Giriş
Bağla

Uşağınıza 2-ci övladınızın olacağını necə başa salmalısız?

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Uşağınıza 2-ci övladınızın olacağını necə başa salmalısız?

 


Ana atalar, ikinci uşağa sahib olma qərarı aldıqdan sonra, aralarında danışdıqları mövzulardan biri də, bunu ilk uşaqlarına necə söyləyəcəkləridir. Nə də olsa, qardaşın (bacının) gəlməsi sevindirici bir xəbər olmaqla birlikdə, baş qarışıqlığı da yarada bilər.


Uşağınızın yaşı neçə olursa olsun, bir qardaşı (bacısı) olacağını ona yaşına uyğun bir dillə açıq olaraq izah etmək olduqca əhəmiyyətlidir. Təməl prinsip, ona bu xəbəri verərkən, qardaşı (bacısı) olduqdan sonra da seviləcəyi və qorunacağı olmalıdır.

Nələrə diqqət etməli?
Qardaşının olacağını izah edərkən uşağınızın yetkinlik səviyyəsi əhəmiyyətli bir açardır. Uşağınızı ən yaxşı siz tanıyarsınız. Bu səbəblə bu xəbəri harada, nə vaxt verəcəyinizə, hansı sözləri seçəcəyinizə siz qərar verməlisiniz.

Bəzi araşdırmalar, bu xəbəri uşağınıza vermənin uyğun zamanının, qarınınız böyüdüyündə olması lazım olduğunu söyləyir. Beləcə uşağınız daha az bir zaman gözləmiş olacaq.

Ancaq, səhər bulanmaları, halsızlıq, yuxu halı kimi dəyişikliklər nəticəsində uşağınızın sizin haqqınızda narahatlanmasının qarşısını almaq üçün, xəbəri aldığınız günlərdə söyləmək uyğun olacaq.

Xəbəri verərkən uşağınızın öz körpəlik şəkillərindən və ya bu mövzuda yazılmış kitablardan faydalana bilərsiniz. Körpənin qarınınızda olduğunu, körpə böyüyüncə qarınınızdan çıxıb ailənizə qatılacağını izah edə bilərsiniz.

Kiçik yaşlarda, körpələ əlaqədar bir çox sualla qarşılaşa bilərsiniz. Körpənin qarınınıza necə girdiyi, haradan çıxacağı, orada necə yemək yediyi kimi suallar 9 ay boyunca davam edəcək. Əhəmiyyətli olan, bu suallara şərh gətirərkən, cavablarınızı konkret tuta bilmək, sadə bir dil istifadə etmək və əsla ötürməməkdir.

Məsələn, qardaşın 9 ay sonra aranıza qatılacağını söyləmək yerinə, "qış gəlib də havalar soyuyunca" kimi konkret anlayışlar istifadə edə bilərsiniz.

Hamiləlik boyunca, körpənin otağı, əşyaları ilə əlaqədar nizamı birlikdə etmək, həkimə gedib ürək atışlarını dinləmək, körpəyə birlikdə ad düşünmək, körpəsi olan yoldaşları ziyarət etmək, qardaşa daha hazır olmasına köməkçi ola bilər.

Qardaşın (bacının) gələcəyi xəbərini uşağınıza verdikdən sonra;
* Uşağınıza gündəlik həyatınızdakı dəyişiklikləri ona açıqlamaq və ana üçün narahatlanacaq bir şey olmadığını başa salmalısınız (yorğunluq, yuxu halı vs…)

* Körpə üçün edilən hazırlıqlarda ona da fikir soruşa bilər,

* Uşağınızın otaq, yataq nizamında dəyişiklik olacaqsa bunu xəbər verə bilər və dəyişiklikləri birlikdə edə bilər,

* Qardaş olduqdan sonra da onu çox sevəcəyinizi təkrar edə bilər,

* Körpə olduqdan sonrakı ola biləcək vəziyyətlərdən xəbərdar edə bilər, (körpənin ağlayacağı, ananın onu əmizdirəcəyi, körpə yeni gəldiyi üçün, ehtiyacları mövzusunda ananın onunla sıx maraqlanacağı vs...)

* Oyuncaq bir körpəylə körpəni tutma, yuma, yemək yedirtmə fəaliyyətlərini birlikdə edə bilər,

* Evə gələcək qonaqların körpə ilə maraqlanacaqlarını, onunla maraqlanıb, qucaqlarına götürmək istəyəcəklərini izah edə bilər,

* Yaşına görə, körpəylə əlaqədar bəzi işləri (bezini anaya vermək, altını dəyişdirərkən onunla danışmaq) birlikdə etmək üzrə hazırlana bilərsiniz.

Bütün bu üsullar uşağınızın qardaşa hazırlanmasını asanlaşdırar. Ancaq unutmayın ki, hər uşağın psixo ictimai inkişafı fərqlidir. Bu səbəblə, uşağınızın reaksiyalarını, duyğularını, düşüncələrini müşahidə etmək, hamiləlik müddətində nəyi vurğulayacağınıza qərar vermək, bu müddətdə ata ilə birlikdə ortaq rəftar sərgiləmək əhəmiyyətlidir.
 



Şərhlər (33)

Aqatkris Aqatkris 4 November 2014 21:30 Cavab yaz

Körpə üçün hazırlanan hər şeyə uşağı daəlavə edəndə o uşaq həvəslə anasına kömək edir və hələ dogulmamış bacı və ya qardaşına bu başdan sevgi hiss etməyə başlayır.
nilu nilu 27 February 2014 20:39 Cavab yaz

Allah hamıya qısmət eləsin
yaz gulu 89 yaz gulu 89 8 November 2013 21:52 Cavab yaz

ay basa salmaq biraz cetindi ama o qeder suallar verir ki adam cavab tapmaqda cetinlik cekir
creativka creativka 27 July 2011 15:28 Cavab yaz

inwallah 1ci olsun,qalmiwd 2ci wink
lovable_madam lovable_madam 27 January 2011 20:10 Cavab yaz

helelik 1-cisi yoxdur, qoy 1 ovladi ALLAHIM mene versin INŞAALLAH, 2-si olanda bu xeberden istifade ederem :-)
Nazuletta Nazuletta 21 December 2010 00:21 Cavab yaz

Mənə aid deyil bu mövzu. Hələ ilk uşağım yoxdur wink Həm də ki, planımda elə 1 uşaq var, tak şto, fikrimcə mənə bu lazım olmayacaq.
dream_ dream_ 20 December 2010 20:45 Cavab yaz

Sitat: selin
Men hele ne nisanliyam,nede evli,inwallah hele nisanlansam,sonra evlenim,sonra birinci uwaq olsun,ikincide uydurariq!hihihihih

mehin mehin 20 December 2010 20:09 Cavab yaz

Menim ikinci usaqim olanda qizim hele cox balaca idi.Ancaq onlar ikiside her seyi basa dusurler.Ikisi de qardas isteyirler.Insallah allah anlari da meni de sevindirer.
bxmbxm bxmbxm 20 December 2010 18:08 Cavab yaz

werhler superdi.
Sitat: selin
Men hele ne nisanliyam,nede evli,inwallah hele nisanlansam,sonra evlenim,sonra birinci uwaq olsun,ikincide uydurariq!hihihihih

hem fikirem.
Revane Revane 20 December 2010 18:00 Cavab yaz

ToRmEnTo,
wink
yvonne yvonne 20 December 2010 17:27 Cavab yaz

choox teşekkur,faydalidir
ToRmEnTo ToRmEnTo 20 December 2010 16:15 Cavab yaz

menim padruqamin oglun 2 yas yarimdi,indi biri de yoldadi.cinsiyyetin bilenden sonra adi ile cagirmaga basladiq.ogluna da demisik ki biraz pul yigaq Nurayi alaciyiq.Nuray usagin dilinden dusmur,hardasa qiz goren kimi deyir aa nuray))biraz nese nuray haqqinda pis danisanda adamla dalasir)))prosta bir pis sey var ki o ele bilir nuray boyuk qizdi))indi deyirik ki goren balaca oldugun gorende ne reaksiya verecek))mamasi ona basa salir ki men nurayi butulkasin vererem sene sen yedizdirersen,pampersin deyisende sen tezesin getirib verersen mene.o da deyir he yaxsi)))amma uje gorur ki usaq cox gecikdi,day bezib,deyir almiyaq nurayi))
Buket Buket 20 December 2010 15:00 Cavab yaz

Revane,
kefin olsun, xeyli guldum wink
hele, menlik deyil, bu xeber...
BADENUR BADENUR 20 December 2010 14:58 Cavab yaz

men hec basa sala bilmirem cunki qizim hele anlamir hele seyleri. ama usaq olandan sonra yeqinki qisqancliq olacaq. feel
_RIANA_ _RIANA_ 20 December 2010 14:17 Cavab yaz

Allah hamiya qismet etsin.
Pervane kimyaci Pervane kimyaci 20 December 2010 13:24 Cavab yaz

Tesekkurler Aysel,maraqli melumatdir,hem de lazimlidir.
samire samire 20 December 2010 13:20 Cavab yaz

allah hamiya qismet elesin amin
Selin Selin 20 December 2010 12:44 Cavab yaz

Warning! You are not allowed to view this text.
bahar83 bahar83 20 December 2010 11:46 Cavab yaz

HE INDIKILER MASALLAH HER SEYI BILIR.MENIM USAQLARIMDA QISQANCLIQ OLMAYIB AMA.YASLARI ARASINDA FERQ AZ OLDUUGNA GORE EKIZ KIMIDILER.ANCAQ BIR BIRIYLE OYNAYIRLAR.
Fatma Fatma 20 December 2010 11:10 Cavab yaz

Mənim qardaşımın oğlu elə bilirdi maması çoxlu qatıq yeyib ona görə qarnı yekədi, sağlığına indiki uşaqlar hər şeyi tez başa düşürlər daha oturub başa salmaq lazım gəlmir
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика