Giriş
Bağla

Namaz-V Dərs Təyəmmüm

Bizimdir! / Virtual dərslər / Namaz

Sarğı üzərinə məsh etmək

Dəstəmaz üzvlərindən hər-hansı birində yara, çiban və ya yanıq varsa və bunlar sarğı ilə sarınıbsa, dəstəmaz alan zaman nə etmək lazımdır?

Hər şeydən əvvəl həkim rəyi soruşulmalıdır. Əgər həkim suyun yaraya mənfi təsir göstərəcəyini söyləyirsə, o zaman yara sarğısını açmaq lazım deyil. Sadəcə olaraq dəstəmaz alan zaman üstünə bir dəfə məsh çəkmək kifayətdir. Yara sağalanadək dəstəmaz bu şəkildə alına bilər. Digər dəstəmaz üzvləri isə normal qayda ilə yuyulur.

Təyəmmüm (torpaqla təmizlik)

Qurani-Kərimin Maidə surəsinin 6-cı ayəsində “Əgər su tapmasanız, o zaman təmiz torpaqla təyəmmüm edin...” ayəti ilə Allah bizdən öncəki ümmətlərdən heç birinə vermədiyi bir rahatlığı bizə bəxş edir.

Peyğəmbər (sav)-dən rəvayət olunan bir hədisdə delə deyilir:

“Yer üzü mənə namazgah, torpağı isə təmiz qılındı. Namaz vaxtı girərsə, harada olduğumdan asılı olmayaraq təyəmmüm edər, namaz qılaram.”

Beləliklə də, dəstəmaz və ya qüsl almaq üçün təmiz su tapa bilməyən təyəmmüm etməlidir. Suyun 1 mil (1895 m) uzaqlıqda olması, su olduğu halda belə xəstəlik səbəbi ilə dəstəmaz və ya qüsl ala bilməyən şəxs də təyəmmüm edə bilər.

Qısaca olaraq, təyəmmüm: Su olmayan yerdə və ya olsa belə, istifadəsi mümkün olmayan hallarda namaz qılmaq, cünubluq halından təmizlənmək, yaxud Tilavət səcdəsi edə bilmək üçün təmiz torpağa, daşa, quma, mərmər, kərpic, kirəmit və sement kimi torpaq cinsindən olan bir şeyə niyyət edərək əlləri vurub üzü və qolları məsh etməyə deyilir.

Təyəmmüm necə edilir?

Namaz-V Dərs Təyəmmüm

1. Öncə təmiz torpaq və ya torpaq cinsindən bir şey tapmaq lazımdır. Daha sonra köynəyin qolları dirsəklərə qədər qatlanır. Barmaqda üzük varsa çıxarılır.

2. Barmaqlar bir-birindən aralı-açıq halda tutularaq torpağın üstünə qoyulur və belə deyilir:

“Əuzu billahi minəş-şeytanir-racim.Bismillahir-Rahmanir- Rahim.”

Niyyət etdim, Allah rizası üçün və namaz qılmaq üçün təyəmmüm etməyə.

Qeyd: Təyəmmüm, cünubluq halından təmizlənmək üçün alınırsa, o zaman “Namaz qılmaq üçün” ifadəsinin yerinə “cünubluqdan təmizlənmək üçün” - ifadəsi söylənilir.

3. Bundan sonra əllər torpaq üstündə önə və geriyə doğru hərəkət etdirilir və qaldırılır. Ovuclar aşağı vəziyyətdə, əllər baş barmaqlar tərəfindən bir-birinə yavaşca vurularaq silkələnir. Sonra üzün dəstəmaz zamanı yuyulan hissəsi ovucların içi ilə məsh edilir (fərzdir).

4. Ovuclar eyni qayda ilə torpaq üzərinə qoyulur, əllər önə və geriyə doğru hərəkət etdirilir. Yenə də eyni qayda ilə əllər baş barmaqlar tərəfindən bir-birinə vurularaq silkələnir. Sonra, sol əlin baş və şəhadət barmaqları bir-birindən aralı vəziyyətdə, digər üç barmağı sağ əl barmaqlarının üstünə qoymaq lazımdır. Barmaq uclarından başlayaraq dirsəyə qədər (dirsək də daxil olmaqla) məsh çəkilir. Bundan sonra isə sağ qol çevrilir və qolun altı dirsəkdən biləyə qədər məsh edilir. Axırda isə sol əlin baş barmağı ilə sağ əlin baş barmağının üstünə məsh çəkilir (fərzdir).

5. Yenə də ovuclar torpaq üzərinə qoyulur, əllər irəli və geriyə hərəkət etdirilir. Eyni qayda ilə baş barmaqlar tərəfindən bir-birinə vurularaq silkələnir. Bu dəfə isə sağ əlin baş və şəhadət barmaqları bir-birindən aralı vəziyyətdə, digər üç barmağı sol əl barmaqlarının üstünə qoymaq lazımdır. Barmaq uclarından dirsəyə qədər (dirsək də daxil olmaqla) məsh edilir. Daha sonra isə qol çevrilir və qolun altı dirsəkdən biləyə qədər məsh edilir. Axırda isə sol əlin baş barmağının üstünə məsh çəkilir (fərzdir). Beləliklə də, təyəmmüm tamamlanmış olur.

Qeyd: Təyəmmüm edərkən üz, əl və qulaqlarda məsh edilməmiş yer qalmamalıdır.

Təyəmmümü pozan şeylər

1. Dəstəmazı pozan şeylər təyəmmümü pozar.

2. Təyəmmüm etdikdən sonra su tapılarsa, təyəmmüm pozulur.

3. Təyəmmüm etdikdən sonra su ilə dəstəmaz və qüsl almağa mane olan səbəblər aradan qalxarsa, təyəmmüm pozulur.

Məstlər üzərinə məsh etmək

Məst: Topuqlar da daxil olmaq şərtilə ayaqları örtən və 12000 normal addım (5685 m) məsafəni qət etməyə dözümlü olan, su buraxmayan, 3 kiçik barmaq ölçüsündə yırtığı olmayan və bağ olmadan ayaqda qala biləcək qədər qalın bir ayaqqabıdır. Dəridən və keçədən hazırlanır.

Məst necə olmalıdır

1. Məstlər düz yerə qoyulduğu zaman dik duracaq qədər qalın olmalıdır.

2. Ayaqları isladacaq dərəcədə içəriyə su buraxmamalıdır.

3. 3 mil (5685 m) məsafəni dayanmadan qət edəcək dərəcədə möhkəm olmalıdır.

4. Ayaqları topuqlarla birlikdə örtməlidir.

5. Məstlərin topuqdan aşağı olan qismində üç kiçik barmaq miqdarından artıq yırtıq olmamalıdır.

Diqqət: Məstlər dəstəmaz aldıqdan sonra geyilir. Dəstəmaz alıb məst geydikdən sonra dəstəmaz pozularsa, 24 saat ərzində ayaqdan çıxarılmamaq şərtilə hər dəfə dəstəmaz alınanda ayaqlar yuyulmur, sadəcə olaraq məstlər üzərinə məsh çəkilir. Səfərdə olan müddətdə isə məstlərin üzərinə məsh etmə müddəti 72 saat olur.

Məst üzərinə necə məsh olunur?

Əllər isladılır. Əvvəlcə sağ əlin içi (barmaqlar açıq halda) sağ məstin üstünə qoyulur. Barmaqların ucundan ayaq pəncəsi ilə topuqlar istiqamətində məsh edilir. Daha sonra eyni qayda ilə sol əl isladılaraq sol məstin üzərinə qoyulub məsh edilir. Məstlər üzərinə məsh edərkən ən azı üç barmaq enində və uzunluğunda yer islanmalıdır. Məstlərin altına məsh edilməz. 

Məshi pozan şeylər

1. Dəstəmazı pozan hər bir şey məshi də pozar.

2. Məstin ayaqdan çıxması və ya çıxarılması.

3. Məstin su buraxması və ayaqları islatması.

4. Məstdə üç kiçik barmaq ölçüsündə yırtıq olması.

5. Məstin müddətinin bitməsi - 24 saat (səfərdə isə 72 saat).



Şərhlər (28)

Elvira_95 Elvira_95 17 January 2015 00:14 Cavab yaz

Oxudum cox saq olun. cox- cox minatdaram.
kapriznaya_deliwka kapriznaya_deliwka 11 July 2014 00:27 Cavab yaz

ANLAMADIM recourse cetinmiww
ddelice ddelice 10 July 2014 23:52 Cavab yaz

Ben biwey anlamadim
T_H T_H 18 December 2012 23:06 Cavab yaz

ALLAH qilinan butun namazlari qebul etsin, AMIN

Amin
alena_92 alena_92 15 June 2012 19:56 Cavab yaz

cox sag olun Allah razi olsun
Meryem Meryem 15 March 2012 02:29 Cavab yaz

meryem xanim siz oturan yerde niye namaz qilmirsiz?

xanım siz düz başa düşmədiz şərhləri oxuyun biləcəksiz.. o şərhi mən naza xanıma yazmışam..
kubra24 kubra24 15 March 2012 02:07 Cavab yaz

meryem xanim siz oturan yerde niye namaz qilmirsiz?
Meryem Meryem 23 April 2011 21:01 Cavab yaz

Sitat: Nazuletta
Salam. Mənə kömək edir xahiş edirəm. Deməli, dünəndən belə bir vəziyyətə düşmüşəm ki, bir ayağım üstə demək olar ki gəzirəm, yıxılmışam və sağ ayağımı yerə basanda yaman ağrayır. Bu tərəfdən də qüsul almalıyam ki, namazlarımı qılım. Dedim birtəhər olsa da dəstəmaz ala bilərəm, namaz da qıla bilərəm. Amma qüsul almaq problemdir. Bu vəziyyətimdə hətta hamamda sürüşüb yıxılmaqdan qorxuram. Sizin fikrinizcə bu ayağım aqradığı müddətdə yığılan qalan bütün namazlarım qəzaya qalır? İndi də biz tərəflərdə elədir ki, qış vaxtı yəni indiki aylarda namazların vaxtı demək olar ki, hər 2 saatdan bir dəyişilir, çox tez keçir və qəzalar lap çox qalır. Yəni bir insan tapılmadı ki, sualıma cavab versin də. Əstafurullah!

Vəziyət pisdirsə Təyəmmüm alamq olar oturaraq və uzanaraqda namaz qılmaq olar namaz 2 3 gön qılınmayıbsa təzədən töbə etməlisən namaza başlamalısan. yoxsa günah olar.
HAPPY HAPPY 23 April 2011 20:39 Cavab yaz

Sitat: MINASKA

ALLAH BUTUN NAMAZ QİLANLARİN NAMAZİNİ QEBUL ETSİN QİLMAYANLARA DA NESİB ETSİN AMİN!!!

Amin Allah...tesekkurler
yekta yekta 22 January 2011 22:50 Cavab yaz

Sitat: MINASKA
ALLAH BUTUN NAMAZ QİLANLARİN NAMAZİNİ QEBUL ETSİN QİLMAYANLARA DA NESİB ETSİN AMİN!!!

AMIN.. MEN HECVAXT TEYEMMUM ETMEMIWEM
Banu_ Banu_ 2 December 2010 21:22 Cavab yaz

Mən həm də oxumuşdum ki, təyəmmüm namaz vaxtının girməsindən sonra edilməlidi.
Məlumata görə Allah razı olsun.
rominda rominda 3 November 2010 11:24 Cavab yaz

nazulletda xanim bele hallarda qusul evezine teyemmum edin sonra adi destemaz alib namazivizi qilun eger destemez almaqdanda problem olsa onda teyemmumle qila bilersiniz
lovable_madam lovable_madam 30 October 2010 20:11 Cavab yaz

ALLAH qilinan butun namazlari qebul etsin, AMIN
MINASKA MINASKA 28 October 2010 19:43 Cavab yaz

ALLAH BUTUN NAMAZ QİLANLARİN NAMAZİNİ QEBUL ETSİN QİLMAYANLARA DA NESİB ETSİN AMİN!!!
Nazuletta Nazuletta 28 October 2010 15:04 Cavab yaz

Salam. Mənə kömək edir xahiş edirəm. Deməli, dünəndən belə bir vəziyyətə düşmüşəm ki, bir ayağım üstə demək olar ki gəzirəm, yıxılmışam və sağ ayağımı yerə basanda yaman ağrayır. Bu tərəfdən də qüsul almalıyam ki, namazlarımı qılım. Dedim birtəhər olsa da dəstəmaz ala bilərəm, namaz da qıla bilərəm. Amma qüsul almaq problemdir. Bu vəziyyətimdə hətta hamamda sürüşüb yıxılmaqdan qorxuram. Sizin fikrinizcə bu ayağım aqradığı müddətdə yığılan qalan bütün namazlarım qəzaya qalır? İndi də biz tərəflərdə elədir ki, qış vaxtı yəni indiki aylarda namazların vaxtı demək olar ki, hər 2 saatdan bir dəyişilir, çox tez keçir və qəzalar lap çox qalır.

Yəni bir insan tapılmadı ki, sualıma cavab versin də. Əstafurullah!
musi123 musi123 25 October 2010 01:55 Cavab yaz

Allah butun namaz qilanlarin namazini qabul etsin amin
samire samire 19 October 2010 09:03 Cavab yaz

cox sag olun ALLAH komeyiniz olsun mende bilirdim amma bele yox oyrendim daha bele teyemmum alacam
leylahuseynova leylahuseynova 18 October 2010 11:30 Cavab yaz

Allah butun namazlari qebul etsin
so_LoNeLy so_LoNeLy 17 October 2010 22:43 Cavab yaz

cox sag olun Narmişa xanim.cox savab qazanirsiniz.men bunlarin hamisini bilirem
Fatma Fatma 17 October 2010 22:07 Cavab yaz

EWitmiwdim ama deqiq bilmirdim saq ol allah komeyinda dursun
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика