Giriş
Bağla

Uşağın xarici ölkəyə aparılması qaydaları

CƏMİYYƏT / Qadın və hüquq

Dünyada hər il milyonlarla insan turizm, biznes, müalicə, məskunlaşma və digər səbəblərdən xarici ölkələrə səyahət edir. Azərbaycanda bu və başqa səbəblərdən ölkəyə gələnlərin və ölkədən gedənlərin sayı ildən ilə artmaqdadır. Xarici ölkəyə səfər edənlər içərisində yetkinlik yaşına çatmayan şəxslər – uşaqlar da əhəmiyyətli yer tutur. Səfərlərinizin yalnız xoş məramlı olması arzusu ilə, Sizi 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək qaydaları ilə tanış edirik.

 İlk növbədə bilməliyik ki, hərəkət azadlığı hər bir vətəndaşın konstitusion hüququdur. Vətəndaş heç bir halda ölkəyə gəlmək və ölkədən getmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız qanunla göstərilən hallarda müvəqqəti məhdudlaşdırıla və ya dayandırıla bilər.

 Yetkinlik yaşına çatmayan şəxslərin təhlükəsizliyi və müdafiəsi məqsədi ilə, qanunla 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsi üçün hər iki valideynin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı tələb olunur. Mətndə 18 yaşına çatmamış vətəndaşı “uşaq sözü ilə ifadə edəcəyik.

 Uşağın xarici ölkəyə aparılması qaydaları

Uşaq hər iki valideyni ilə (yaxud qanuni nümayəndəsi ilə) səyahət edirsə, valideynin birinin (yaxud qanuni nümayəndənin) ümümvətəndaş (xidməti, diplomatik) pasportuna həmin uşaq yazılmalı və fotoşəkli yapışdırılıb möhürlənməlidir.

Uşaq bir valideyni ilə səyahət edirsə, həmin valideynin pasportuna uşaq yazılmalı və fotoşəkli yapışdırılıb möhürlənməli, həmçinin digər valideynin notarius tərəfindən təsdiq edilmiş razılığı alınmalıdır.

Valideynlərdən birinin razılığı olmadıqda, (münaqişəli boşanma, valideynin yerinin müəyyən edilə bilməməsi və s. hallarda) yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Əgər valideyn vəfat etmişdirsə, ölüm haqqında sənədi, itkin düşmüşdürsə, itkin düşmüş elan edilməsi haqqında məhkəmənin qərarını götürmək lazımdır.

Uşaqlar, bir qayda olaraq, ölkədən yalnız valideynlərindən birinin və ya qanuni nümayəndəsinin müşayiəti ilə gedə bilərlər. Müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün 18 yaşına çatmamış uşağa valideynlərinin razılığı, müvafiq təşkilatın vəsatəti əsasında pasport verilə bilər.

Lakin qanunda pasport alma yaşının aşağı həddinin müəyyən olunmaması (Daxili İşlər Nazirliyinin müvafiq daxili təlimati olub-olmaması barədə məlumatlı deyilik) müəyyən suallar doğurur. Məsələn, 2 yaşı tamam olmuş uşağa pasport verilə bilərmi? Verilmədiyi halda, 2 yaşı tamam olmuş uşaqlar valideynin müşayiəti olmadan doğum şəhadətnaməsi və razılıq əsasında ölkəni tərk edə bilərmi? Müxtəlif ölkələrin təcrübəsində məsələyə yanaşma fərqlidir. Rusiya və Ukraynada bir qayda olaraq, təcrübədə 7 yaşına çatmış uşağa pasport verilir, daha az yaşlılarda isə doğum haqqında şəhadətnamə, yaxud müvəqqəti səfər sənədi istifadə olunur. ABŞ təcrübəsində isə xarici səfər üçün yeni doğulmuş uşağa belə pasport almaq məcburidir.

Ölkəmizdə biometrik pasportlar tətbiq olunmağa başladıqdan sonra boşluqların aradan qalxacağına ümid edirik. Hazırda isə qanunu rəhbər tutaraq, gələcəkdə xoşagəlməz sürprizlərdən yayınmaq üçün, hər iki valideynin pasportunda yetkinlik yaşına çatmayan uşaqların yazılmasını və mümkün olan ən erkən yaşda uşaqlara pasport alınmasını tövsiyə edirik.

Uşağın pasportu olduğu təqdirdə, istər valideynin müşayiəti ilə olan, istərsə də, valideyni tərəfindən müşayiət olunmadığı səfər zamanı pasportu özü ilə götürməlidir.

Uşağın xarici ölkəyə aparılması qaydaları

Uşaq valideynin müşayiəti ilə getmədiyi halda, (qohumu, qrup rəhbəri və s. şəxslərlə gedirsə) valideynlərin hər ikisi tərəfindən (birlikdə və ya ayrılıqda) müşayiət edən şəxsin adına notariusda təsdiq etdirilmiş razılıq/etibarnamə verilməli və ümumvətəndaş pasportu götürülməlidir.

Uşağı müşayiət edən şəxs yoxdursa, pasportdan əlavə, uşağın müvafiq aviakompaniyanın personalının nəzarəti altında daşınmasına dair onun valideynləri (yaxud qanuni nümayəndəsi) tərəfindən doldurulmuş, hər iki valideyn tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş ərizə təqdim olunmalıdır. Bu halda uşağın daşınması qaydaları daşıyan aviakompaniya tərəfindən müəyyən olunur. Belə qayda əksərən 2 yaşdan yuxarı və 14 yaşdan aşağı (məsələn, THY-da 7-11 yaş) uşaqlara şamil olunur. Uşaqlar valideyn/qanuni nümayəndə tərəfindən hava limanına gətirməli, təyinat nöqtəsində səlahiyyətli şəxs tərəfindən qarşılanmalı, bir qayda olaraq, sərnişin bileti ilə yanaşı aviakampaniyadan əvvəlcədən razılıq alınmalıdır.

Uşaq daimi yaşayış üçün ölkədən getdiyi halda, onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən təsdiq edilmiş razılığı olmalıdır.  

Uşaq əcnəbi/vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürülmüşdürsə, səfər zamanı digər sənədlərlə yanaşı, onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməlidir.

Nəzərə alınmalıdır ki, ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

Qeyd 1: Qeyd olunan məsələlər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının 813 saylı 14.06.1994-cü il tarixli qanunu, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Milli Məclisinin 928 saylı 29.11.1994-cü il tarixli qərarı ilə tənzimlənir.  

Qeyd 2: Xəbərdə istifadə olunan şəkillər http://www.ehow.co.uk, http://www.examiner.com və http://www.jaunted.com  mənbələrinə məxsusdur.

 

 



Şərhlər (52)

leylahuseynova leylahuseynova 5 September 2011 11:27 Cavab yaz

Xaricə getsən bəlkə lazım olar bunlar sag olun canım fellow
Random_Darkness Random_Darkness 5 September 2011 10:46 Cavab yaz

Heee lap Turkiyeye,Fransaya seferim yadima dusdu... Biz Azal-la ucmusduq. Neyse tesekkurler maraqlidir
lovable_madam lovable_madam 5 September 2011 08:08 Cavab yaz

men de bilirdim bir daha oxudum ....teşekkurler
vlada vlada 5 September 2011 05:07 Cavab yaz

mende bilirdim bu haqda
Semedova Semedova 5 September 2011 00:22 Cavab yaz

USAGIM YOXDUKI APARAMDA,TESEKKUR recourse
nuray1 nuray1 5 September 2011 00:16 Cavab yaz

canim bu barede genis melumatim var.tesekkurler
ILKA_HEYATIM MENIM ILKA_HEYATIM MENIM 4 September 2011 23:53 Cavab yaz

bilurdim tesekkurler.
Fatma Fatma 4 September 2011 22:41 Cavab yaz

mənim oğlumuda Türkiyəyə aparanda biz notariusda etibarname yazdıq
QWEN85 QWEN85 4 September 2011 22:23 Cavab yaz

Teşekkurler, bu qaydalari men de bilirem smile
LADY_ANGEL LADY_ANGEL 4 September 2011 22:14 Cavab yaz

bilirdim 4 ildi gel getdayam.oglumun pasportu var asand gedib gelirik
Niko_F Niko_F 4 September 2011 21:53 Cavab yaz

NAXCIVANA ATASININ OLUM XEBERINE GEDEN QONWUMUZDAN QUCAGINDAKI HELE YAWI OLMAMIW KORPEYE GORE DE "BILET PULU"ALIBLAR...EH SIZ QAYDA QANUNDAN DANIWIRSIZ...XEBER ELE YAZI KIMI DE QALIR!YENE DE SAGOLUN EZIYYETINIZE GORE!
creativka creativka 4 September 2011 21:52 Cavab yaz

bawima gelmeyib bilmirdim,twk
Sama 0924 Sama 0924 4 September 2011 21:51 Cavab yaz

Təşəkkürlər bu haqda məlumatim var idi.
Shirinler Shirinler 4 September 2011 21:09 Cavab yaz

melumatim var

emeyine sagliq winked
AZS AZS 4 September 2011 21:06 Cavab yaz

Teşekkürler xebere göre.
SAMISHKA SAMISHKA 4 September 2011 20:55 Cavab yaz

KECEN AY 1 AZERI XANIM 3 KICIK USAQLA,BALACASININ HEC 1 YASI DA YOXDU,AZERBAYCANA GEDENDE PASPORTUNDA KICIYIN SEKLI OLMADIGINDAN SERHEDDE DUSURDUBLER,BELE SEYLER DE OLUR,BAXMIRLAR KI 3 KORPE USAGNANDI FILAN angry
Weyla Weyla 4 September 2011 20:48 Cavab yaz

Məlumatı olmayanlar üçün lazımlı xəbərdir,çoxsagol!!!Biz də 8 ildir yollardayıq,einə-uzununa yol ölçuruk laughing ...ona görə də bilmədiklərimizi də bu yollarda öyrəndik!!!
Pervane01 Pervane01 4 September 2011 20:48 Cavab yaz

bu haqda bilirem teşekküler
SAMISHKA SAMISHKA 4 September 2011 20:45 Cavab yaz

TESEKKURLER
ELE 1 AYAGIMIZ YOLDA QALDIGI UCUN,BELE SEYLERI BILIREM fellow
R.G.AL-SU R.G.AL-SU 4 September 2011 20:19 Cavab yaz

QIZIMIN OZ PASPORTU VAR AMMA OGLUMUN YOX IDI,TECILI AZERB-NA GETMEK LAZIM IDI 2 AY B.Q. PASPORT ALINMADIGI UCUN ONUN SEKILINI CEKIB OZ PASPORTUMUZA VURDUQ HEM MENIM HEM ATASININ.XEBERCUN TSK

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика