Giriş
Bağla

NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri

Bizimdir! / Virtual dərslər / Namaz

Azan və İqamə

Müsəlmanları namaza çağırmaq üçün müəyyən zamanlarda müəyyən cümlələri uca səslə söyləməyə Azan deyilir. Azan, kişilər tərəfindən minarələrdə (yüksək bir yerdə) oxunur. Azan oxuyana müəzzin deyilir.

Gün ərzində beş vaxt fərz namaz vardır. Buna əsasən də gündə beş dəfə azan oxunur.

Qeyd: Sabah azanından başqa, oxunan digər azanlarda fərq yoxdur.

Sabah azanında:

“Həyyə alal-falah”-dan sonra iki dəfə: “Əs-salatu xayrun minən-naum” (“Namaz yuxudan daha xeyirlidir”) - deyilir. Namaz vaxtı girmədən azan oxunmaz. Əgər oxunubsa, namaz vaxtı girəndən sonra təkrar oxunmalıdır.

Qadınlar azan oxumaz. Azanın mübarək cümlələri belədir:

Allahu Əkbər (4 dəfə) (Allah böyükdür)

Əşhədu ən la ilahə illallah (2 dəfə) (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur)

Əşhədu ənna Muhəmmədər-Rəsulullah (2 dəfə) (Şahidlik edirəm ki, Məhəmməd (s) Allahın rəsuludur.

Hayya aləs-salah (2 dəfə) (Namaza gəlin)

Hayya alal-falah (2 dəfə) (Qurtuluşa gəlin)

Allahu əkbər (2 dəfə)

La ilahə illallah (1 dəfə) (Allahdan başqa ilah yoxdur)

Unutma:

Azan oxunarkən azanı dinləmək və müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Ancaq “Hayyə aləs-salah” və “Hayyə alal-falah” cümlələri təkrarlanmır. Onların yerinə “La havlə və la quvvatə illa billahil-aliyyil-azim” deyilir. Azan oxunduqdan sonra isə “Vəsilə duası” oxumaq sünnətdir. Peyğəmbərimiz (sav) bu duanı əshabına öyrətmiş və bunu oxuyana şəfaət edəcəyini buyurmuşdur.

Vəsilə duası:

Allahummə Rabbə həzihid davatit tammeti ves salatil qaiməti ati Muhammədən vasilətə val-fadilətə vabashu maqamən mahmudan əlləzi vaadtəh.

Mənası: Allahım! Ey bu azanın və qılınmaq üzrə olan namazın Rəbbi! Məhəmməd əleyhis-salama vəsilə dərəcəsini (yəni cənnətdə yüksək bir məqam olan Vəsiləni) və fəziləti ver. Onu özünə vəd etdiyin tərifəlayiq məqama (ən böyük şəfaət məqamına) çatdır.

İqamə

Fərz namazlarından əvvəl namaza dəvət üçün müəyyən mübarək sözlərin uca səslə deyilməsinə “İqamə” deyilir.

İqamənin cümlələri eynilə Azan cümlələri kimidir. Ancaq bir əlavə vardır: 2 dəfə “Hayya aləl –falah” dedikdən sonra, 2 dəfə də “Qad qamətis-salah” deyilir. Bunun mənası “namaz başladı” deməkdir.

Qeyd: Təkbaşına namaz qılanların da fərz namazlarından öncə “iqamə” demələri daha yaxşı olar.

Namaz kimlərə fərzdir

Müsəlman və ağlı başında olan hər bir şəxsə, yetkinlik yaşına çatdığı andan (qadınlar 9, kişilər isə 12, hər ikisi ən geci 15 yaşında) ölənədək namaz qılmaq fərzdir. Allah Rəsulu (sav) hədisdə belə buyurur: “7 yaşına çatan uşaqlarınızı namaza alışdırın, 10 yaşına çatanda namaz qılmazlarsa, cəzalandırın.” 7 yaşına çatmış uşağı namaza alışdırmaq hər ata-ananın borcudur.

Namazlar neçə qismə bölünür?

Namazlar - Fərz, vacib və nafilə olmaq üzrə üç qismə bölünür:

1. Fərz namazlarının özü də iki hissəyə bölünür:

a) Fərzi-ayn olan namazlar - yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olan namazlardır. Gündə beş dəfə qılınan namaz və cümə namazı fərzi-ayndır.

b) Fərzi-kifayə olan namazlar - müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən düşən namazlardır. Məsələn: Cənazə namazı - fərzi-kifayədir.

2. Vacib olan namazlar: Vitr namazı - Ramazan və Qurban bayramı, nəzir, təvaf və pozulan nafilə namazlarının qəzası kimi qılınan namazlardır.

3. Nafilə namazları: Təravih, Günəş və Ay tutulması, Təsbih, İstixarə, Hacət, Təhəccüd, Duha namazları kimi 90-a yaxın namazdır.

Fərz namazları

Ağlı başında olan hər bir müsəlman yetkinlik yaşına çatdığı andan etibarən gün ərzində beş dəfə namaz qılmalıdır. Bu beş namazın hər bir­inin özünə xas vaxtları vardır.

Namaz vaxtları və namaz rükətlərinin sayı

1. Sübh namazı:

a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.

b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır.

2. Zöhr namazı:

a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.

Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış sayılır.

b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, son­ra 4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.

3. Əsr namazı:

a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.

b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.

4. Məğrib (axşam) namazı:

a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.

b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.

5. İşa (gecə) namazı:

a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.

b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.

Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.

Rükət nə deməkdir?

Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır.

Kərahət vaxtları hansılardır?

(Hansı vaxtlarda ibadət etmək olmaz)

Günəş doğarkən, tam ortada (zenitdə) ikən və batarkən fərz, vacib və nafilə namazlar qılınmaz. Ancaq Cənazə namazı, tilavət səcdəsi və başlanmış olan nafilə namazlar məkruh olsa da qılına bilər.

Qeyd: Gün ərzində qılınan namazların 17 rükəti fərzdir. Fərzlər tərk edilməməli, mütləq qılınmalıdır. Sübh namazının 2 rükəti, zöhr namazının 4 rükəti, əsr namazının 4 rükəti, axşam namazının 3 rükəti və işa namazının 4 rükəti fərzdir. İşa namazından sonra qılınan Vitr namazı vacibdir. Vacib namaz da mütləq qılınmalıdır.

Gündə 5 dəfə qılınan sünnət namazlar isə 20 rükətdir. Sübh, zöhr və axşam namazlarının sünnətləri ilə, işa namazının son sünnəti müəkkəd sünnətdir, yəni Peyğəmbərimiz (sav) hər zaman bunları istisnasız qılmışdır.

Əsr və İşa namazlarının fərzlərindən öncə qılınan sünnətlər isə qeyri- müəkkəd sünnətlərdir. Yəni Peyğəmbərimiz (sav) bunları qılmaqla yanaşı, qılmadığı zamanlar da olmuşdur.

Ümumiyyətlə, sünnət namazları qılmaqda böyük savab vardır. Digər tərəfdən Sünnət namazlarını qılmamaq da olar. Lakin Peyğəmbərimizin sünnətinə qarşı çıxmamaq və onun şəfaətindən məhrum olmamaq üçün hər bir sünnətinə əməl etməyə səy göstərməliyik. Allah Rəsulu (sav) bir hədisində: “Sünnətimi tərk edən məndən deyildir” - deyə buyurmaqdadır.

NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri





Şərhlər (72)

Aqatkris Aqatkris 26 August 2014 21:49 Cavab yaz

Men ise selefi....) kisiynen qadin birdi?ola bilsin sizde eynidi men bilen yox hormetler

Sələfi olsaydın belə deməzdine canım gözüm. ona Əhli sünnə vəl cəməa deyirlər və mənim də əqidəm elə budur. Bütün müsəlmanların əqidəsi bu olmalıdır. Yəni ki Allahın qoyduğu və Peyğəmbərin getdiyi yol. Xahiş edirəm mənim elmimə dil uzatmayın mən elmimlə öyünəsi olsam burdakıların çoxusu qarşımda dura bilməz. Mən sadəcə bir müsəlman kimi borcumu yerinə yetirdim vəssalam. Sabah Allah görüb biləbilə düzəltmədiyimin səbəbini soruşmasın deyə etdim. Amma baxıram ki siz məni tamamilə səhv başa düşübsünüz. Daha müzakirəyə keçən şərhdə yazdığım kimi ehtiyac görmürəm çünki xəbərinb mövzusundan çox uzaqlaşmış olacayıq və bu halda da şərhlər silinəcək.
Ayka_m_ova Ayka_m_ova 26 August 2014 20:59 Cavab yaz

Bəli birdir Allah qatında hər kəs bərabərdir.Mən bir nəzarətçi kimi narahat oldum. Hörmətlər...

Agat_♥,
Allah bağışlasın ... girl_ten
Samire Qasimova Samire Qasimova 26 August 2014 20:34 Cavab yaz

Men ise selefi....) kisiynen qadin birdi?ola bilsin sizde eynidi men bilen yox hormetler

allah her kese selefiliyi nesib etsin insallah....)baxisdiyin sizleri narahat etdim yazdixlarimnan hormetle
Aqatkris Aqatkris 26 August 2014 18:58 Cavab yaz

AidaВ M-ova,
o sistemdən avtomatik alınıb gərək bağışlayasınız)) Mübahisə olsa da, olmasa da əsas odur ki, mən doğrunu dedim və borcümü yerinə yetirdim bir müsəlman olaraq. Siz də salamat qalın Allah amanında wink
Ayka_m_ova Ayka_m_ova 26 August 2014 18:53 Cavab yaz

Agat_♥,
Mən sizə o cümlələri yazmamışam səhv kopiyalamısız girl_smi qaldı mübahisəyə siz etməsəzdə mübahisə var , başqaları edir məndə umumi yazdım.Salamt qalın hörmətlər...
Aqatkris Aqatkris 26 August 2014 18:45 Cavab yaz

sen hansi egidedensen

sen esitdiklerivi subut elemeye calisma get elm al vse qutardi birde yazma menim adima men elmi bilen adamnan danisiram allah her kes den razi olsun

sen hansi egidedensen

sen esitdiklerivi subut elemeye calisma get elm al vse qutardi birde yazma menim adima men elmi bilen adamnan danisiram allah her kes den razi olsun

Mənim əqidəm İslamdır. Heç kimlə də mübahisə falan etmirəm. Hər şeyin öz qaydası var və hər şeyi öz qaydasında etmək lazımdır. Mən doğru olanı dedim. İstəyən qəbul etsin, istəməyən etməsin. Heç kimi məcbur edəsi deyilik ki. Əsas odur Allahın qarşısında mən bir müsəlman kimi borcumu yerinə yetirdiyimi alnıacıq şəkildə deyə biləcəyəm.
Əssələmu aleykunnə və rahmətullahi və bərəkətuh!
Ayka_m_ova Ayka_m_ova 26 August 2014 18:13 Cavab yaz

Xanımlar hər kəs öz ibadətini etsin düz və ya səhvdir onu biz bilə bilmərik burda mübahisə yaratmayın, qaldı iqaməyə qadın verə bilər onu kim icad etdi ? artıq ibadətdə də kişi qadın ayrımı edilir ?.
Samire Qasimova Samire Qasimova 26 August 2014 17:37 Cavab yaz

Əzizim men siye deyilem dede babanmda hemcinin sen qurani duz oxu

allah her kes den razi olsun
Aqatkris Aqatkris 26 August 2014 15:48 Cavab yaz

SamireВ Qasimova,
Gördüklərin səhv edirsə necə? Quranda bu barədə ayə də var ki dədə babalarınız səhv edirsə necə olacaq? uzun sözün qısası iqaməni hər kəs rahatlıqla deyə bilər. burada heç bir qadağa yoxdur. smile
Samire Qasimova Samire Qasimova 26 August 2014 14:59 Cavab yaz

Xanim men spor etmirem sadece olaraq deyiremki qadina mexsus deyil en azainnan korpeleyimnen bele gormusem elhemdurla ailemde muhutumdu namaz qilanlardi hemd olsun
Aqatkris Aqatkris 26 August 2014 02:21 Cavab yaz

ay gozel qiz sen spor elememisden qabax savadivi dahada artir,sen dediyvi herkes bilir azanda iqamede kisiye mexsusdu

mən spor etmirəm. sizdən fərqli olaraq hörmət edərək cavab yazıram. və bu barədə də yetərincə biliyim var deyə belə əminliklə danışıram xanım. Mənə inanmaq məcburiyyətində deyilsiniz. Amma mən İslam barədə bilmədiyim şeyi qətiyyən danışmıram.
Allah hər birimizi xeyirlə mükafatlandırsın! Artıq müzakirəyə ehtiyc görmürəm.
Samire Qasimova Samire Qasimova 26 August 2014 01:58 Cavab yaz

Ay gozel qiz azanda iqamede kisiye mexsusdu

deqiq bilmek ucun oxumaq oryenmek ve dini cox gozel sekilde bilib( medine telebelerine) ders verenlere qulaq asmaq lazimdir (ehli sunne)
Aqatkris Aqatkris 25 August 2014 22:34 Cavab yaz

Qizlar men orgendim lap yaxsi dini bilen insanlardan qadin azan ve iqameni vere bilmez eger ozune vacib bilirse desin yalniz ve yzalniz imam azani ve iqameni vererken ureyinde desin

Kimdən öyrənmisiniz bilmirəm amma qadın iqamə deyə bilər. Azan demək isə onu dəqiq deyə bilmərəm. Azan namaza çağırışdır sadəcə və adətən onu kişilər səsli şəkildə ona görə edir ki yəni ay camaat namaz vaxtıdır gəlin.
Samire Qasimova Samire Qasimova 25 August 2014 20:30 Cavab yaz

Qizlar men orgendim lap yaxsi dini bilen insanlardan qadin azan ve iqameni vere bilmez eger ozune vacib bilirse desin yalniz ve yzalniz imam azani ve iqameni vererken ureyinde desin



xais edirem dini mubaise sekline getirmiyin oyuncag deyil allahdan qorxun
Aqatkris Aqatkris 21 August 2014 21:04 Cavab yaz

Qadin ona goreki azan vere bilmez ki qadinin sesi ucadan gelmisine haram buyrulub qadin ne yuksekden danismaz ne qaqnaq cekib gulmez umumlikde qadinin sesi astadan gelmelidiki onuncun gunah yazilmasin

hemcinin namazdada yuksekden gelen qadinin sesi seytanin sesidir allah qorusun bilmem basa sala bildinmi?

Naməhrəmlər içində bəli qadının səsi ucadn çıxmamalıdır.
Namazda isə səsli namazları ancaq özü eşidəcək tərzdə səslə qıla bilər.
Samire Qasimova Samire Qasimova 21 August 2014 11:24 Cavab yaz

Qadin ona goreki azan vere bilmez ki qadinin sesi ucadan gelmisine haram buyrulub qadin ne yuksekden danismaz ne qaqnaq cekib gulmez umumlikde qadinin sesi astadan gelmelidiki onuncun gunah yazilmasin

hemcinin namazdada yuksekden gelen qadinin sesi seytanin sesidir allah qorusun bilmem basa sala bildinmi?
Deniz84 Deniz84 21 August 2014 08:33 Cavab yaz

Gözəl xəbərdir. Allah razı olsun.
Aqatkris Aqatkris 21 August 2014 01:44 Cavab yaz

Vallah adam xirdaligina gedende az qala deli olsun biri yazir qadinlar azan oxumasin biride deyir oxunsun nece eliyey goresen

Azan namaza çağırışdır qadının onu oxumağına ehtiyac yoxdur. Amma hər fərz namazdan əvvəl iqaməni oxumaq lazımdır.
ayniska milaska ayniska milaska 21 August 2014 00:39 Cavab yaz

ALLAH RAZI OLSUN NARMISHA!
Samire Qasimova Samire Qasimova 20 August 2014 23:18 Cavab yaz

Salam qizlar

hemd olsun allaha ki mene ve yoldasima yaxinlarima namaz qilmaxi nesib edib elhemdurla

cox sukur ki biz basa dusuruk allahdan qorxuruq ama boyuklermiz basa dusmek istemirler cahillik edirler

insallah allah bizleri cennet ehlinnen elesin gunahlarimizi baxislayib ibadetdermizi qebul etsin amin
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика