Giriş
Bağla

Sünnət

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

 

 

Sünnət, penisin ucunu bağlayan dərinin alınmasını təmin edən cərrahi bir əməliyyatdır. Həyatın irəliləyən illərində sünnət olmaq çox riskli olduğundan, indiki vaxtda bəzi ana və atalar doğumdan dərhal sonra uşaqlarını sünnət etdirməyi üstün etməkdədirlər.

Sünnətin faydaları:
Elmi işlər, sünnət olmanın bir çox tibbi faydasını ortaya qoyur.
• Sünnət sidik yolu infeksiyası riskini azaldar. Sünnət olan bir uşağın həyatının ilk ilində sidik yolu infeksiyasına tutulma riski 1000'ə 1 ikən, sünnət olmayanda bu nisbət 100'də 1dir.

Hər nə qədər, penis xərçəngi həm sünnət olanlarda həm də olmayanlarda olduqca aşağı olsa da sünnət olanlarda bu xərçəngə tutulma riski daha da azalır.
• Sünnət dərisi infeksiyalarının meydana gəlməsi qarşısını alır

• Daha asan genital gigiyena təmin edilir

Sünnət acı verər mi?
Əgər ağrını sakitləşdirici dərman olmadan sünnət edilsə acı verər. Ağrı hissini azaldan və ya yox edən etibarlı və səmərəli dərmanlar mövcuddur. Amerika Pediatr Akademiyası, sünnətlərdə bu dərmanların istifadə edilməsini tövsiyə edir. Körpələrin hiss edəcəyi ağrını və stressi azaltmaq üçün lokal anesteziya penisə sürtülə  bilər. Bundan başqa uyğun kremlər də köməkçi ola bilər. Hansı dərmanın bu mövzuda uşağınıza fayda təmin edəcəyi mövzusunda həkiminizlə danışığınız lazımdır. Bu cür dərmanların istifadəsində ortaya çıxan problemlər olduqca nadirdir və ciddi qəbul ediləcək qədər əhəmiyyətli deyil.

Sünnətdən sonra nə etməliyəm?
Sünnətdən sonra penis yaralı  görünə bilər. Əgər penis ucunda bir bandaj varsa, hər bez dəyişdirmədə penisin infeksiya qapma riskinə qarşı bu bandaj dəyişdirilməlidir. Bandaj yapışmasının qarşısını almaq üçün həkiminizin təklif edəcəyi bir gel istifadə edilə bilər. Bəzən bandaj yerinə plastik bir halqa istifadə edilir. Penisin ucuna qoyulan bu halqa 5-8 gündə düşər. Penisin sünnətdən sonra tam olaraq yaxşılaşması təxminən 7 ilə 10 gün qədər davam edər.

Sünnətdən sonra yaranabiləcək problemlər varmıdır?
Sünnətdən sonra problemlərin yaşanması çox nadirdir. Ancaq aşağıdakı hallarda həkiminizə
müraciət edin.
1)Sünnətdən sonra körpəniz 6 ilə 8 saat içərisində normal bir şəkildə sidiyini yerinə yetirməsə.
2)Əgər davamlı bir qanama varsa.

3)3-5 gün sonra penisin ucunun ətrafında getdikcə pisləşən bir qırmızılıq varsa.
Penisin başında bir təbəqə, ya da az miqdarda sarımtıl axıntı meydana gələ bilər. Ancaq bu bir həftədən uzun omamalıdır.. Əgər qırmızılıq, şişmə ya da pis iyli axıntı və s. hər hansı bir infeksiya əlaməti hissetsəniz dərhal həkiminizlə əlaqə saxlayın.

P.S.Öz oğlum üçün araşdırırdım,istədim ki,sizinlə də paylaşım.



Şərhlər (51)

sevil_1979 sevil_1979 10 July 2013 02:22 Cavab yaz

Menim oglumu anadan olduqdan 2 gun sonra sunnet etdik.Cunki o zamanlar usaq hec ne qanmir.ve travma zad qorxusu olmur.
DЖЏNД°Z DЖЏNД°Z 19 February 2013 01:38 Cavab yaz

uşaqların sünetini xatırladım allah böyük toylarında göstersin
Leman(wirniyyatci) Leman(wirniyyatci) 27 October 2012 19:39 Cavab yaz

Pərvanə,
ALLAH oglunu saxlasin amin
can olmaz eeeeeeeee kişi olmalıdi kirve

menimdayim oglu balaca idi sunnet etdirdiler kirvesinin ureyi gelmedi onu tutmaga mamala nenem kirvesi oldu wink

inwallah olsun,ele kirvesi ozum olacam

inwALLAH olar bacim aminnnnnnnn
Nazli Agayeva Nazli Agayeva 27 October 2012 19:37 Cavab yaz

tewekkurler,bizde 2heftedir iglumuzu sunnet etmiwik,amma yoldawimin nedense xowu gelmir.
duygu duygu 27 October 2012 19:34 Cavab yaz

inwallah olsun,ele kirvesi ozum olacam

Allah guldursun səni wink winked
moocik moocik 24 October 2012 11:53 Cavab yaz

salam,ay canim bizim cimcimeni de sunnet eletdirdik.bir yerde qalmir.uzu asagi conmek isdeyir.ziyan olar goresen uzu asagi uzanmaq?
Pervane01 Pervane01 10 January 2012 18:55 Cavab yaz

Sitat: creativka
inwallah olsun,ele kirvesi ozum olacam

can olmaz eeeeeeeee kişi olmalıdi kirve smile
creativka creativka 27 July 2011 15:10 Cavab yaz

inwallah olsun,ele kirvesi ozum olacam wink
AL.SU. AL.SU. 8 May 2011 00:37 Cavab yaz

COOOOOOOOOOOOOOOOOOOOOOX SAG OLUN KAK RAZ 5 AYINDADI MAYIN AXIRI EDERIK INSALLAH
Pepitetto Pepitetto 3 February 2011 16:55 Cavab yaz

elbettde ola bilersiz,esas dur ki umudunuzu kesmeyesiz ve isteyiniz ucun nese edesiz indi tibb cox irelileyib her seyin caresi var artiq
Pervane01 Pervane01 3 February 2011 16:55 Cavab yaz

Sitat: fereczade-bs
men ne vaxt hamile olacam goresennnnnnn

Inşallah Allahın köməkliyi ilə olarsınız xanım.Hər şeyin bir vaxtı var
fereczade-bs fereczade-bs 3 February 2011 16:45 Cavab yaz

men ne vaxt hamile olacam goresennnnnnn recourse
TANYA TANYA 3 February 2011 13:45 Cavab yaz

menim oglumu sunnet eliyende ozum tutmusam kirvesi yeni MENEM wink
musi123 musi123 1 February 2011 02:10 Cavab yaz

Sevgi_Alemi,
usaqlardan sohbet gedir axi?
moocik moocik 21 January 2011 02:33 Cavab yaz

boyug toyunu goresiz. smile
Sevgi_Alemi Sevgi_Alemi 19 January 2011 23:11 Cavab yaz

Hacandan qadinlar sunnet olunurlar?)))))))))))) bax bunu bilmirdim.
Luna Luna 19 January 2011 18:18 Cavab yaz

maraqli xebere gore sagolun
yvonne yvonne 19 January 2011 17:00 Cavab yaz

chox sag olun.lazimli melumat uchun.
ilahe_1991 ilahe_1991 19 January 2011 15:30 Cavab yaz

ohhoo bilmirdim ele hemiwe fikirlewirdimki balaca uwaqlari niye bele acimasizca incidirler indi anladim. ellerine saqliq wink
Pervane01 Pervane01 19 January 2011 15:14 Cavab yaz

Sitat: Almendra
Oglunuzun boyu toyunu goresiniz Inşallah.

Sitat: Sevgi_Alemi
Boyuk toyunu goresen

Çox sağ olun xanımlar.



Sitat: Narmisha

Allah butun analara oglan ovladlarinin hem kichik hem de boyuk toyunu gormeyi nesib etsin, sen de icinde daxil olmaqla canim Niyar....

musi123,
a.angel,
çox sağ olun.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика