Giriş
Bağla

Duzlu pomidor (foto resept)

Mətbəx / Konservləşdirilmiş məhsullar

Tərkibi.
Pomidor-3kq
Sarımsaq 5-6 ədəd
Acı bibər 2 dənə
Turş gilas ağacının yarpağı 5-6 ədəd
şüyüd toxumu
2 xörək qaşığı yarım Azərduz yodlu narın xörək duzu.
Bankanın ağzını bağlamaq üçün qapaq
 
Hazırlanması.
Üç litrlik banka təmiz yuyulur,ilk öncə şüyüd toxumu bankaya sonra isə pomidor,sarımsaq,bibər,gilas ağacının yarpaqları bankaya yığılır.
Bir litr yarım soyuq suya iki xörək qaşığı duz əlavə edib yaxşı çalırıqki,duz təmiz ərisin.
Sonra duzlu suyu pomidorun üzərinə tökürük.Bankanın ağzını plastmas qapaqla bağlayıb iki gün saxlayırıq.
 
 
İki gündən sonra banknın içindəki suyu qazana töküb qaynadırıq.
Qaynayan suyu təzədən pomidor bankasına tökürük.
Tez bankanın ağzını dəmir qapaqla bağlayırıq.
Bağladığımız bankanın üstünü qalın bir ədyalla örtürük və soyumağa qoyuruq.
Soyuyandan sonra üstünü açırıq,qış üçün hazırladığımız duzlu pomidorumuz hazırdı.Qışda isə açıb şorbalarımızın yanında nuş edirikwink




Şərhlər (158)

qeribe qeribe 28 June 2015 22:59 Cavab yaz

Cox sağolun............
Pervane01 Pervane01 22 February 2015 02:41 Cavab yaz

Qalibsa bir banka mene gonderinda nolar

Qurbandı. smile
rana969 rana969 20 February 2015 10:35 Cavab yaz

Qalibsa bir banka mene gonderinda nolar crazy
rovsane_82 rovsane_82 10 February 2015 22:57 Cavab yaz

Mən başqa cürə edirəm bunu.İlk dəfə gördüm bu üsulu.
gunay36 gunay36 5 February 2015 11:59 Cavab yaz

Cox sevirem bu tursunu. Suyuda dadli olur.

Cox sevirem bu tursunu. Suyuda dadli olur.
SS,, SS,, 5 February 2015 11:40 Cavab yaz

Bu yay inshAllah qoyacam bu tursudan
Pervane01 Pervane01 24 January 2015 20:00 Cavab yaz


Offline



Elvira Qurbanova
cox sevirem turwulari

Məndə çox sevirəm əsasda qışda.
Elvira_95 Elvira_95 5 January 2015 19:47 Cavab yaz

cox sevirem turwulari
Pervane01 Pervane01 1 January 2015 21:24 Cavab yaz

Xanim_Xatun
Biz tamam fərqli qoyuruq[/quote]
Xanım yayda banka baglayanda xəbər kimi gonder baxaq nece qoyursan tursunu bəlkə yenilik oyrendik.
Deniz84 Deniz84 28 December 2014 23:23 Cavab yaz

Biz tamam fərqli qoyuruq.

Siz necə qoyursunuz xanım.?
Xanim_Xatun Xanim_Xatun 28 December 2014 23:17 Cavab yaz

Biz tamam fərqli qoyuruq.
A-N-ar (Realist) A-N-ar (Realist) 28 November 2014 22:59 Cavab yaz

Çox sevirəm bu turşunu. Çox sağ olun.
Deniz84 Deniz84 15 November 2014 01:10 Cavab yaz

Mənim plov ilə xoşladığım ən gözəl turşudur. Ancaq mən üzərinə isti su töküb 10 dəqiqə qaynadıb sonra bağlayıram.
qeribe qeribe 8 November 2014 11:27 Cavab yaz

Cox sağ olun teşekkür edirem.
Ponchik Ponchik 17 May 2014 09:56 Cavab yaz

Pervane xanim olarki sirkede tokum ustune ..men sirkeli xosduyuram ona gore deyirem/xacmazdan pamidor gelib edecem
nilu nilu 7 February 2014 00:03 Cavab yaz

TƏŞƏKKÜRLƏR RESEPTƏ GÖRƏ give_ros
menasiz dunya menasiz dunya 19 August 2013 15:17 Cavab yaz

men icine xrende qoyuram cox gozel olur azerbaycanda ne deyirler bilmirem
aise_2009 aise_2009 18 August 2013 13:39 Cavab yaz

bizdə belə bağlamırlar.birinci dəfə eşitdim bu resepti.yenilik oldu.təşəkkürlər
Fidan.Bagiyeva Fidan.Bagiyeva 18 August 2013 13:34 Cavab yaz

əladı,əlləriniz dərd görməsin Pərvanə xanım,çox sağolun
Nazli Agayeva Nazli Agayeva 21 October 2012 13:10 Cavab yaz

men bundan etdim.acib yedim biraz duzlu duwub
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика