Giriş
Bağla

Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Əmziklər və su şüşələri başda olmaq üzrə bir çox plastik məhsulda istifadə edilən ''PDA'' maddəsinin müxtəlif sağlamlıq problemlərinə gətirib çıxardığı, inkişaf çağındakı uşaqların və xüsusilə körpələrin inkişafına mənfi təsir etdiyi bildirildi.


Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.


Amerikan Federal Qida və Dərman İdarəsi və Avropa Qida Təhlükəsizliyi Agentliyi, ''BPA'' maddəsi ehtiva edən əmziklərin və plastik məhsulların istehsalının, ən çox 2010 ili sonuna qədər edilə biləcəyini eşitdirdi.

Türk Əczaçıları Birliyi Ümumi Sekretarı Azad Özəl, ölümcül təhlükə yaratdığı üçün dünyanın bir çox ölkəsində istehsalı dayandırılan Bisfenol A (BPA) adlı kimyəvi maddəni ehtiva edən əmzik və plastiklərin zərərləri və alınması lazım olan tədbirlər ilə əlaqədar yazılı şərh etdi.

Əmziklərdə olan BPA maddəsinin təhlükə saçdığını ifadə edən Özəl, Türkiyədə də çıxarılan və satışa təqdim edilən əmziklərin böyük qisimində bir çox xəstəliyə səbəb olan və körpələrin inkişafına mənfi təsir edən bir kimyəvi maddə istifadə edildiyinin ortaya çıxdığını bildirdi.
Özəl, başda Amerika, Kanada, Fransa, Danimarka olmaq üzrə dünyanın bir çox ölkəsində istehsalı dayandırılan əmzik və plastik məhsulların, həzm sistemi və immunitet sistemi pozuqluqları, nörolojik problemlər, obezite, hiperaktividə, ürək xəstəliyi, məmə xərçəngi, sonsuzluq kimi sağlamlıq problemlərinə gətirib çıxardığı və bunun yanında inkişaf çağındakı uşaqların və xüsusilə körpələrin inkişafına mənfi təsir göstərdiyi xəbərdarlığını etdi.


Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.


Plastik maddələri daha dayanıqlı hala gətirmək üçün, əmziklərdə, sərt plastiklərdə və ev vəsaitlərində istifadə edilən BPA maddəsinin, Türkiyədə də hələ bir çox maddənin istehsalında istifadə edilməyə davam etdiyini səsləndirən Özəl, ''Ancaq, insan sağlığında son dərəcə böyük ziyanlara səbəb ola bilən bu kimyəvi maddənin xüsusilə immunitet sistemi zəif olan körpələrdə böyük sağlamlıq problemlərinə səbəb olduğu bilinir'' dedi.

''ABŞda yetkinlərin yüzdə 93ünün qanında BPA var. Hər 10 əmziyin 9unda bu maddə var. Bu nöqtədə vətəndaşlarımızın son dərəcə həssas olması lazımdır. Bu məhsulları alarkən üzərində yazması zəruri olan 'BPA tərkibli deyil' etiketli olanlarını seçmələri, keçici bir tədbir olsa da son dərəcə həyatidir.

Bazardakı əmziklərin çoxu, Bisfenol A tərkibli Polikarbonattan istehsal olunur. Bisfenol A, əmziyin içindəki mayeyə keçə bilən, hormon sisteminə zərər verici bir kimyəvidir. Əmziyin qabındakı PC7 yazısı ya da geri çevrilmə üçbucağı içindəki 7 rəqəmi, məhsulun məzmununda Polikarbonat istifadə edildiyini ifadə edir. Körpə əmzikləri ilə yanaşı, su şüşələrində, tibbi cihazlarda, idman dəstlərində, damacanalarda, saxlama qablarında, plastik stəkanlar kimi bir çox məhsulda var. Biz əczaçılar, dünyanın mübahisə etdiyi və bir-bir qadağan etdiyi bu kimyəvi maddəni təşkil edən məhsulların istehsalının ən tez zamanda dayandırılmasını istəyir, lazımlı qanuni zəminin yaradılması mövzusunda səlahiyyətliləri təcili olaraq vəzifəyə çağırırıq.''

Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.


Şərhlər (28)

Aqatkris Aqatkris 4 November 2014 20:56 Cavab yaz

Plastik butulkanın zərərli olduğunu bilirdim amma səbəbini və bu təhlükənin nələr olduğundan xəbərim yox idi.
my love my love 23 November 2011 14:32 Cavab yaz

Plastik butulkanin zererli oldugunu bilirdim. bezilerini de oyrendim. chox sagolun
sirin seker sirin seker 23 November 2011 02:00 Cavab yaz

ay aman butulkani ne gozel saxliyib.allah butun usaqlari saxlasin.tsk.
66666 66666 20 November 2011 02:11 Cavab yaz

TESEKKUR
Meryem Meryem 20 November 2011 02:04 Cavab yaz

ikinci şəkildə gör uşaq qabı necə tutub wink
creativka creativka 27 July 2011 13:32 Cavab yaz

indi cox wey kimyevidi neden hazirlandigi bilinmir
BADENUR BADENUR 14 June 2011 01:17 Cavab yaz

men hemise suse butulka isletmisem helede isledirem. plastik isletmemisem. ancaq qizim emzikden yeni soskdan el cekmirki cekmir. ancaq yatanda qoyur agzina onsuz yatmir
Euphoria (NB) Euphoria (NB) 18 February 2011 12:35 Cavab yaz

Sitat: ToRmEnTo
Hava bosaltma

Bu taktika iki yasina qeder olan usaqlarda tesirli olar. emziyi bir iyneyle delin ve içindeki havani çixarin. Belelikle usaq emziyi agzina saldiginda emmekden heç bir zövq almayacaq.
bunu bir yerden oxumusdum.tecrube edin,belke ise yarayar.

Bacim qizi 2.5 yaşi var. Emziyi tergitmir ki tergitmir,nece defe emzik agzinda cirilib, amma yene de tergitmir.... sad O bize gelende eger emziyi iterse gece saat 2-de olsa ona tapilib vermelidir. smile
bsa bsa 18 February 2011 12:33 Cavab yaz

Sitat: ToRmEnTo
Hava bosaltma
Bu taktika iki yasina qeder olan usaqlarda tesirli olar. emziyi bir iyneyle delin ve içindeki havani çixarin. Belelikle usaq emziyi agzina saldiginda emmekden heç bir zövq almayacaq.
bunu bir yerden oxumusdum.tecrube edin,belke ise yarayar.

bax bu maraqlidir cox sag ol
Zerish Zerish 17 February 2011 17:19 Cavab yaz

məndə şuşə butulkadan istifadə etmişəm
moocik moocik 3 February 2011 18:14 Cavab yaz

Sitat: leylahuseynova
. bIRINCI ALLAH ELAMEMISKEN OLAN OLACAQ ONUN YA SUSEDE YA DA PLASKITDEN OLMASININ FERQI YOXDUR.

sirin89 sirin89 2 February 2011 11:13 Cavab yaz

Usaqlariniz ucun suse butulkadan istifade edin.
bxmbxm bxmbxm 27 January 2011 23:32 Cavab yaz

Sitat: yekta
butulkadan butulkaya ferq var da. mence wiymeti yaxsi olanin keyfiyeti de yaxsi olar

duzdu.
Fatma Fatma 27 January 2011 23:06 Cavab yaz

heyif deyil şüşə butulka
yekta yekta 15 January 2011 21:11 Cavab yaz

butulkadan butulkaya ferq var da. mence wiymeti yaxsi olanin keyfiyeti de yaxsi olar
Buket Buket 5 October 2010 16:19 Cavab yaz

menim oglum cayi butilkadan icir, amma keyfiyyetli butilka aliram men
ToRmEnTo ToRmEnTo 4 September 2010 19:43 Cavab yaz

sultan,

Hava bosaltma

Bu taktika iki yasina qeder olan usaqlarda tesirli olar. emziyi bir iyneyle delin ve içindeki havani çixarin. Belelikle usaq emziyi agzina saldiginda emmekden heç bir zövq almayacaq.

bunu bir yerden oxumusdum.tecrube edin,belke ise yarayar.


ARZULAR-SAHZADESI ARZULAR-SAHZADESI 20 August 2010 22:04 Cavab yaz

Pervane kimyaci,fikrinle tam raziyam.hetta plastik qablarda isti suyun olmasi bele tehlukeli imiw.bele qablarda su icen insanda xerceng xesteliyi yaranma ehtimali boyuk imiw.odur ki,eziz qadin.net istifadecileri diqqetli olun!xususile uwaqlar bele qablardan uzaq durmalidir laughing yaziya gore twk smile
Pervane kimyaci Pervane kimyaci 5 August 2010 18:21 Cavab yaz

Umumiyyetle bir kimyaci kimi deyirem ki,plastik esyalar neinki usalar ucun,umumiyyetle insan heyati ucun cox tehlukelidir!!!
leylahuseynova leylahuseynova 2 August 2010 11:47 Cavab yaz

VALLAH MEN PLASTIKDIR. VE YA SUSEDIR BAXMIRAM. bIRINCI ALLAH ELAMEMISKEN OLAN OLACAQ ONUN YA SUSEDE YA DA PLASKITDEN OLMASININ FERQI YOXDUR. AMMA TEMIZLIYE RIAET ETMEK HER SEYDEN ONEMLIDIR.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика