Giriş
Bağla

İslam əxlaqı Dərs-2 ("Valideynin haqqı")

Bizimdir! / Virtual dərslər / Namaz

İslam əxlaqı Dərs-2 ("Valideynin haqqı") 



 

 

Keçən dərsimizdən məlum oldu ki,İslam dini ictimai bir dindir ki,burada,insanın həm fərdi,həm də ictimai vəzifələri müəyyənləşdirilib.İctimai vəzifələrin bir qismi ictimai əlaqələri,yəni,fərdlərin qarşılıqlı münasibətlərini əhatə edir.

       Üzərimizə düşən bu vəzifələri tanımaq üçün ilk olaraq bizi əhatə edən insanların boynumuzda olan haqlarını bilməliyik.

2-ci dərsimizdə valideynin haqqından bəhs edəcəyik. 

Bismillahir-rəhmanir-rəhim. 

1.İsra surəsinin 23-25-ci ayələrində Allah t.t  buyurur:

“Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb,gözəl davranmağı) buyurmuşdur. Əgər onalrın biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalıb əldən düşərsə, onlara : “Uf ”-belə demə üzünü turşudub acı söz söyləmə. Onlarla xoş danış!

Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “ Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi,Sən də onlara rəhm et! ”-de !

Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirrlərini ) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız bilin ki) Rəbiniz,həqiqətən,tövbəkarları bağışlayandır!  

 

2.FİKİR VERİLMƏSİ GƏRƏKƏN CƏHƏT: Allah təala insanlara yalnız ona ibadət etməyi əmr etdikdən dərhal sonra ata-anaya yaxşılıq etməyi tapşırır.

İmam Sadiq (ə) bu ayəni izah edərkən deyir ki,Valideynə yaxşılıq etmək o deməkdir ki,onunla xoş rəftar edəsən və o nəsə istəyərkən o dilə gətirməmiş artıq ona verəsən.  

 

3.ATA-ANANIN ÖVLADI ÜZƏRİNDƏ OLAN HAQQI NƏDİR?Peyğəmbərimiz bu sualın cavabında buyurub: 

“Onlar sənin həm Cənnətin,həm də Cəhənnəmindir!”

YƏNİ – İnsanın Cənnətə və ya Cəhənnəmə getməsi valideynlərinə göstərdiyi qayğıdan və onların haqlarını nə dərəcədə yetirməsindən asılıdır. 

 

4.İNSANIN ÜZƏRİNDƏKİ MÜHÜM 3 HAQQ:

1.Ananın haqqı

2.Atanın haqqı 

3.Övladlarının haqqı 

 

5.“Uf ”-belə demə üzünü turşudub acı söz söyləmə. Onlarla xoş danış!”-AYƏSİNDƏ NƏ ÜÇÜN UF KƏLMƏSİ İŞLƏDİLİB? 

Imam Sadiq (ə) buyurub: “Ən sadə kobudluq forması “uf”-deməkdir.Əgər bundan da sadəsi olsaydı Allah təala onu da qadağan edərdi”

 

6. BİLMƏYİMİZ GƏRƏKƏN HƏDİS: 

“Valideyninin üzünə ağ olanlara Allah t.t belə xitab edər:İstədiyin hər bir işi (yaxşı işi) gör və bil ki , səni bağışlamayacam! ”


7.VALİDEYNİN ÜZÜNƏ AДћ OLMAДћIN NÜMUNƏLƏRİ:

a) Ata-anaya acıqlı və qəzəbli baxmaq valideynin üzünə ağ olmaq deməkdir 

b) Valideyni kədərləndirən şəxs onun üzünə ağ olmuşdur.

BİLMƏYİMİZ GƏRƏKƏN HƏDİS: 

“Hər kim valideyni ona qarşı haqsızlıq etdiyi üçün ona qəzəblə baxsa,Allah təala onun namazını qəbul etməz” 

Allah t.t bizi qiyamətədək valideynimizin üzünə ağ olmaqdan qorusun inşAllah.

Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.



Şərhlər (67)

gunka5556 gunka5556 16 April 2020 16:11 Cavab yaz

salam valideyn haqqi sadece ozumuzun ana ve atasina aiddi

yoxsa valideyn haqqi qaynana ve qaynataya da aiddimi

Məsələn: qaynata ve qaynatadan biri pisdirse onda neynemeliyik yola vermeliyik
QADIN.AZERI QADIN.AZERI 13 November 2013 22:28 Cavab yaz

ALLAH VALIDEYNLERIMIZI USTUMUZDEN ESKIK ETMESIN! winked
girl_2013,gulawka girl_2013,gulawka 31 March 2013 22:42 Cavab yaz

cox sagol baci
00.0000.00 00.0000.00 15 August 2012 13:13 Cavab yaz

Çox sağolun
alena_92 alena_92 15 June 2012 19:47 Cavab yaz

Allah razi olsun sizden ureyinizdeki arzulara catasiniz...
paradays paradays 20 May 2012 12:32 Cavab yaz

men 9 aydir ata anamin uzune hesretem,yoldasim qoymur onlarla danismaga,meni secim arasinda qoyub,ya valideyinlerin yada evladin,mende helelik sebir edirem,ALLAHa qurban olum,ALLAHin rehmi boyukdur, ALLAH sizden razi olsun,
L2115 L2115 15 April 2012 18:10 Cavab yaz

ALLAH RAZI OLSUN
Saricka Saricka 9 March 2012 01:39 Cavab yaz

MINETDARAM
Bagirova Ayten Bagirova Ayten 17 February 2012 03:08 Cavab yaz

Allah razi olsun baci sizden Allahin buyurduqlarini bizlere catdirdiginiz ucun... smile
lovable_madam lovable_madam 12 October 2011 23:30 Cavab yaz

exlaqi gozel olan insanin de axireti gozeldir
_RIANA_ _RIANA_ 18 September 2011 22:23 Cavab yaz

Kaş ki,bunu hamı dərk edərdi.
Meryem Meryem 10 September 2011 11:05 Cavab yaz

çox gözəl xəbərdi təşəkkürlər
moocik moocik 9 September 2011 18:09 Cavab yaz

cox sagolun,cox maraqla oxudum
DEMIDOVIC DEMIDOVIC 8 September 2011 14:53 Cavab yaz

Uzuncorab Peppi,
HAPPY,
sizler sagolun
HAPPY HAPPY 8 September 2011 01:37 Cavab yaz

cox sagol canim Allah razi olsun..bilmediklerimi oyrendim
DEMIDOVIC DEMIDOVIC 6 September 2011 22:13 Cavab yaz

Selin,
aişvarya rai,
alonka,
sevgul,
Allah t.t cumlemizden razi olsun
alonka alonka 5 September 2011 14:53 Cavab yaz

sag ol baci ibretamiz sozlere gore tesekkur ALLAH razi olsun
aishvarya rai aishvarya rai 5 September 2011 10:27 Cavab yaz

COX SAG OL CANİM ALLAH RAZİ OLSUN SENDEN
Huseyn awiqi Huseyn awiqi 2 September 2011 23:07 Cavab yaz

1ci hissesini oxumamiwam amma bunu oxudum mektebde bu dersleri kecmiwik ANAYA ITAET ALLAHA ITAETDI ANAYA USYAN ALLAHA USYANDI CENNET ANALARIN AYAGLARI ALTINDADIR BUTUN ANALARIN ELLERINDEN OPUREM TANRIM VALIDEYINLERIMIZI BIZE COOOX GORMESIN AMIN
Selin Selin 2 September 2011 20:06 Cavab yaz

Warning! You are not allowed to view this text.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика