Giriş
Bağla

Həyatda özgəsinin,qəlbimdə sənin oldum

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Həyatda özgəsinin,qəlbimdə sənin oldum


Evimdə var birisi,ürəyimdə özgəsi,

Təkcə səni sevmişəm,sevmərəm başqa kəsi.

Gəlsə bir yadın səsi onu sən zənn edərəm,

Get desən sənin üçün ölümə də gedərəm.

***

Yağışa qatılaram yağaram sənin üçün,

Bəs niyə ayrılmışıq,söylə niyə,nə üçün?

Sevdik bir-birimizi,qurduq çoxlu arzular

Sanki yuxuya döndü yarı yolda qoydular.

***

Sənə elçi getdilər,başqa bir qız aldılar,

Mənə nişanlan deyə yad üzüyü taxdılar.

Yenə unutmadıq biz yaşatdıq sevgimizi,

Gizlin olsa da belə sevdik bir-birimizi.

***

Səhər-axşam ağlayıb səni arzulayırdım,

Taledən üz döndərib bəxtimə qarğayırdım.

Nəhayət gəldi o gün,toy-mağarlar quruldu,

Gözlərim ağlamaqdan gücdən düşdü,yoruldu.

***

Bağçamızda əkdiyin qızılgüllər də soldu,

Onları mənə əkdin,yad barmaqlar toxundu.

Sanki bir balıq idim çırpınıb tora düşdüm,

Məni səndən aldılar,yad bir yuvaya düşdüm...

Artıq neçə illərdir bu evdə gəlin oldum,

Həyatda özgəsinin,qəlbimdə sənin oldum...


Şərhlər (84)

nilu nilu 23 February 2014 22:26 Cavab yaz

Çox bəyəndim,təşəkkürlər give_ros
aysun2013 aysun2013 2 December 2013 16:37 Cavab yaz

Gözəl şeirdi
www.guler1994 www.guler1994 11 September 2013 14:52 Cavab yaz

Coxsaqolun
ST_EWQIM ST_EWQIM 24 April 2013 01:24 Cavab yaz

tewekkurler
yaz gulu 89 yaz gulu 89 9 April 2013 21:47 Cavab yaz

oof cox qemli seirdi oxudum cox kovreldim lap kecmisim yadima dusdu mende bu yoldan kecmisem allah sevenleri ayirmasin
Gulxare Gulxare 23 June 2012 02:06 Cavab yaz

Səhər-axşam ağlayıb səni arzulayırdım,

Taledən üz döndərib bəxtimə qarğayırdım.

Nəhayət gəldi o gün,toy-mağarlar quruldu,

Gözlərim ağlamaqdan gücdən düşdü,yoruldu.
moon light moon light 13 February 2012 18:34 Cavab yaz

twk cox qemli seirdi Allah sevenleri ayirmasin
Deli caglar Deli caglar 30 December 2011 00:32 Cavab yaz

evimin sahibi bawqa 11si konlumun sahibi sen olacaqsan.ellerinize sagliq
gilas21 gilas21 27 December 2011 21:31 Cavab yaz

QEMLI NOTLAR
gunas gunas 25 December 2011 00:01 Cavab yaz

axi niye heyat bele qeribedi niye sevenler hemise ayrilir niye qelbinde kimse yaninda basqasiyla yasayir love
SunMooN SunMooN 13 November 2011 21:30 Cavab yaz

tewekkurler!Allah hec kime gostermesin bele taleyi deyecem amma bele sevenler coxdu(((sevdiyinden ayri,yad ocaqda gelin olan recourse
lovable_madam lovable_madam 3 October 2011 21:07 Cavab yaz

ay amna bu nece dehsetdiur? men bele yasaya bilmerem eeee....biirni sev digeri ile aile qur
huseynova.gullu huseynova.gullu 3 October 2011 20:56 Cavab yaz

eline saliq meni uzaqlara apardi kecmise
Yildizz Yildizz 2 October 2011 02:14 Cavab yaz

Men sevdiyimle xosbextem
Allah sevenleri qorusun
_RIANA_ _RIANA_ 26 September 2011 16:02 Cavab yaz

ŞAİRE XANİM HALALDİR SİZE
FERQANE. FERQANE. 31 August 2011 13:40 Cavab yaz

aLLAH SEVENLERİ AYİRMASİN.GOZU YASLİ QOYMASİN.
lezginka24 lezginka24 21 August 2011 01:12 Cavab yaz

qemli bir weire oxwayir ilk bendlerini oxudum yene de sag olun sizlere
Gonulcelen Gonulcelen 17 August 2011 18:57 Cavab yaz

maraqlidi.
SAMISHKA SAMISHKA 16 August 2011 21:02 Cavab yaz

TESEKKURLER!ELA WERDI
Weyla Weyla 13 August 2011 00:33 Cavab yaz

Sitat: ayten566
men sevdiyimden basqasina getmerem.eminem ki,o da basqasini almaz.eyer meni ona vermeseler....

Ruslarin cox gozel deyimi var: Nikoqda ne qovori nikoqda!!!! Sen de hec vaxt geleceyi ozunden deme,menden sene 1 baci mesleheti.Allah-taala hamiya 1 qismet yazib.eger sevdiyin senin qismetindirse ona qovuwacaqsan,yox qismetin deyilse ozunu assan da,kessen de xeyri yoxdu.....
Allah seni sevdiyinle xowbext etsin,Canim!!!
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика