Giriş
Bağla

Namaz-VII Dərs-Sübh namazı

Bizimdir! / Virtual dərslər / Namaz

Dərsə başlamazdan əvvəl bu gün mömin bir tanışımdan aldığım bu xəbəri sizinlə bölüşmək istədim:

DİQQƏT! BU YAZINI GÖRƏN HƏR KƏSİN SONUNA KİMİ OXUMASI XAHİŞ OLUNUR! YAŞANMIŞ VƏ GERÇƏK BİR OLAYDIR!!!

“Bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qıldıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harada” deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”. Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruğunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: “Buranı buraxıb, digər bir yerdə qəbir qazın” dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur” dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çüxürün başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik.

Şeyx: “Üzərini örtün” dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlunun halını soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı” dedi.  (Risalətul Acilə” s. 46-50. )

Sübh namazı

Sübh namazı dörd rükətdir. Əvvəlcə 2 rükət sübh namazının sünnəti, sonra isə 2 rükət fərzi qılınır. Sübh namazının sünnətinin qılınması:

Namazın fərzləri bölümündə qeyd etdiyimiz kimi, namaz qılmaq üçün edəcəyimiz ilk şey: 1. Qibləyə doğru dönmək, ardınca isə niyyət etmək. Qeyd: Niyyətin ürəkdə olması kifayətdir. 

2. Allahu Əkbər demək. “Namazın Fərzləri” bölümündə qeyd edildiyi kimi, namaza başlarkən Allahu Əkbər deyilən zaman əllər yuxarıya qaldırılır. Bu zaman baş barmaqlar qulaq məməciklərinə toxundurulur və aşağı endirilərək göbək altında bağlanır.




Qadınlar isə kişilərdən fərqli olaraq Allahu Əkbər deyərkən əllərini yalnız çiyinlərinə qədər qaldırırlar və aşağı endirib sinələrinə qoyurlar.

 

Namaz-VII Dərs-Sübh namazı

 

3. Qiyam və Qiraət:

Əllər bağlandıqdan sonra aşağıdakıları oxumaq lazımdır:

Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddikə və lə iləhə ğayruk.”

“Əuzu billəhi minəş-şeytanir-rəcim. Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin. İhdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Дћayril-mağdubi aleyhim valəd-dalin. Amin”

Bismillahir rehmanir rehim. Qulhuvellahu ehed. Allahus samed. Lem yelid ve lem yuled ve lem yekun lehu kufuven ehed.

4. Ardınca:“Allahu Əkbər” deyərək rüku edilir.

 

Namaz-VII Dərs-Sübh namazı


 Rükuda 3 dəfə “Sübhanə Rabbiyəl-Azim” dedikdən sonra ayağa qalxmaq. Qalxarkən: “Səmiallahu limən hamidəh”, tam olaraq dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyilir. Bunun ardınca isə “Allahu Əkbər” deyərək səcdə edilir.

 

 

5. Səcdə edərkən öncə dizlər, sonra əllər, daha sonra isə alın və burun yerə qoyulur. Əllər qulaqların yanında olmalıdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır.


 Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyib səcdədən qalxaraq oturmaq. Bu zaman kişilər sol ayaqlarını topuqları yerə dəyəcək şəkildə yayaraq üzərində oturmalı, sağ ayaqlarını isə barmaqları qibləyə yönəlmiş vəziyyətdə dik tutmalıdırlar. Qadınlar isə ayaqlarını yerə yayaraq sağ tərəfdən çıxararaq yerə oturmalıdırlar.

 


“Allahu Əkbər”
deyib təkrar səcdə etmək və təkrarən 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra yenə də “Allahu Əkbər” deyərək, səcdədən ikinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağlamaq lazımdır.

Qeyd: Səcdədən qalxarkən öncə baş, sonra əllər dizlərin üstünə qoyularaq yerdən qaldırmaq.

Bu şəkildə 1-ci rükət tamamlanmış olur.

6. İkinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağladıqdan sonra aşağıdakılar oxumaq:

“Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin ihdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Дћayril-mağdubi aleyhim valəd-dalin. Amin”

“Qul huvallahu əhəd. Allahus-Saməd Ləm yəlid və ləm yuləd. Va ləm yəkun ləhu kufvən əhəd”

7. “Allahu Əkbər” deyib rüku edilir. 1-ci rükətdə olduğu kimi rükuda yenə də 3 dəfə “Sübhanə Rabbiyəl Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu Limən Hamidəh”, tam dikəldikdən sonra isə “Rabbənə Ləkəl Həmd” deyilir.

8. Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra “Allahu Əkbər” deyıb səcdədən qalxıb, 1-ci rükətdə olduğu kimi oturmaq və yenidən Allahu Əkbər deyib səcdə etmək.

3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək oturmaq. (Oturuş şəkli birincə rükətdə izah olunub)

9. Son oturuşda (“Qadə-axira”) bunlar oxunur:

“Əttəhiyyatu lillahi vas-salavatu vat-təyyibat. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs sələmu aleyna va ala ibadilləhis-salihin. Əşhədu ən la ilahə illallah və əşhədu ənna Muhəmmədən abduhu va Rasuluh. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə saleytə alə İbrahimə va ala ali İbrahim, innəkə Hamidun Məcid.

Allahummə bərik alə Muhəmmədən va alə ali Muhəmməd. Kəmə bərəkətə alə İbrahimə va ala ali İbrahim innəkə Hamidun Məcid. Rabbənə ətinə fid-dünya hasənətən va fil-axirəti hasənətən və qina azəbən-nər. Birahmətikə ya erhamər-Rahimin.

Rabbənəğfirli va li-validəyyə va lil-mumininə yavmə yaqumul-hisəb” dedikdən sonra:

10. Salam verilir. Salam verərkən baş əvvəl sağ tərəfə çevrilir, gözlər isə sağ çiyinə dikilir və “Əssələmu aleykum və rəhmətullah” deyilir. Daha sonra isə baş sol tərəfə çevrilir, bu zaman isə gözlər sol çiyinə dikilir və yenə də: “Əssələmu aleykum va rəhmətullah” - deyilir.



Bununla da sübh namazının sünnəti bitmiş olur.

Sonra oturmuş vəziyyətdə qalaraq bu dua oxunur:

“Allahummə əntəs-sələm və minkəs-sələm təbərəktə ya zəl-cələli val-ikram”

Bunun ardınca ayağa qalxaraq sübh namazının fərzi qılınır.

Sübh namazının fərzi

Sübh namazının fərzi iki rükətdir. Eynilə sübh namazının sünnəti kimi qılınır.

1. Ürəkdə niiyyət edilir.

2. Allahu Əkbər deyilir və əllər bağlanır.

3. “Qiyam” və “Qiraət” sübh namazının sünnətində olduğu kimi, əvvəlcə “Sübhanəkə”, sonra “Əuzu–Bismillah”, “Fatihə” oxunur və amin deyilir. Amin dedikdən sonra kiçik surələrdən biri və ya bir neçə ayət oxunur.

4. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

5. Ardınca Allahu Əkbər deyib səcdə edilir. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və Allahu Əkbər deyib yenidən səcdə etmək. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” və Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.

6. Qiyam və qiraət:

“Bismillahi-Rahmanir-Rahim” deyib Fatihə surəsi oxunur. Ardınca bir surə və ya bir neçə ayə oxunur.

7. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Təkrar Allahu Əkbər deyib yenidən səcdə edilir və Allahu Əkbər deyərək son oturuş (“Qadə”) yerinə yetirilir.

9. “Qadə”də: “Əttəhiyyat”, “Allahummə salli”, “Allahummə barik”, “Rabbənəğfirli” duaları oxunur.

10. Başı sağ və sol çiyinlərə şevirərək hər iki tərəfə belə salam verilir: “Əssalamu aleykum va rəhmətullah”.

Namaz bitmiş sayılır, namazdan sonra “Allahumə əntəs-Sələm va minkəs Sələm təbərəktə ya zəl-Cəlil val ikram” dedikdən sonra oturub aşağıdakı kimi təsbihat və dua etmək daha yaxşı olar:

“Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd”

Sübhanallahi val hamdulillahi va lə iləhə illallahu vallahu əkbər.Valə havlə valə quvvata illə billəhul–Aliyyil-Azim.

Sonra isə “Ayətül Kürsi” oxunur. Bu da oxunduqdan sonra:

33 dəfə - “Sübhanallah”

33 dəfə - “Əlhəmdulillah”

33 dəfə - “Allahu Əkbər” deyilir və ardınca:

“Lə iləhə illallahu vahdəhu lə şərikə ləh. Ləhul mulk və ləhul həmd va huva alə kulli şeyin Qadir”- deyilir.

Bundan sonra Amin deyib əllər sinə səviyyəsinə qaldırılaraq açılır və dua edilir.



Şərhlər (88)

gunka5556 gunka5556 16 April 2020 15:46 Cavab yaz

men namaz qilanda amantubillah duasini oxuyuram bele olarmi
Girl_2014,aydashka Girl_2014,aydashka 8 February 2014 01:23 Cavab yaz

Burda ne sohbetler gedib bele. Ay camaat siz Allahdan bawqasından nese gozluyursuz? Ne suni wie gedib? Ne danıwırsız? Esas olan sizin Allahın qarwısında olan namaz borcunuzdu kim nece qılır meselesi deyil. Esas olan qılmaqdır

Suni wie deyirsiz a soruwuram sizden hec bilirsiz onlara ne ucun ele deyirler? Sizde ele yazırsız suni wie.

Bu arada kim yaıbsa namazın qılınma terzin bura cox sagolsun. Eziyyet cekib bizlere Allah yolunda getmeyi oyretmeye calıwırlar. Cox sagolun. Menimde oyrendiyim beledi. Sadece sonda teşehhüdde biraz ferqlilik var oda türklerin kitablarında oyrenmiwem deye,elime kecen vesait o idi. Amma goruremkş ele eyni curdu.

Salam her kese. Yeni qatılmıwam ve burda namazı oyretmey isdeyen kimdise cox sagolsun
mammadli mammadli 11 July 2013 10:21 Cavab yaz

bu sunnu namazidi?
gulum1990ayanka gulum1990ayanka 24 June 2013 11:12 Cavab yaz

SALAM MEN 6 AYDIR NAMAZ QILIRAM BEZEN SEF QILARAM DEYBINEN COK QORXURAM .BURDA SEHERDEN OKYURAM MENIM OXUDUQUM SOZLER BUNLARLA DUZ GELMIR.MES men BISMILLAHIR REHMANIR REHIM ELHEMDRULLAHU REBI ALEMIN ER RAHMANI REHIM MALIKI YUMIDIN IYAKE NEBUDU VEIYEKE NESDEHIN.INDINES SIRALET MUSDEQIN.SIRALET ENEMTE ELEYHIM.QAYRIL MEZUBI ELEYHIM VELEZ ZALIM BISMILLAHI REHMANI REHM.EGER SEF QILIRAMSA BILENLERDEN XAIW EDREM MENE MESLEHET VERSINLER
qqqq qqqq 20 May 2013 17:39 Cavab yaz

men de namaz qilmaqi teze oyrenirem.qizlar namaz xalcasini yumaq olarmi??
girl_2013,gulawka girl_2013,gulawka 30 March 2013 21:54 Cavab yaz

allah razi olsun sizden.bu hekayeni sirlar dunyasinda men de baxmiwdim.allah gunahlarimizi bagiwlasin
Ayla_555 Ayla_555 10 January 2013 21:06 Cavab yaz

Allah razi olsun axira qeder oxudum.amma bir sey meni maraqlandirdi.qadinlar corabsiz namaz qila biler?
firi firi 6 January 2013 02:46 Cavab yaz

M.A.Cetinin fikirlerine mende qatiliram.Allah haminin qildigi namazini qebul etsin.sizlerede tesekkurler.
sunRusu sunRusu 4 November 2012 00:44 Cavab yaz

Sübh namazı doğurdanda çox vacibdir.
Təşəkkürlər.
mif mif 28 September 2012 16:11 Cavab yaz

men de namaz qilmaq isteyirem amma burda yazilanlarin hamisini yadda saxlayib emel eleye bilecem ya yox bilmirem

33 defeni deyende nece saymaq olar axi adam casar
___asiman96___ ___asiman96___ 20 August 2012 23:08 Cavab yaz

bu namazi sunniler qilir
Medine Chetin Medine Chetin 16 August 2012 20:48 Cavab yaz

Burda o qeder bow-bow commentler oxudum ki,men lap sinirlerim pozuldu.Ay,muselmanlar Allah sen Sunni,seni Wafi,sen Henefi ve sen de Malikisen deyib de bizi mesheblere bolmeden yaradib.Yuxarda adlarini cekdiyim insanlar da Peygemberin s.v.s sehabelerinin telebeleri belkede telebelrinin telebeleri olublar ve butun insanlara islami yaymaqla mewgul olublar,ona gore de indi bu meshebler onlarin adi ile baglidir.Onlar Peygemberin s.v.s buyurduglarini biz muselmanlara ne artiq,ne de eksik olmadan catdiriblar.Hec olmasa onlar Islam ucun nese edibler,ay bow daniwan bezi insanlar bes siz ne etmisiz islam ve Allah ucun he? Namaza geldikde ise senin qildigin namaz sehvdir,menim qildigim namaz duzdur,senin qildigin namaz qebul olunmayacaq cunku mohursuz qilirsan, (oxudugum coomentlerin birinde biri yazib ki,guya eli sinesinde olan insan butperestlerin oz yaratdiglari allahlara sitaiw edende ellerini sinelerine qoyub sitaiw edirmiwler,ona gore de indi elei sinesinde ve ya qarninin ustunde olan bunun fikrince butperset olur.mentiqsiz) ne bilim bow-bow sohbetler.Bu saytda cox gozel bir yazi oxumuwdum orda cox gozel soz yazilmiwdi. Deyir ki,siz muselmanlar namazi eli qarninin ustunde qoyulmuw halda qilimaq olar ya olmaz deye bir birinizle dalawarkwn, duwman o eli nece kesmek baresinde plan qurur.Namazi Allah ucun qiliriq.Onu mohurle de qilsaq,mohursuz de ,hesirin ustunde de esas odur ki,qilaq.Onsuzda onu qebul eden Allahdir.O istese mohurle de qebul eder,istese mohursuz qebul eder.Istese de hec birini qebul etmez.Yene de deyirem esas odur ki,gunde 5 defe alnimiz yere deysin.Ferqi yoxdur neye deyir deyin ,amma yeter ki,deysin.Allah her kesin ibadetini qebul etsin,Inwallah
Nara23 Nara23 30 July 2012 15:26 Cavab yaz

N.M,
problem yoxdu komek ede bilerem bacardigim qeder

Allah namaz qilanlarin namazini qebul etsin,icinde men de olmaqla
nigar30 nigar30 26 June 2012 14:27 Cavab yaz

salam men teze namaza bawliyiram mene kim komeklik gostere biler evvelden cox sagolun
alena_92 alena_92 15 June 2012 19:50 Cavab yaz

Allah razi olsun sizden ureyinizdeki arzulara catasiniz...
qonaq78 qonaq78 20 May 2012 13:23 Cavab yaz

ALLAH namazlarimizi qebul etsin.Kim nece bilir ele de qilir.Men nenemden ele gormushem ki mohurle qilib,men de ele qiliram.
paradays paradays 20 May 2012 12:58 Cavab yaz

Namazi kim nece qilir qilsin,esasi odurki ureyi temiz olsun,ALLAH her kesin namazini qebul etsin, demek olarki men bele qiliram,bilmediklerimide oyrendim ALLAH sizden razi olsun
Muselmanka88 Muselmanka88 22 March 2012 05:05 Cavab yaz

nazi,bu movzuda mubahise etmek fikrim yoxdur cunki here bir yolu secib bir eqide de gedir ama mence mohursuz qilmaq en yaxwisidir.belkede bu size bir iwaredir
nezire xanim nezire xanim 29 February 2012 10:56 Cavab yaz

mohurle namaz qilana bir sualim var.menim korpem var men namaz qilanda bezen o mohru goturub qacir men ne etmeliyem namazi saxlamaliyam yoxsa mohursuz davam etmeliyem
Bagirova Ayten Bagirova Ayten 17 February 2012 02:55 Cavab yaz

Teki qelbiniz Allahla olsun...Hemd olsun Allaha...Birdeki Allah teala menim qismetime namazi mohursuz cixardib ..bes onda nece???
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика