Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!
Sual: Əgər gənc və yaxud yaşlı bir kişi öz zövcəsini oruclu ikən öpərsə günah qazanırmı?
Cavab: Cavan və yaxud yaşlı olmasından asılı olmayaraq zövcəsini öpməklə oruc tutan kəs günah etmir. Belə ki, Səhih Müslimdə rəvayət olunur ki, Ömər ibn Əbu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) soruşdu: Oruclu kəs öpə bilərmi? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Bu qadından (yəni,Ümmi Sələmədən) soruş. Odur ki, o (Ümmi Sələmə) ona bildirdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu cür edərdi. Sonra o (Ömər ibn Əbu Sələmə) dedi: Ey Allahın Elçisi! Həqiqətən, Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Allaha and olsun ki, Allah barəsində (Allahın qanunlarına riayət etməkdə) sizlərin içində ən təqvalı olan və Allahdan ən çox qorxanı mənəm.”
Müslim, 1108
Sual: Ramazan günlərində oruc əsnasında mənidən əziyyət çəkirəm. Lakin ihtilam (yaş) olmuram. Bunun oruca təsiri var?
Cavab: Məsələ təsvir olunduğu kimidirsə, ləzzət hiss etmədən ramazan günü məninin gəlməsinin sizin orucunuza təsiri yoxdur. Siz bunu qəza etməməli deyilsiniz.
Sual: Oruclu halda həyat yoldaşı ilə cinsi əlaqədə olmağın hökmü nədir?
Cavab: Oruclu halda qadınla cinsi əlaqədə olan adam Allaha və Rəsuluna asilik etmiş günahkardır. O orucunu qəza etməli və kəffarə verməlidir. Kəffarəsi isə, bir kölə azad etməkdir. Əgər tapmasa iki ay ardıcıl oruc tutmaqdır. Bunları da bacarmasa onda altmış nəfər kasıbı yedizdirməlidir. Hər kasıba ölkəsinin qida məhsulu sayılan nemətlərdən yarım saa, yəni təxminən 1,3 kq (qarın dolusu) yemək verməlidir.
Sual: Əgər bir kişi oruclu halda öz yoldaşını məcbur edərək onunla cinsi yaxınlıq edibsə nə etməlidir?
Cavab: Əgər kişi qadını cinsi əlaqəyə məcbur edibsə qadının orucu doğru kişinin orucu isə batildir. Kişi etdiyi cinsi yaxınlığa görə kəffarə ödəməlidir. Kəffarə ya bir kölə azad etmək, olmasa iki ay ardıcıl oruc tutmaq, əgər onu da bacarmasa altmış kasıbı yedizdirməli və həmin gününü qəza etməlidir.
[color=#FF0000]Sual: Oruclu adam yuxuda cənabət olmuşdur (xülyaya dalıb sperma ifraz etmişdir). Onun orucu batildirmi? O dərhal qüsl almalıdırmı (çimməlidirmi)?
Cavab: Yhuxuda cənabətli olmaq orucu batil etmir. Çünki bu həmin adamın ixtiyarında deyildir. Bu adam cənabət qüslü almalıdır. Əgər Sübh namazından sonra yuxuda cənabət olubsa onda qüslü Zöhr namazına qədər gecikdirmək olar. Həmçinin gecə arvadı ilə yaxınlıq edib sonra sübhün vaxtı daxil olandan sonra çimmək də olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə cənabət olardı sonra sübhün vaxtı daxil olandan sonra qalxıb çimər və oruc tutardı. Heyzli (aybaşı) və nifaslı (doğuşdan sonrakı qanaxma) olan qadınlar da belədir. Əgər onlar gecə təmizlənib sübhdən sonra çimərlərsə onların tutduqları oruc doğru sayılır. Amma qüslü namazın vaxtı çıxana qədər gecikdir¬mək olmaz. Əksinə tez qüsl alıb namazı vaxtında qılmaq lazımdır.
Sual: Bir nəfər, öz həyat yoldaşı ilə oynayanda və ya onu öpəndə paltarında övrət yerindən ifraz edilmiş nəm hiss etdiyni deyir. Indi o, bunun oruca necə təsir etməsini bilmək istəyir?
Cavab: Sual verən adam həmin nəmliyin məni (sperma) və ya məzi olmasını qeyd etməyib. Lakin görsənir ki, onun demək istədiyi məzidir. Əgər belə halda məzi ifraz edilmişsə bunun oruca təsiri yoxdur. Amma məni (sperma) ifraz edilsə oruc batil olur. Ümumiyyətlə oruclu adam belə hallardan uzaq olmağa çalışmalıdır.
Sual: Cənabət, heyz və ya nifas qüslünü sübhə qədər gecikdirmək olarmı?
Cavab: Sübhdən əvvəl təmizlənən qadın oruc tutmalıdır. Təmizlik qüslünü isə sübhdən sonraya saxlamaq olar. Amma bunu gün çıxan vaxta qədər gecikdirmək olmaz. O, günəş çıxmadan əvvəl çimməli və namazını qılmalıdır. Həmçinin cənabətli adam da belə etməlidir.
XƏBƏR LENTİ
Ondine lənəti-FOTO
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
9 yaslı Ömərin qeyri-adi bacarığı-VİDEO
Milli komandamız gerilədi
Ayaqqabı təmizliyi üçün praktik üsullar
Olmazsa olmazımız "sırqalar"
Sınaqdan çıxmış cavanlıq cövhəri
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
Fatih Terimin qızına 80 min avroluq üzük
ABŞ-la İran arasında buzlar əriyir
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Gözəl köynək düymələri
H&M qadın geyimləri
BİR SEVGI HEKAYƏSI
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Melaniya Tramp Ağ Evi bəzədi - VİDEO - FOTO
Bu qəsrdə ruhlar yaşayır
Möhtəşəm binalar
Həyatın olması üçün bunlar olmalıdır
İşləmək, yoxsa işləməmək?
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
44 min insan koronavirusdan şəfa tapıb
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Günün ulduz falı
Zehni sağlamlığa mənfi təsir edən vərdişlər
Qalib Azərbaycan əsgərlərinin rəqsi - VİDEO
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb
Gün ərzində dərinin sağlamlığını pozan 4 hal
Kəlağayıların əsil qiyməti
Olimpiya çempionumuz Bakıda sürücüləri cərimələdi
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Arqan yağının dəriyə təsiri
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Dəfn və qəbir yerlərinin satılması problemini necə çözməli...
Aksesuarlar
Keçən ilin möhtəşəm şəkilləri
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Market sifarişini gətirən kuryer qadını öldürdü
O da "Sefirin kızı"nda olacaq
Musiqidən alınan keyfin sirri açıldı
"Mən daha çox vergi ödəməliyəm" - BİLL GEYTS
Qripi sağaldan 3 detoks
Professor-müəllimlər işə dəvət olunur
Hava haqqında - 30.08.2013
Siqaretin "ağ"ına da lənət, mentollusuna da
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO
- ŞƏRHLƏR