yerə qoymurdular.
Semedova Semedova 11 September 2011 13:49 Cavab yaz

MENE EHTIYAC DEYIL,TSKR recourse
Selin Selin 10 September 2011 15:52 Cavab yaz

Warning! You are not allowed to view this text.
ayans ayans 9 September 2011 18:54 Cavab yaz

qizim hele balacadi
creativka creativka 8 September 2011 20:51 Cavab yaz

pedaqogika sahesinde oxudugum ucun bunlari kecmiwik,bilirem,yene de twk
duygu duygu 8 September 2011 15:46 Cavab yaz

HEE BUDA BELE.GELECEKDE LAZIM OLACAQ
nuray1 nuray1 7 September 2011 23:41 Cavab yaz

Canim tesekkurler.Kitablarla maraqlandim amma oyuncaqdan boluq MASALLAH her cure var
Random_Darkness Random_Darkness 7 September 2011 20:57 Cavab yaz

Hmmm men... UJE USAQ SAYİLMİRAM!!! Uraaaa
vusale91 vusale91 7 September 2011 20:06 Cavab yaz

heleki lazim deil lazim olanda gelib diqqetle oxuyaram tsk winked
muay muay 7 September 2011 19:08 Cavab yaz

tesekkur alacam rastima cixmir
YusifGunel YusifGunel 7 September 2011 18:11 Cavab yaz

men de qizima almisam.gozlu kitablardan ve "menim ilk sekilli,sozlu kitabim" var ondan.tewekkurler !
Ceri Ceri 7 September 2011 16:17 Cavab yaz

mene lazim deyil heleki..amma yenede tesekkurlerr wink
bakuji bakuji 7 September 2011 16:00 Cavab yaz

tesekkurler, lazimli melumatdi, men tecrubede istifade edirem.
LADY_ANGEL LADY_ANGEL 7 September 2011 15:41 Cavab yaz

maraqlidi.bele melumatli kuitabi mene roddomda vermisdiler ancaq menim oglum hec iqrusqaynan arasi yoxdu topdan basqa qab qacaqnan oynuyur laughing
leylahuseynova leylahuseynova 7 September 2011 15:39 Cavab yaz

Bizim balaamız kitabla işi yoxdu ona de ancaq qablarla oynasın. Məxbəxt siçanına dönüb harda itirsən qabların yanında taparsan onu wink
lezginka24 lezginka24 7 September 2011 15:26 Cavab yaz

Usaqlarim olsun istifade eleyecek siz meslehetlerinizden tessekkurler sizlere
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика