Giriş
Bağla

Şəhvət və eşq xəstəliyi (2-ci hissə)

MÜNASİBƏTLƏR / Eşq və məhəbbət

Bax bunlar nəfsə aid bir sıra xəstəliklərdir. İnsan bəzən bir şeyə görə qəzəblənəndə, əsəbiləşməsi üzündən əsassız qorxu hissi ilə çox şeylər haqqında düşünür. Belə ki, onların şairlərindən biri belə demişdir:

Onu sevdiyimə görə
Sudanı da sevirəm.
Hətta onu sevdiyimə görə,
Qara iti də sevirəm.

Göründüyü kimi, qara dərili bir qadını sevən adam qara rəngdə olan nə varsa, o, hətta it olsa belə, onu sevir. Əslində, bütün bunlar qəlbin iradəsində və xəyalındakı xəstəliklərdir. Allahdan, bizi qəlbimizdə olan bütün xəstəliklərdən qorumasını diləyirik. Əxlaqımızda, istəklərimizdə olan pis xəstəliklərdən Allaha sığınırıq!
Qəlb ancaq Allahı sevmək üçün yaradılmışdır. O, Allahın qullarına verdiyi bir fitri təbiətdir, yəni Allahın, insanın ayrılmaz təbii bir xassəsi kimi yaratdığı zəruri bir keyfiyyətdir ki, bəşər əxlaqının başlanğıcı onunla bağlıdır. Bununla əlaqədar İslam Peyğəmbəri (S.Ə.S.) belə demişdir:
“Hər doğulan öz təbiəti ilə doğulur. Ata-anası onu ya yəhudi, ya xristian və ya atəşpərəst edir. Bu, eynilə bir heyvanın əli və ayağı ilə birlikdə normal doğulması kimidir. Siz onlarda hər hansı bir çatışmazlıq görürsünüzmü?” Əbu Hureyrə bunu rəvayət etdikdən sonra dedi: İstəsəniz bu ayəni oxuyun: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir. Allahın insanlara - xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz...”. (Rum, 30/30)
Allah insanları təkcə Ona ibadət etmək və Onu sevmək üçün yaratmışdır. Belə olduqda, fitrət  (Fitrət – insanın anadangəlmə təbiəti) pozulmayaraq qalarsa, qəlb yalnız Allahı tanıyıb sevəcəkdir. Lakin ata-ananın övladını yəhudiləşdirməsi və ya xristianlaşdırması fitrəti pozur. Bütün bunlar Allahın qəza və qədəri ilə olsa da, Allahın yaratdığı insan təbiətini (valideynin və sairlərinin) dəyişdirməsi deməkdir.
Deməli, bədənin bir hissəsini kəsib atmaqla, o necə dəyişirsə, fitrət də belə dəyişir. Sonra isə, öz fitri təbiətlərinə qayıtmaq üçün səy göstərənlər, Allahın bunu asanlaşdırması ilə, yenidən fitrətə qayıda bilərlər.
Peyğəmbərlər fitrəti dəyişmək və ondan döndərmək üçün deyil, əksinə onu təsdiq edərək kamilləşdirmək üçün göndərilmişdilər. Əgər qəlb təkcə Allahı sevərək, dini yalnız Ona məxsus qılarsa, eşqə aludə olması ilə bağlı ona toxunmayan, çünki bu halda, o heç vaxt başqasını Onu sevdiyi qədər sevməz!
Qəlbin eşqə düşməsi, onun Allaha olan məhəbbətinin qüsurlu olmasındadır. Buna görə də, Yusuf (əleyhissalam) Allahı sevərək, dini Ona məxsus qıldığı üçün eşq xəstəliyinə mübtəla olmamışdı.
Uca Allah buyurur:
“Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o Bizim seçilmiş qullarımızdandır”. (Yusuf, 12/24)
Yüksək vəzifə sahibinin arvadı imansız idi və buna görə də eşqə giriftar olmuşdu. Allahın Tək olmasına iman gətirməyəndən başqası eşqə düşməz. Çünki Allaha doğru yönəlmiş və Ondan qorxan bir qəlbdə onu eşqə düşməkdən saxlayan iki maneə vardır. Bunlardan biri – Allaha doğru yönəlməsi və Onu sevməsidir. Çünki bu, hər şeyin üstün həzz mənbəyi və yaxşısıdır. Qəlbdə Allaha olan sevgi ilə birlikdə, Onunla ayaqlaşa bilən bir məxluqun sevgisi ola bilməz. Qəlbi eşqə düşməkdən saxlayan maneələrdən ikincisi isə Allah qorxusudur. Eşqin ziddinə olan qorxu, onu həm də uzaqlaşdırır.
Əgər qul Allahı hamıdan daha çox sevirsə və hər şeydən daha çox Ondan qorxursa, onun, gözlənilməz hallarda və yaxud sevgisi və qorxusunun (bir sıra vacib vəzifələri tərk etməsi, bəzi haramları işləməsi halları istisna edilməklə) zəifləməsi anlarında belə, o adamda Allah sevgisi və qorxusu ilə bərabər nə eşq və nə də onlarla rəqabət apara bilən hər hansı bir hiss, duyğu yarana bilməz. Çünki iman itaətlə artır, itaətdən çıxmaqla azalır. Qul istənilən vaxt Allah sevgisi və qorxusu ilə Allaha itaət halında günahlarını tərk edirsə, Allaha bəslədiyi sevgisi və qorxusu qüvvətlənir. Beləliklə, qəlbdə Allahdan başqasına yönəlmiş sevgi və qorxu yox olur.
Cismani, bədən xəstəlikləri də eynilə belə olur. Həqiqətdə sağlamlıq özünə bənzəri ilə qorunur, xəstəlik özünün ziddi ilə sağaldılır. Belə olduqda, qəlbin sağlamlığı imanladır və ona oxşar olanlarla mühafizə olunur. Bu gerçəklik – faydalı elm və xeyirxah əməldir ki, qəlbdə imanın yaranmasını təmin edir. Faydalı elm və xeyirli əməl qəlbin qidalarıdır.
Beləliklə, yüksək etibarlılıqla Peyğəmbərdən (S.Ə.S.) rəvayət edilən İbn Məsudun hədisində belə deyilir:
“Ziyafət verən hər kəs, (dəvət olunanların) ziyafət yeməyinə gəlməsini istəyər. Allahın ziyafəti isə Qurandır” (Darimi, “Fədailil-Quran”, 2/433). Quran Allahın qullarına ziyafətidir.
Gecənin sonu, əzan və iqamə vaxtı, səcdədə və namazlardan sonra... Bunlara bağışlanma əlavə edər. Çünki kim Allahdan bağışlanma istəyərsə və sonra da Ona doğru qayıdarsa, (Allah) onu müəyyən olunmuş müddətə qədər layiqincə yaşadar. Qoy belə bir insan gecə və gündüz vaxtlarında Allahı xatırlasın və qarşısına çıxan maneələrə və qarşısını alanlara səbir etsin.
Çünki çox çəkməz ki, Allah ona Öz tərəfindən göndərəcəyi bir mələklə kömək göstərər, imanı qəlbinə yazar. Namazın açıq və gizli fərzlərini beş vaxt mükəmməl sürətdə yerinə yetirməyə ciddi-cəhdlə səy göstər, çünki namaz dinin dirəyidir. Həmişə işlətdiyin söz “Lə haulə və lə quvvətə illə billəh” olsun! Bil ki, yüklər ancaq bununla daşınacaqdır, çətinliklərə ancaq bununla qarşı durmaq mümkündür və yüksək dərəcələrə ancaq bununla çatmaq olur. Allahdan istəməkdən və Ona dua etməkdən usanma!
Çünki qul: “dua etdim, dua etdim, lakin onlara cavab verilmədi” deyərək tələsiklik etmədikcə onun duaları qəbul olunur. Bil ki, qələbə səbirlə, qurtuluş sıxıntılarla və asanlıq da çətinliklərlə bərabərdir, yəni  onların sayəsində əldə edilir. İstər peyğəmbər, istərsə də ondan aşağı pillədə dayananlar olsun, xeyrə ən axırda səbir etməklə yetişmişlər.



Şərhlər (42)

nilu nilu 23 February 2014 22:17 Cavab yaz

Çox maraqlı xəbərdi,təşəkkürlər give_ros
www.guler1994 www.guler1994 11 September 2013 15:08 Cavab yaz

Maraqli movzudu
Meryem Meryem 4 February 2012 03:25 Cavab yaz

Sitat: paris
YUSUF GUNEYI SEVIYORUM


no xəbərlə nə əlaqəsi var ?
Meryem Meryem 13 June 2011 17:19 Cavab yaz

Sitat: madmuazel
niye adini deyisdin,izgirus daha gozeldi,

o addan bəzmişdim ona görə istədim bir deyişlik olsun
AySeN AySeN 13 June 2011 17:14 Cavab yaz

paris,
hadise,
bu movzuya ne aidiyati var yusuf guneyin
Iceberg Iceberg 17 May 2011 10:21 Cavab yaz

maraqlı yazı idi
Cool nura Cool nura 17 May 2011 10:15 Cavab yaz

Allah razi olsun tesekkur.
yekta yekta 11 May 2011 21:38 Cavab yaz

Çünki qul: “dua etdim, dua etdim, lakin onlara cavab verilmədi” deyərək tələsiklik etmədikcə onun duaları qəbul olunur.

bu doğurdan da belədi. təşəkkürlər xəbərə görə
sirin89 sirin89 8 May 2011 19:01 Cavab yaz

ellerinize sagliq.maraqli movzudur. winked
moocik moocik 7 May 2011 17:14 Cavab yaz

Sitat: AL.SU.
YAZAN ELLER DERD GORMESIN

orkide88 orkide88 7 May 2011 13:22 Cavab yaz

]cox sag olun,oxudum
paris paris 7 May 2011 12:49 Cavab yaz

YUSUF GUNEYI SEVIYORUM
hadise hadise 6 May 2011 23:10 Cavab yaz

MAN YUSUF GUNEYI SEVIYORUM
madmuazel madmuazel 6 May 2011 22:23 Cavab yaz

tesekkurler.niye adini deyisdin,izgirus daha gozeldi,allah seni arzularina catdirsin
lovable_madam lovable_madam 6 May 2011 18:58 Cavab yaz

ALLAHA olan sevgimiz her hansi bir bendesine olan sevgimizden ustun olmalidir...bendeler gelici kecici, cox zaman dost biuldiuyin bende dar aninda sene yardim edermi? YOX, gunahlarin olanda seni kim anlaayr? kim bahişlayar? ELBETTE KI UCA ALLAH, amma bir kicik xetani bendeler bilen kimi başina tene ederler... sevek sevek yalniz ALLAHIMIZI her kesden daha cox sevek, deyilmi eziz xanimlar?!
AL.SU. AL.SU. 6 May 2011 18:51 Cavab yaz

TSK,MARAQLIYDI.YAZAN ELLER DERD GORMESIN
HAPPY HAPPY 6 May 2011 18:42 Cavab yaz

superrrrr canim men axtardigim suali tapdim canimmm cox sagol ela bele xeberleri gozleyirem... smile
nurgul nurgul 6 May 2011 17:15 Cavab yaz

movzuya gore tewekkur edirem,Allah bizleri bu xestelikden qorusun amin.

qelbimiz Allah sevgisiyle dolu olsa bu xesteliye tutulmaqdan Allah qoruyacaq bizi,Allah haminin imanini kamil etsin
ebru ebru 6 May 2011 17:06 Cavab yaz

ALLAH razi olsu sagolun xe bere gore TŞ
Qonce Qonce 6 May 2011 17:05 Cavab yaz

Cox sagol yazilarina gore , teşekkur[color=#000066][/color]
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика