Giriş
Bağla

Türkan Şoray

CƏMİYYƏT / Tanınmışlar / Mədəniyyət xadimləri

 Türkan Şoray 28 iyun 1945-ci ildə İstanbulda doğulub. Atası Halid  Şoray dövlət dəmir yollarında məmur, anası Meliha isə ev xanımı idi.  O,maddi imkanların məhdud olduğu bir ailədə dünyaya gəldi.  Təhsilinə Rami Taş məktəbində başladı, lakin davamlı ev  dəyişdirdiklərindən, təhsilini Feriköy ibtidai məktəbində tamamladı.

 Şorayın atası bir müddət sonra işini buraxıb polis məmuru oldu,   anası isə bir şin fabrikində işə başladı.Bundan sonra yaşayışları  çətinləşdi və Türkan kiçik yaşda evin işləriylə maraqlanmaq  məcburiyyətində qaldı. 1954-cü ildə bacısı Nazan dünyaya gəldikdən  sonra anası ilə atası arasındakı anlaşılmazlıq son nöqtəyə çatdı və cütlük boşanma qərarı verdi. Bacısı ilə birlikdə anasında qalan Türkan, liseyini davam edirdi. Boşanma sonrası Karagümrükdəki Sarmaşık küçəsinə köçən ailəni yenə çətin günlər gözləyirdi. Ancaq Türkanın ev sahiblərinin qızı Emel Ulduzla tanışlığı həyatının dönüş nöqtələrindən biri olacaqdı.Türkan o dövrdə on beş yaşında idi.Bir gün Emelle birlikdə film çəkilişlərinə gedər və beləcə məşhur "Yeşilçam Küçəsi"nə addımını atmış olar.
Emel Ulduz, o vaxtı "Köyde Bir Kız Sevdim" adlı filmin baş rolunda oynamalı idi. Türkan kənarda bir yerdə oturarkən Türker İnanoğlunun diqqətini çəkər.O, Türkanla tanış olar. İnanoğlu baş rol üçün Türkan Şorayın daha uyğun olacağına qərar verər və onun Yeşilçama girişi də beləcə reallaşar. O vaxtı hələ 15 yaşında olan və Şadı Çadırçı ilə nişanlı olan Şoray, bir müddət sonra Çadırçıdan ayrılıb İnanoğlu ilə nişanlandı.

  Türker İnanoglu

 

Türkan Şoray

 

Bir Ulduzun doğuşu (1960-cı illər) 

Türkan Şoray "Köyde Bir Kız Sevdim" filminin ardından yeni- yeni təkliflər almağa başlayar. Çəkildiyi filmlərlə mətbuatın diqqətini çəkər və ilk dəfə dövrün ən məşhur həftəlik jurnallarından olan "Kino"nun üz qabığına çəkilər.Ardından "Artist", "Büyük gazete"və "Ses" jurnallarına da ayağını açar.

Həyatına İstiqamət Verən Adam
 Rüçhan Adlının Şorayın həyatında əhəmiyyətli bir rolu vardır. Onu  qorumuş, həmişə zirvədə qalmasında böyük rol oynamışdır.Bu cütlük  bir film çəkilişində tanış olurlar. Rüçhan Adlı Şoraydan düz 23 yaş  böyük idi. Görüb-götürmüş insan idi. Şoray bir ata şəfqətindən və  sevgisindən məhrum böyümüş, bunlara ehtiyac duymuşdur.Ona görə  də Şoray bu sevgi və şəfqəti Adlıda tapır və 20 ilini onunla birlikdə  keçirir.

 Bu əlaqədən sonra Şoray gedərək süzgün baxışlı, şux bir qadın  olmaqdan sıyrılıb, yeni şəxsiyyətinə bürünər və 1965-ci illərdən  başlayaraq "Türk kinosunun bir nömrəli qadını" olur. Dörd böyük  arasında (Fatma Girik, Xülya Koçyiğit, Filiz Axın) ən çox onun adı çəkilir.

Türkan Şoray

Sultan

Şorayın Sultan olmasında və ona qayda-qanun qoyulmasında Adlının böyük payı vardır. Adlı, Şoraya göndərdiyi çiçək buketlərinə ilişdirdiyi kartlarda ya da buraxdığı qeydlərdə ona həmişə "Sultanım" deyə xitab edərdi.Bunlar daha sonra mətbuatda çıxar və dövrün məşhur qəzet və jurnallarında nəşr olunardı. Beləcə Şoray artıq türk kinosunun da, xalqın da "Sultan"ı olmağa başlayar.

1966-cı illərin sonlarına doğru isə bir-birinin ardınca Şoray filmləri çəkilir və eyni həftələrdə Beyoğlu kinoları da bu yarışa girincə vəziyyət bir müddət onun əleyhinə işləyir. Eyni vaxtlarda çəkilən Şoraylı filmlər sanki bir-birini vurur. Şorayın belə bir səhvə qurban getməsinin səbəbi eyni il içində çox sayda filmə çəkilməsi və oynadığı filmlərin eyni mövzuları əhatə etməsidir.

Bir müddət sonra Türkan Şoray əleyhinə inkişaf edən bu təhlükəli sarsıntını çətinliklə sovuşdurur və öz çəkiliş qiymətində artım edir. Beləcə bütün prodüsserlər Şorayı qara siyahıya salırlar. Bu qərara görə onu filmə çəkmirlər, müqavilə müddətini uzatmırlar, kino salonlarında da filmlərini göstərmirlər. O artıq Akün, Acar, Arzu, Duru film... kimi böyük şirkətlərin də qara siyahısındadır.Bütün bu hadisələrdən sonra Şoray özünü bir müdafiə etmə siyasəti tapar və beləcə Şoray qanunları meydana gəlir.

Şoray qanunları

1) Türkan Şoray film ssenarilərini filmin çəkiliş tarixindən ən azı bir ay əvvəl bəyənər.

2) Türkan Şoray, ssenarini bəyənmədiyi təqdirdə yeni bir ssenari veriləcək.

3) Hər ssenaridə "bəyəndi" razılaşması şərtdir.

4) Filmdə öpüşmə və açıq səhnələr olmayacaq.

5) Filmdəki müasir geyimlər Türkan Şoraya, tarixi geyimlər isə şirkətə aiddir.

6) Film çəkilişi yalnız İstanbulda olmalıdır. Türkan Şoray İstanbul xaricinə çıxa bilməz.

7) İş saatları səhər 8 ilə axşam 19 arasıdır.

8) Bazar günləri Türkan Şoray işləyə bilməz.

9) Türkan Şoray adı afişa, elan və kino plakatlarında başda və tək olaraq yazılacaq.

10) Filmdə hər oynadığı yerdə 9 maddə tətbiq olunacaq.

11) Filmlərin səsləndirilməsində Türkan Şorayın səsi üçün öz razılaşması şərtdir.

12) Şirkət filmi öz hesabına çəkər.Əgər başqa şirkətlə ortaq istehsala başlanılarsa, Türkan Şorayın razılaşması şərtdir.

13) Film rəngli isə Türkan Şorayın razılaşması ilə çəkiliş günləri uzana bilər.

14) Çəkiləcək filmin rejissoru və baş kişi oyunçusu üçün Türkan Şorayın razılaşması şərtdir.

15) Bu şərtlərə riayət etməyən film şirkəti 100 min lirə ödəməlidir.

16) Mübahisə məsələlərində məhkəmələr İstanbul məhkəmələridir.

17) Türkan Şoray şirkətlərdən film başına 60 min lirə alar.

18) Türkan Şoray məcburu gecikmələri 10 gündən çox gözləməz.

Dövrünə görə olduqca ağır şərtlər, 1967-ci illərdə son halını alıb yazılı bir mətnə çevrilir. Bundan sonra Türkanın gəliri elə yüksələr ki, heç bir firma, rejissor və ya oyunçu ona qarşı çıxa bilmir.Onlar Türkan Şorayla müqavilə bağlamaq üçün bir-biriləriylə yenidən yarışa girirlər. Bu qanunlarla da Rüçhan Adlı, Şorayın Yeşilçamdakı imicini qoruma altına alır.

1970-ci illər, Şoray, kino və cəmiyyət 

Şoray, ildə yenə 10-12 filmə çəkilir. Sultan Gəlin, Cemo kimi yarım müvəffəqiyyətlər əldə edilərkən, "Vukuat Var", "Asiye Nasıl Kurtulur" kimi filmlər iflasla nəticələnir. Məşhur rejissorlarla (Atıf Yılmaz, Osman Seden, Halit Refiğ..) işləmək də çox bir şeyi dəyişdirmir.

Bundan sonra Şoray film sayını ciddi mənada azaldır.Və bir ilə iki film damğasını vurur. Biri Cemodur. Bu filmin çəkilişlərində Şoray atdan düşür və iflic olma təhlükəsiylə qarşı-qarşıya qalır. Hadisə, filmə əla bir reklam vasitəsi olur. Əsl böyük reaksiyalara gətirib çıxaran hadisə isə bir başqa filmi "Dönüş"dür. Çünki Şorayın rejissorluq sınağı etdiyi ilk filmdir. Şoray bir çox ətrafın tənqidinə məruz qalır. Filmin müvəffəqiyyətli olmayacağı düşünülür, lakin gözlənilənin əksinə diqqət çəkir və müvəffəqiyyətli olur. Şoray, tənqidçilərin, kino mütəxəssislərinin və "ciddi mətbuat"ın diqqətini çəkir. Film ilin ən böyük filmi olur. Şoraya daha əvvəl üz çevirənlər, bu dəfə ona sahiblənirlər.Bundan başqa "Dönüş" 1973-ci ildə "Moskva Film Festivalı"nda xüsusi bir mükafat alır.Şoray "Azap" filmində ikinci rejissorluq sınağını reallaşdırır, lakin bu film müvəffəqiyyətli ola bilmir.

Şoray öz rejissorluq məhsulu olan "Bodrum Hakimi"ni çəkir və yenidən məşhur olur.O,1977-ci illərin ən gözəl filmlərindən biri olan "Selvi Boylum, Al Yazmalım" da oynayır. Bu film Şoraya ən yaxşı qadın oyunçusu mükafatını gətirir.

1980-cı illər Türkan Şorayın şəxsi həyatı

Türkan Şoray


  Bu illər Şoray qanunları yıxılır.Şəxsi həyatında isə iyirmi ilini fəda etdiyi Rüçhan Adlını 1983-cı ildə tərk edib, eyni il kino və teatr sənətçisi Dünya Ünal ilə evlənir. O, yeni evliliyindən bir il sonra anasını itirir və bir müddət sonra qızı Yağmur dünyaya gəlir. Şoray-Ünal cütlüyü birlikdə bir neçə filmdə oynayırlar.Və cütlük dörd il sonra ayrılırlar. Səkkiz il sonra isə atasını,ardınca böyük eşqi Rüçhan Adlını itirir. Bu illərdə o,tamaşaçısının qarşısına bir neçə silsilə seriallarla gəlir.Şoray xeyriyyəçiliklə də məşğul olub.Onun 1973 ilində tikdirmiş olduğu ibtidai təhsil məktəbi İstanbulun Hisarüstündə hələ də durur.

Aldığı mükafatlar-1964-ci ildən 2001-ci ilə kimi 28 mükafat alıb.

Filmografisi-188 film,6 seriala çəkilib.

60-cı illərin əvvəllərində start alan kino kariyerası boyunca saysız filmdə rol alan Şoray, "Sultan" ləqəbiylə xatırlanmaqdadır. Türk kinosunun olub-keçmiş ən gözəl və böyük oyunçularından biri olan aktrisa, kariyerası boyunca həmişə zirvədə qalmağı bacarmışdır. Dramadan komediyaya qədər fərqli rolları müvəffəqiyyətlə canlandıran aktrisa, gözəl, kövrək, utancaq, amma əlçatmaz bir qadın profili çəkmiş, bu xüsusiyyətləri səbəbindən də xalqın sevgilisi olmuşdur.



Şərhlər (100)

Deniz84 Deniz84 24 February 2015 08:05 Cavab yaz

Çox gözəl xanım, çox gözəl insan və sənətçi. çox bəyənirəm.Təşəkkürlər.
rovsane_82 rovsane_82 10 February 2015 23:13 Cavab yaz

Allah Tala bu xanıma gözəlliklə birlikdə istedada veriib.
SS,, SS,, 5 February 2015 16:27 Cavab yaz

Cox gozel qadindir cox xosum gelir
SS,, SS,, 4 February 2015 21:47 Cavab yaz

Cox gozel qadindir cox xosum gelir
Xanim_Xatun Xanim_Xatun 27 January 2015 10:21 Cavab yaz

Çox bəyəndiyim aktrisadi..
ESNA_2012 ESNA_2012 19 November 2014 07:36 Cavab yaz

Türkan şorayı çox bəyənirəm köhnə filimlətindəndə izləmişəm bir necəsini.
zehra 2013 zehra 2013 25 October 2014 15:25 Cavab yaz

Gozel xanimdi,kinolarida coxdu
narocka narocka 24 August 2014 12:03 Cavab yaz

Cox gozeldir amma bexdi gozel olsun en esassi
gozel eliyeva gozel eliyeva 20 June 2014 22:13 Cavab yaz

Bu qadina heyranam Gozleri,agzi ,burnu,zovgu NO1 -Dirrrr girl_ang air_kiss give_hea good
elvira.melek.589 elvira.melek.589 8 June 2014 21:33 Cavab yaz

Türkan Şoray çox gözəldi girl_ang
mehine mehine 8 June 2014 21:29 Cavab yaz

Bu xanimi cox xowlayiram hami meni turkan soraya oxşadir tesekkur
lady_AYDAN lady_AYDAN 19 May 2014 18:51 Cavab yaz

Hem gozel hemde dominant bir xanimdir
aysun2013 aysun2013 12 February 2014 14:33 Cavab yaz

Gözel xanimdi
Buket Buket 30 December 2013 23:02 Cavab yaz

Bir qadinin gozleri bu qedermi gozel olar?
Gulshen_q Gulshen_q 30 December 2013 19:08 Cavab yaz

Dünya Hüna

Hələ üstəlik Dünya-qız adıdır. winked
rana969 rana969 30 December 2013 19:05 Cavab yaz

Çünki adamın adı
Cihan Ünaldır. Adlar isə tərcümə olunmur.Gülməyim neynəyim?))))))

Allah sizi güldürsün Gülşən xanım nə qədər güldüm mocking heç vaxt yadımdan çıxmaz mocking Dünya Hünal dash
Gulshen_q Gulshen_q 30 December 2013 18:58 Cavab yaz

Dünya Ünal ilə evlənir.

Çox güldüm. winked Çünki adamın adı Cihan Ünaldır. Adlar isə tərcümə olunmur.Gülməyim neynəyim?))))))
nilu nilu 30 December 2013 14:21 Cavab yaz

GÖZƏL XANIMDI
ramileisgender ramileisgender 11 December 2013 04:29 Cavab yaz

Gözəl qadındır. Bəyənirəm bu xanımı çünki gözəllik vurğunuyam mən. good
Happiness lady Happiness lady 10 October 2013 13:21 Cavab yaz

Cox beyenirem Turkan Sorayi mene ele gelir sevmeyen yoxdur kinolarida superdir halal olsun yasini gostermir
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика