Hadisəni danışan qız deyir:“Allahın salamı və bərəkəti üzərinizə olsun, ey bacı və qardaşlarım! Budur, mənə, həqiqətən, əzab verən, təəssüfləndirən, həyatımı alt-üst edən, ailəmi dağıdan, həyat yoldaşımla yollarımızı ayıran hekayəni sizə danışıram. Mən mühafizəkar və tanınmış bir ailənin əxlaqlı və İslam tərbiyəsi ilə yetişdirilmiş qızı idim. Heç vaxt düşüncəsiz hərəkət etməmiş, əyləncə axtaran bir qız olmamışdım. Allahı qəzəbləndirəcək bir iş tutduğum da yadıma gəlmir. Mən məni sevən, mənim də onu sevdiyim, mənə həddindən artıq etibar edən çox yaxşı bir insanla evləndim... Onun ərköyün həyat yoldaşıydım. Hətta valideynlərim və bir çox qohum-əqrəbam həyat yoldaşımın məni indiyədək heç bir qızın görmədiyi dərəcədə ərköyünləşdirdiyini deyirdilər. Ərimin ondan nə isə bir şey istədiyim zaman mənə “yox” kəlməsini dediyini xatırlamıram. Ürəyim nə istəsə alıb gətirərdi.
Bir gün ona internetdən istifadə etmək istədiyimi dedim. Ərim əvvəlcə bunun yaxşı fikir olmadığını, mənim üçün münasib hesab etmədiyini dedi.
Mən isə hiyləgər hərəkətlərimlə və sözlərimlə məqsədimə çatdım. Ərimə kompüter aldırdım və internetdən pis niyyətlə istifadə etməyəcəyimə söz verdim. Ərim bunu qəbul etdi (kaş, qəbul etməsəydi
İnternetə qoşulduqdan sonra məni əyləndirə biləcək nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim. Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən istifadə edən bir rəfiqəm mənə “çat” proqramından danışdı. “Çat çox əyləncəlidir. İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə keçdiyini hiss eləmirsən”, - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra “çat”a daxil oldum- kaş olmayaydım..
Mən çatda yalnız ötəri söhbətlərlə aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim. Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi omadı. Çatda bir oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik. Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq, saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən “qaçıb” çatda onunla söhbətimə davam edirdim...
Bir dəfə yenə həyat yoldaşımla mübahisə etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə... Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan XƏYANƏTİM başladı
Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir, danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim. Ona: “Səndən boşanmaq istəyirəm”, - dediyim zaman o: “nə üçün?” - deyə soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi xoşlamırdım.
Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya “ağ” eləmədi. O: “Səni sevirəm, ancaq evliliyi davam etdirə bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən”, - dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.
Yeni sevgilim mənə: “Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan”, - deyirdi. Ancaq sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim? Ərimdən boşandıqdan sonra o: “Əgər evlənsəm əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən biriylə əsla!!!”
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Türkiyədə zəlzələ: yaralananlar var
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Dilqəmin məktubu çatdı
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
Qeyri-adi görünüşlü kitabxana
Günün ulduz falı
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Virtual Mercedes real olacaq
Sızanaqları aradan qaldıran süd maskası
Dünyanı necə çirkləndirdiyinizi görün
Zahanın Qətərdə stadionu
Günün ulduz falı
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Qeyri-adi broşlar
Satılan mənzillərin 30 faizinin sənədi yoxdur
Bakının bu hissəsində qaz olmayacaq
Hamilə xanımların diqqətinə...
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Dəbli gəlinliklər
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Müəllimlər hansı hallarda cəzalandırıla bilərlər
Eser Yenenler 15 kq arıqladı
Həyatımı Ona borcluyam...
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşüb
Rasim Balayev karantinə alındı
Facebook parolunu unudanlara XOŞ XƏBƏR
Burak Özçivit bu dəfə Buxarestə gedir
Maraglı fincanlar
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
Bakıda partlayıcı qurğu aşkarlanıb
“Cumali” aşiq olub - FOTO
Dostu necə tapmalı?
"Qələbəni anama həsr edirəm"
Rabitə Nazirliyinin təklifi internet-provayderlərin gözləntilərini doğrultmadı
Bu yeni sözləri dilimizdə işlədə biləcəyik - SİYAHI
Salep necə hazırlanır?
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq – FOTO
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Ağız qoxusunu yaradan səbəblər və həlli yolları
Pulsuz təhsil alanların sayının artırılması təklif olunur
HAVA necə olacaq?
Ana qatili olmayaq
- ŞƏRHLƏR