Giriş
Bağla

Psixologun valideynlərə 35 məsləhəti...

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Psixologun valideynlərə 35 məsləhəti...


1. Uşağın suallarına səbrlə və doğru cavab verin.

2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.

3. Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın.

4. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.

5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.

6. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.

7. Uşağa gücü çatan işləri və qayğıları tapşırın.

8. Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.

9. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.

10. Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.

11. Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.

12. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.

13. Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.

14. Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.

15. Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.

16. Uşağı əhvalatlar qoşmağa və fantaziyasını işlətməyə həvəsləndirin.

17. Az yaşlarından uşağınızı müntəzəm mütaliyə etməyə həvəsləndirin.

18. Uşağın tələbatlarına diqqətlə yanaşın.

19. Ümumi ailə işlərinin birgə müzakirəsinə uşağı da əclb edin.

20. Səhvlərinə görə uşağınıza gülməyin.

21. Səy və zəhmətinə görə tərifləyin.

22. Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin.

23. Uşağınızı daha çox öyrənməyə, müşahidə etməyə həvəsləndirin.

24. Uşağa ``lazımsız əşyalarla`` oynamağı qadağan etməyin – bu onun təxəyyülünü stimullaşdırır.

25. Problemləri aşkar edib həll etməyə uşağa həvəs oyadın.

26. Uşağı konkret əməllərinə tərifləyin, bunu səmimi edin.

27. Uşağın müzakirə etdiyi mövzulara sərhəd qoymayın.

28. Uşağa sərbəst qəbul etdiyi qərara görə məsuliyyət daşımağa imkan verin.

29. Uşağa şəxsiyyət olmağa kömək edin

30. Maraqlı tele və radio verlişlərini tapmağa kömək edin.

31. Uşağın bacarıqlarını və istedadlarını aşkar edib inkiaşf etdirin

32. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin.

33. Uşağınızın sağlam şüuruna inanın və ona etibar edin.

34. Çalışın ki, girişdiyi işin əsas hissələrini uşaq özü yerinə yetirsin, hətta mübət nəticəyə tam inamınız olmasa belə

35. Uşağınızın inkişafı ilə bağlı müşahidələrinizi gündəliyə yazın və beləliklə, onun inkişaf prosesini təhlil edin.


Şərhlər (14)

Deniz84 Deniz84 12 December 2014 19:22 Cavab yaz

14. Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.
Bacardıqca səbəs olmaları üçün hər zaman şərait yaradırıq.
Ayka_m_ova Ayka_m_ova 12 November 2014 12:05 Cavab yaz

Bizm uşaqlarla vəziyyət yaxşıdır görək salamatlıq olsun necə biri olacaqlar
Aqatkris Aqatkris 4 November 2014 21:00 Cavab yaz

Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.
- bunu mütləq etmək lazımdır, çünki uşaqlar bu mpvzuda çox həssas olurlar.
nilu nilu 27 February 2014 20:27 Cavab yaz

Məsləhətlərə görə təşəkkürlər
creativka creativka 27 July 2011 20:44 Cavab yaz

bunlari bilirdim,cunki metodika dersinde kecmiwik.
Zerish Zerish 9 February 2011 14:44 Cavab yaz

maraqli məsləhətlərdi təşəkurlər
yekta yekta 15 January 2011 16:35 Cavab yaz

Uşağın suallarına səbrlə və doğru cavab verin.

BU FIKIRLE TAMAMILE RAZIYAM
Pervane kimyaci Pervane kimyaci 27 July 2010 19:46 Cavab yaz

tesekkurler,meslehetiniz ucun
Neza Neza 27 July 2010 15:28 Cavab yaz

Cox sag olun.Bunlari etmek ucun gerek qadinin esebleri guclu olsun.Indiki zamanda da esebi sakit adam yoxdu.Yaziniza gore tesekkurler.Belke gelecekde lazim oldu.
NEZNAKOMKA* NEZNAKOMKA* 27 July 2010 13:24 Cavab yaz

SUPERDI.KAS VALIDEYNLER BUNLARA EMEL ETMEYI OYRENE BILSEYDILER
Pepitetto Pepitetto 27 July 2010 13:09 Cavab yaz

BUNLARI EMEL ETSEK COX GOZEL OLAR
NAZRIN_ NAZRIN_ 27 July 2010 13:09 Cavab yaz

COX YAXSI MESLEHETLERDIR OVLADI OLAN ANA COX SEBIRLI OLMALIDIR BUNLARI HEYATA KECIRMEK UCUN.
Aynur Memmedova Aynur Memmedova 27 July 2010 13:07 Cavab yaz

Maraqli meslehetlerdi.TEWEKKURLER!
leylahuseynova leylahuseynova 27 July 2010 12:18 Cavab yaz

cox gozel melumatlardi sag olun

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика