Hörmətli istifadəçilər!
Saytımızda müsabiqələr davam edir.
Hər dəfə düşünürəm ki,müsabiqələrimizin daha da rəngarəng və maraqlı keçməsi üçün onları bir-birindən fərqləndirə bilək.Yəni,hər dəfə eyni tipli müsabiqələr olmasın.
Bu baxımdan sizlər də öz ideya və təkliflərinizi bizə yaza bilərsiniz.
Adından da gördüyünüz kimi bu dəfəki müsabiqəmizi Kulinariya sahəsinə həsr etmişik."Ən gözəl peçenye fotoresepti "MÜSABİQƏSİ bir neçə gün ərzində keçəcək olan sayt istifadəçilərinin sasverməsi nəticəsində QALİBİN müəyyən edilməsi ilə başa çatacaqdır.
"Ən gözəl peçenye fotoresepti "MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ:
1.Müsabiqəyə göndərilən peçenye fotoreseptləri orijinallığı ilə fərqlənməli,fotolar keyfiyyətli çəkilməli,ən başlıcası isə göndərilən fotoreseptin Qadin.Net saytında analoqu olmamalıdır.(təkrar resept olmaz!)
2.Reseptlər sayta, qalib seçildikdən sonra, qeyd olunan müvafiq yerləri tutan istifadəçilərin təqdimatı əsasında yerləşdiriləcək!
3.Fotoresept müəlliflərinin kimliyi müsabiqə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!
4.Müsabiqədə iştirak edən hər bir istifadəçiyə təqdim etdiyi fotoreseptə görə hesabına 50 bonus bal əlavə ediləcək.
5.Reseptlərinizi hazırlayarkən diqqetli olun! Xüsusilə son olaraq "təqdimat görüntüsü" amilini unutmayın. Öz xəyallarınız, fantazilarınızla qeyri adi təqdimatlar etmə şansınız var.
6.Səsvermənin müddəti, səslərin qəbulu, hesablanması prinsipləri və eləcədə bu mövzuya aid digər məlumatlar, iştirakçıların seçimi bitdikdən sonra qeyd olunacaq!
7.MÜSABİQƏ qalibinə mükafat:
İlk 3 yerin sahibi, onların reseptləri, tərkib hissləri, hazırlanma qaydaları hər bir nüans ayrı bir məlumat kimi saytda yerləşdiriləcək.
1-ci yer: 200 bonus xal, 2000 manat "virtual pul"
2-ci yer: 100 bonus xal, 1000 manat "virtual pul"
3-cü yer: 50 bonus xal, 500 manat "virtual pul"
İştirak üçün hazırlanmış fotoresept və tərkib hissələri haqda məlumatları [email protected] elektron poçt ünvanına göndərin!
Unutmayın 1-2 rəsimli, tərkib hissəyi aydın yazılmayan, bir sözlə bu kimi hallar rastlanan elektron iştirak ərizələri qəbul edilmir!
Hər birinizə uğurlar
P.S. - əvvəlki müsabiqənin qalibi iştirak hüququna sahib deyil!
03:00, 18 oktyabr 2010-cu il! Müsabiqədə iştirak üçün elektron ərizələrin qəbulu başa çatdı!
Günün sonunda nəticələr və səsvermə haqda ətraflı məlumat veriləcək!
03:00, 19 oktyabr 2010-cu il! Müsabiqədə elektron ərizə qəbulu başa çatdı!
Sonda 1-ci, 2-ci, 3-cü yeri tutmuş iştirakçıların reseptləri xüsusu xəbər kimi istifadəçilərə təqdim olunacaq!
Qeyd olunduğu kimi, hər bir iştirakçı istifadəçinin hesabına sonda, əlavə olaraq 50 bonus - reytinq xalı yazılacaq!
Mükafat fondunun əvvəlkindən daha da böyük olması səsvermə qaydalarına dəyişiklik etməyimizi labüd etdi!
Səsvermənin ŞƏRTLƏRİ:
1. Səsvermədə iştirak edəcək istifadəçinin qeydiyyat tarixi minimum 1 ayı ötmüş olmalıdır!
2. Səsvermədə iştirak edəcək istifadəçinin şərh sayı minimum 50 olmalıdır!
3. Hər bir istifadəçi yalnız 1 dəfə səsvermə hüququna sahibdir! Özü-özünə səs verən istifadəçilərin səsləri etibarsızdır!
4. "kimin kim" olduğunu bildirmək qəti qadağandır! Cəza olaraq 3 günlük ban tətbiq olunur!
5. Qeyd olunan səsvermə şərtlərini dəyişmə hüququnu Administrasiya özündə saxlayır!
Səsvermə zamanı yalnız konkret olaraq seçimi qeyd etmək lazımdır! Bu müddətdə müzakirələr etmək, lazımsız, aidiyyatı olmayan şərhlər, insanları mübahisəyə sövq edən fikirlər yazmaq qəti qadağandır!
SƏSVERMƏnin SON TARİXİ: 21.10.2010-cu il, saat 23:59:59
Hər bir iştirakçıya uğurlar arzulayırıq!
19.10.2010-cu il, 17:00 - 4-cü rəsmin sahibəsi qaydaları pozduğu üçün müsabiqədən kənarlaşdırıldı! Rəsmin sahibəsi - shefeq adlı istifadəçi idi. Səsvermə zamanı həmin nömrəli rəsmə səs vermək lazım deyil! Bu saata qədər həmin istifadəçiyə göndərilən səslər etibarsız sayılır!
21.10.2010-cu il, saat 23:59:59 - SƏSVERMƏ BİTDİ!
Nəticələr az sonra...
21.10.2010-cu il, 01:40 - Nəticələr
Səsvermə zamanı ümumilikdə 40 səs qeydə alındı! Göndərilmiş 40 səsdən 27 səsin etibarlı 13 səsin isə etibarsız olduğu aşkarlandı. Ən çox etibarsız səs sayının qeyde alınma səbəbi, qeydiyyat ve şərhlərlə bağlı səsvermə qaydalarının pozulması idi!
Səs toplamayan, yarışmadan gəldikləri kimi tər-təmiz gedən istifadəçi qeydə alınmadı. İki istifadəçi eyni səs sayı toplayaraq 2-ci və 3-cü yerləri bölüşməli oldular )) Buna görədə hər iki istifadəçiyə 2-cilik mükafatı təqdim ediləcək.
Eyni zamanda qeyd edildiyi kimi bütün iştirakçılara müsabiqəyə qoşulduqları üçün 50 bonus xalı hədiyyə edildi!
Sonda ilk 3 pilənin sahiblərini və ümumilikdə bütün istifadəçilərin göstəricilərini Sizlərə təqdim edirik:
2-ci yer - 5 səs sayı ilə 7-ci şəkil (leylahuseynova)
2-ci yer - 5 səs sayı ilə 2-ci şəkil (Narmisha)
1-ci yer - 7 səs sayı ilə 6-cı şəkil (konul-1988)
Ümumilikdə bütün göstəricilər:
1-ci şəkil - 2 etibarlıı, 1 etibarsız səs
2-ci şəkil - 5 etibarlıı, 4 etibarsız səs
3-cü şəkil - 2 etibarlıı, 0 etibarsız səs
4-cü şəkil - kənarlaşdırılıb!
5-ci şəkil - 3 etibarlı, 0 etibarsız səs
6-cı şəkil - 7 etibarlı, 5 etibarsız səs
7-ci şəkil - 5 etibarlı, 1 etibarsız səs
8-ci şəkil - 3 etibarlı, 1 etibarsız səs
Sonda qalib, Könül xanımı təbrik edir, mətbəxində belə fantaziyalarını tez-tez reallaşdırmasını arzulayırıq!
P.S. - Sualları olan istifadəçilər qeyd edə bilərlər...
XƏBƏR LENTİ
İşıqlı xatirələrdə yaşayır
Şəhid əsgərimiz təltif edildi
Hollivudun ən istedadlı aktyorunu seçildi
Bu məktəblər bağlandı
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Adıyla məşhur serial bitir
"Kala" bulkası (foto resept)
Günün qoroskopu:İşlərinizi qaydasına salın!
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
National Geographic foto müsabiqəsi-2
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Bütün dünyanı metro birləşdirəcək?
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Üç ələk
Xəstəxana otağı (ibrətamiz)
24 yaşlı körpə - FOTO
Beşəm dünyaya gətirən qadının həyatı
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Günün ulduz falı
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
ADNA faciəsindən 9 il ötür
Dünya mətbəxi - İsveçrə
Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Ən yaxşısı yazmaqdı...
İlham Əliyevdən müharibə mesajı
1 həftəyə 3 kiloqram arıqladan detoks
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Günün ulduz falı
Qısa saçlar üçün saç yığma modelləri
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Təəccübləndirən müştərilər
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
HAVA necə olacaq?- 3 APREL
Sabiq prezidentlərdən başsağlığı
İŞİD Fransanı "vurdu"
Şəxsi məlumatları necə qoruyaq?
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Prezident İlham Əliyev səsvermədə iştirak edib
Azərbaycanda internetin sürəti artırıldı
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Həyatın simvolu - qadın sinəsi
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
"CHANEL"dən şlyapalar
İştah kəsən banan çayı
Gözəl olduqlarını sonradan kəşf edən insanlar
Uşağa hansı adları qoymaq məsləhətdir?
Hamilə geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul
- ŞƏRHLƏR