Ana Laylası.
Dünyada bundan daha gözəl bir musiqi, nəğmə, melodi, bəstə varmıdır? Körpənin şirin yuxuya dalmağı üçün vucudunu
beşik edərək daşıyan Ananın üstümüzü sevgiylə örtən yorğanıdır laylalar. Ana laylası Əziz Ana laylası müqəddəsdir.
Hansı yaşda olursansa ol, Sən həmişə bir uşaqsan Ana üçün. Anaları heç bir zaman unutmamalı, qədr qiymətini bilməli.Çünki onlar hər zaman bizim keşiyimizdə durublar.
Balama can demişəm
Ağlama can demişəm
Balamın dili açılan günə
Quzu qurban demişəm
***
Layla dedim yatasan
Qızıl gülə batasan
Qızıl güllər içində
Şirin yuxu tapasan
***
Laylası dərin bala
Yuxusu şirin bala
Tanrıdan əhdim budu
Toyunu görüm bala
***
Layla dedim yatanda,
Gözdüyərəm ay batanda,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
***
Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürəm yekələn,
Görüm köməyin bala.
***
Laylay beşiyim layla
Öyüm eşiyim layla
Sən get şirin yuxuya
Çəkim keşiyin layla
***
Laylay dedim boyunca
Baş yastığa qoyunca
Pardaxlan qızıl gülüm
Bir qoxluyum doyunca
***
Balam layla a layla
Körpəm layla a layla
***
Layla dedim hemişə,
Karvan gedər enişə,
Yastığında gül bitsin,
Döşəyinde bənövşə.
***
Layla dedim gündə mən,
Kölgədə sən gündə mən
İldə bir qurban olar,
Sənə qurban gündə mən
***
Layla əməyim bala,
Duzum çörəyim bala,
Gözdüyürem yekelen,
Görüm kömeyin bala.
***
Laylay beşiyim laylay,
Evim, eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.
***
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül kölgəsində
Şirin yuxu tapasan
***
Balam laylay, a laylay,
Körpəm laylay, a laylay
Xanımlar bəs siz necə, körpə balalarınızı yatızdırarkən onlara layla oxuyursunumu?
XƏBƏR LENTİ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
Bank islahatı bizə nə vəd edir?
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Bel ağrısını azaldan yoqa hərəkətləri
Ən çox rast gəlinən cinsi problemlər
Sabah ilk Qədr gecəsidir
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Qasırğa Beyləqanı viran qoydu
2013-cü ilin gündəlik və mərasim geyimləri
Uzun kirpiklər üçün nə etməli?
Dağlar qoynunda unikal tryuk
Geyimdə nanəcövhər fərahlığı
Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyil
Planetin ən gözəli Yusif oldu
Sevginin son istifadə tarixi
Bu ölkədə əhalinin 82 faizi saqqız çeynəyir
Cəbhədə son vəziyyət
Azərbaycanda hava şəraiti dəyişir
Varikoz damar genışlənməsi nədir?
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Texnologiyasız yay
"Mourinyo futbol üçün böyük təhlükədir"
Gülməli heyvanlar (3)
Azərbaycanda 12 illik təhsilə keçid üçün yeni sənədlər imzalanacaq
Südlü toyuq qızartması (foto resept)
Yazı, xəbərlər üçün yeni QN sistemi
Ağciyərlərdəki heyranedici sistem
Hava haqqında
Məşhur aktyor ata olmaq arzusundadır
Üzdəki məsamələri daraldan maskalar
Manat sabah bu qiymətə olacaq
Cəbhədə uşaq yaralandı
Alış-veriş xəstəlikdirmi?
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
HAVA necə olacaq?-23 İyul
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
Bakıda tələbələr yayda necə pul qazansınlar?
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Hadise bacısı ilə barışdı-FOTO
Leysan, dolu yağacaq - XƏBƏRDARLIQ
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
Gavurdağı salatı (foto-resept)
Quru meyvəli maffinlər (foto resept)
- ŞƏRHLƏR