Giriş
Bağla

İdeal süfrə necə olmalıdır?

MÜXTƏLİF / Praktik məsləhətlər

İdeal süfrə necə olmalıdır?


Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır?

Əvvəlcədən qeyd edək ki, bütün hallarda, istər sadə ailə naharı olsun, istər dostlarla görüş, istərsə də böyük ziyafətlərdə masa gözəl və rahat tərtib olunmalıdır. Əvvəlcə masa örtüyündən başlayaq. Gündəlik istifadə üçün parça süfrə əvəzinə polietilen masa örtüklərindən istifadə etmək olar. Bu, xüsusilə balaca uşaqlar olan ailələrə aiddir. Gözəl bəzəkləri olan, yeri şəffaf polietilen masa örtükləri bu məqsəd üçün çox yararlıdır. Belə örtüklərin uzun müddət istifadəyə yararlı qalması üçün onları ilıq su ilə yumaq, sonra isə tamamilə qurulamaq lazımdır.

Salfetlərin kağızdan olması məsləhətdir. Onlar həm daha gigiyenikdir, həm də əlavə yuyulmaq problemi yaratmır. Süfrənin tez çirklənməsinin qarşısını almaq üçün çəngəl-qaşıq üçün metal, yaxud şüşə altlıqlardan istifadə etmək olar.

Böyük ziyafətlərdə mütləq yaxşı ütülənmiş ağ parça örtükdən istifadə etmək lazımdır. Çay süfrəsi üçün ciddi cizgiləri və yaxud əl işləmələri olan kətan örtüklər uyğun gəlir. Böyük qonaqlıqlar üçün salfetlər də örtük kimi ağ parçadan olmalıdır. Çay süfrəsinə də örtüyə uyğun tonda salfet qoyun. Üçbucaq, çiçək, zərf şəklində bükülmüş salfetlər masaya xüsusi yaraşıq verir.

Ziyafət hazırlayan ev sahibi nə qədər qonaqpərvər olsa da, masada hər qonaq üçün yarım metr yer ayrılmalı olduğunu nəzərdən qaçırmamalıdır. Ona görə də çağıracağınız qonaqların siyahısını masanızın ölçüsünə uyğun tərtib edin. Əks təqdirdə, yerin darısqallığı, təbii ki, diskomfort və narazılıq yaradacaq.

Şam və nahar üçün boşqablar aşağıdakı qaydada düzülür: böyük dayaz boşqab və onun içinə orta ölçülü boşqab qoyulur. Boşqabların sol tərəfinə isə içinə çörək qoyulmuş kiçik boşqab qoyulur. Kiçik boşqabın içinə bir qara, iki ağ çörək dilimi qoyulmalıdır. Əgər nahar üçün duru yemək nəzərdə tutulubsa, dərin boşqabları kənarda qoyulmuş kiçik masanın üstünə qoyun. İçərisində xörək olan şüşə qazanı da məhz bu masaya qoymaq lazımdır. Ev sahibi duru yeməyi özü bu masada boşqablara töküb qonaqlara ötürməlidir. Səhər yeməyi üçün hər nəfərə ancaq bir boşqab qoyulur. Ailə üçün çörək ümumi, qonaqlar olduqda isə, naharda olduğu kimi, sol tərəfdə kiçik boşqablarda qoyulur. Yumurta üçün şüşə, yaxud plastmas "yumurta badələri" qoyulmalıdır.

Bir neçə çeşiddə isti yemək hazırlanan təntənəli şam ziyafətlərində hərəyə üç boşqab nəzərdə tutulur. Süfrədə çörəyin qurtarmamasına xüsusi nəzarət etmək lazımdır. Heç bir ziyafəti içkisiz təsəvvür etmək olmaz. İçki butulkalarını, xüsusilə də qırmızı şərab şüşəsini kiçik boşqablara qoymağa çalışın. Bu, örtüyə ləkə düşməməsi üçün lazımdır. Qırmızı şərabın ləkəsini təmizləmək, demək olar ki, mümkün deyil. Marinadlar, şorabalar və konservlər üçün müxtəlif ölçülü salat qablarından istifadə edilir. Salat, paştet və vineqretlər üçün ayaqsız büllur vazlar uyğun gəlir. Sousları müxtəlif quruluşlu kiçik, dərin keramik qablara tökürlər. Masaya kərə yağının verilməsinə ehtiyac olarsa, onu dördbucaq, kürə, yaxub başqa bəzəkli şəkillərdə kiçik boşqablarda qoymaq olar. Duz və istiot qabları iki nəfərdən bir qoyulmalıdır.

İçkilərin sayından asılı olaraq, seçilən badələr, fujerlər və bakallar boşqabların qarşısına qoyulur. Onları sağdan başlayaraq kiçikdən böyüyə düzmək lazımdır. Araq üçün ən kiçik, şərab üçün orta ölçülü badələr nəzərdə tutulur. Zəif spirtli içkilərə ən böyük badələr xidmət edir. Ağ şərab üçün rəngli badələrdən istifadə etmək daha yaxşı olar. Şampan şərabı böyük bakallardan içilir. Qazlı içkilər və mineral sular üçün hündür bakallar qoyulmalıdır. Pivə böyük ziyafətlərə uyğun gəlməyən içkidir. Amma siz hər halda süfrəyə onu da əlavə etmək istəyirsinizsə, daha bir bakala ehtiyac yoxdur. Pivəni su bakalında içmək olar. Qrafinə ev içkiləri və ya adi su tökülür. Bahalı içkilər öz şüşələrində effektli görünür. Masada şampandan başqa bütün şərəb butulkaları ağzı açıq olmalıdır. Şampanı istifadə zamanı açmaq lazımdır ki, qazını itirməsin.

Qaşıq və çəngəli iç üzü yuxarı olmaq şərtilə boşqabın sol tərəfinə, bıçağı isə sağ tərəfinə qoyurlar. Bıçağın kəsən hissəsi boşqaba tərəf olmalıdır.
Əgər ziyafət üçün desert nəzərdə tutulubsa, bunun üçün badələrin arxasında ayrıca priborlar qoyulmalıdır. Süfrəyə düzülən istər soyuq, istərsə də isti yeməklərin rahat götürülməsi üçün onların içinə də qaşıq və çəngəllər qoyulur. Yağ və paştetlər üçün bıçaq uyğundur. Kolbasa, pendir kimi qəlyanaltıların yanına heç nə qoymaq lazım deyil, onları hər kəs öz çəngəli ilə götürə bilər.

Masada basırıqlıq yaratmamaq üçün yeməkləri süfrəyə uyğun ardıcıllıqla vermək lazımdır. İlk olaraq soyuq qəlyanaltılar yeyilir. Bundan sonra onlar priborları ilə birlikdə süfrədən yığışdırılır və duru yeməyə keçilir. Duru yeməkdən sonra isə isti xörəklərə keçmək olar. Porsiyalarla hazırlanmış isti yemək hər qonaq üçün ayrıca, ümumi yemək isə hər 4 nəfərə 1 buludda qoyulur. Ziyafətlər üçün duru yeməkdən istifadə etmək məsləhət deyil. Bununla həm də qayğının biri azalmış olur.
Deserti yemək priborları yığışdırılmamış və masa qaydaya salınmamış vermək olmaz. Eyni zamanda masanı desert içkilərindən başqa bütün butulkalardan azad etmək lazımdır.

Çay süfrəsi yemək başa çatdıqdan yarım saat sonra hazır olmalıdır. Çay masasının təşkili zamanı ortaya içərisində peçenye, konfet, meyvə olan hündür vazlar, kiçik mürəbbə qabları, şirin piroqlar və tortlar olan buludlar qoyulur. Tortu və piroqu əvvəlcədən doğramaq lazımdır. Masanın bir neçə yerində kiçik qənddanlar və doğranmış limon qoyulur. Çay masasına konyak, desert şərabı, rom qoyula bilər.

Masa tərtibatı üçün boşqablar diqqətlə seçilməlidir. Çox rəngarəng, zövqsüz bəzəkləri olan boşqablar bütün gözəlliyi heç edə bilər. Hündür güldanlarda qoyulmuş təzə çiçəklər istənilən masaya gözəllik verər.

Masanın tərtibatı hər şeydən əvvəl ev sahibinin şəxsi zövqündən və imkanından asılıdır. Tərtibat zamanı qaydalara riayət etməsəniz belə, rahatlığa, uyğunluğa və gözəl görünüşə diqqət yetirin. Bir də unutmayın ki, qanunları bütün hallara şamil etmək olmaz. Hər halda hər kəsin öz zövqü var. Təbii ki, masa tərtibatında da...


Şərhlər (25)

Ryos Ryos 25 November 2014 21:10 Cavab yaz

Süfrə bəzəmək məndən sorulur Sevirəm və çox diqqətlə yanaşıram bu işə.

Deyiremde niye eyni burcdeniy. biggrin

Sufre bezemeyi her xanim oyrenmelidi.Her qadin bir evin xanimidi,.
Deniz84 Deniz84 25 November 2014 21:03 Cavab yaz

Süfrə bəzəmək məndən sorulurlol Sevirəm və çox diqqətlə yanaşıram bu işə.
nilu nilu 3 January 2014 22:45 Cavab yaz

IDEAL SUFRE OLMUR
ST_EWQIM ST_EWQIM 24 April 2013 00:33 Cavab yaz

sufre bezemeyi mence her qadin biler
twk
sirin seker sirin seker 15 December 2011 00:51 Cavab yaz

mende yerli yerinde bezemeyi sevirem.ele olsunki hec kim noqsan tapmasin.tsk.
BSSL BSSL 12 November 2011 16:57 Cavab yaz

HER QADININ BILMESI GEREKEN MEDENIYYET...TESEKKURLER.
66666 66666 30 October 2011 12:46 Cavab yaz

SUFRE BEZEMEYI BACARIRAM
lezginka24 lezginka24 19 October 2011 12:47 Cavab yaz

tesekkurler,bacardigimiz geder elinden geleni edirik hem evdekiler,hem gelenler beyensin
nilufer zeynalova nilufer zeynalova 12 October 2011 22:17 Cavab yaz

aaaa
lovable_madam lovable_madam 12 October 2011 22:08 Cavab yaz

men hemse cox heyecenalaniram qonaq cagairanda el isleyirme ki yuzde yuz menden hamiis razi qalsin...ozu de xoslayiram tek olum metbexde yemekleri tortu ya da piroqu ozum etmeyi xoslayiram hec kim komek etmir daha da el ayagima dolasirlar, bu hardadir, bunu hara qoyum sualini verince ozum edirem deee...neyniyirem kiminse komeyuini?
creativka creativka 16 August 2011 21:55 Cavab yaz

maraqli idi,sufre bezemeyi qeweng bacariram
sabatin sabatin 22 July 2011 18:14 Cavab yaz

FAYDALI MELUMATDI TESEKKURLER AMMA DIGELKI BIZIM $ADLIQ EVLERINE BAX CAMAATI AZ QALA BIR- BIRININ ICINDE OTURDURLAR BILMIRSEN NECE HEREKET EDESEN ORTUKLER DE DEMEK OLAR QIRI$- QIRI$
sirin89 sirin89 11 May 2011 17:16 Cavab yaz

biz de sufreden cox ne yemek bisib,ona baxirlar. wink
lovable_madam lovable_madam 15 February 2011 10:30 Cavab yaz

qonaq gelende ele isteyirem ki sufrede her şey qaydasinda olsun, hemişe sufreni ozum aciram, komek eleyenim de olmur, amma bu iş mene olduqca zovq verir........ wink
Fatma Fatma 25 January 2011 00:41 Cavab yaz

dəyərli məsləhətdi
Feride45 Feride45 15 January 2011 16:31 Cavab yaz

sufre bezemeyi cox sevirem amma yigisdirmagi yox! winked
yekta yekta 15 January 2011 16:29 Cavab yaz

COX SAGOLUN LAZIMLI MALEUMATA GORE
rovsane rovsane 30 November 2010 20:39 Cavab yaz

2 pac ne demekdir wink
mukkuni mukkuni 7 August 2010 23:25 Cavab yaz

maraqlidir smile
Aynur Memmedova Aynur Memmedova 27 July 2010 13:22 Cavab yaz

Chox aydin izah olunub.Tewekkurler
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика