Giriş
Bağla

QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA

MÜXTƏLİF / Praktik məsləhətlər

Qatığı südün mayalanmasından alırlar. Qatıq yağlı və yarımyağlı olmaqla iki qrupa ayrılır. Ən yaxşı qatıq qoyun və camış südündən alınan qatıqdır. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsidir.

1. Evdə qatıq çalmaq üçün südü qaynatdıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə qarışdıraraq bişirin. Qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar. Sonra südü qatıq çalacağınız qaba tökün. bunun üçün polad və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta temperaturda olduqda maya kimi hər litr südə bir xörək qaşığı qatıq əlavə edin. Südün səthindəki qaymağa toxunmadan dibindən qarışdırın. Qazanın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın üstünü parça ilə bürüyün. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır. Çünki süd çox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.
2. Qatıqdan uzun müddət istifadə etmək istəyirsinizsə, içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan yeməklərə turş dad vermək üçün də istifadə oluna bilər.
QATIQ, AYRAN VƏ SÜZMƏ HAQQINDA

3. Qatığın suyundakı vitamin və minerallardan istifadə etmək istəyirsinizsə, yeyərkən suyu ilə qarışdıraraq yeyin.
4. Ayranınızın daha ləzzətli və daha köpüklü olmasını istəyirsinizsə, qatığa su ilə birlikdə bir qədər çay sodası əlavə edin. Daha sonra mikser və ya tellə yaxşıca çırpın.
5. Süzməniz turşumuşsa, su əlavə edib, yenidən süzün.

Şərhlər (26)

Muselmanka88 Muselmanka88 31 July 2015 12:37 Cavab yaz

bes yaxwi qatigi mayalayarken sudun istiliyi nece olmalidir?men umumiyyetle cox sevirem agarti mehsullarini
fidancik-91 fidancik-91 31 July 2015 09:00 Cavab yaz

agarti mehsullarinin faydalari saymaqla tukenmez
Xanim_Xatun Xanim_Xatun 10 January 2015 14:29 Cavab yaz

Biz agarti məhsullarini çox sevirik.
aysun2013 aysun2013 23 February 2014 20:07 Cavab yaz

Qatiqi cox sevirem
nilu nilu 3 January 2014 22:46 Cavab yaz

QATIQ,AYRAN,SUZME nyam
aise_2009 aise_2009 8 May 2013 17:48 Cavab yaz

MARAQLI XƏBƏRDİ.ANAM DA ARADA QATIQ ÇALIR.HANSI QAZANDA DAHA YAXŞI OLDUДћUNU BİLMİRDİ.DEYƏRƏM POLAD QABDA ÇALSIN.TƏŞƏKKÜRLƏR
Yaso Yaso 8 May 2013 17:40 Cavab yaz

sudu cox sevirem
ciyelek22 ciyelek22 8 May 2013 17:39 Cavab yaz

sud icirem cccoooooxxxx qatiq belede, ama suzme voobse yimirem papam sevir
ST_EWQIM ST_EWQIM 24 April 2013 00:52 Cavab yaz

uwaqlara gore ozum evde edirem qatigi.maqazindekilere etibar etmirem
ruzigar ruzigar 17 March 2013 18:50 Cavab yaz

Təşəkkürlər bacım.Kefimə düşəndə qatığı özüm çalıram.
lovable_madam lovable_madam 28 June 2012 16:29 Cavab yaz

suzmeye bir az goyerti tyorkadan kecmis xiyar ve ezilmish sarismaq qatib corekle yeyirsen hmmmm...dadindan doymaq olmur eeee:)
66666 66666 30 October 2011 12:49 Cavab yaz

AYRAN VE QATIQ ELEDE COX XOSLAMIRAM
lezginka24 lezginka24 19 October 2011 12:51 Cavab yaz

aa men hemiwe qatigin suyunu atiram sevmirem deye,amma evde de arada caliriq qatiq twk
creativka creativka 16 August 2011 21:58 Cavab yaz

ayran sevmirem
Meryem Meryem 20 July 2011 20:20 Cavab yaz

biz kəndə qatıq eləyirdik amma burda yazılan kimi yox
TANYA TANYA 4 February 2011 20:44 Cavab yaz

mende ozum caliram qatigi
yekta yekta 13 January 2011 13:56 Cavab yaz

BİZ DƏ BƏZƏN ÖZÜMÜZ ÇALIRIQ QATIĞI. ESAS DA DOVĞA BİŞİRMƏK LAZIM OLANDA. ŞƏHƏR QATIĞINDAN DOVĞA BİŞİRMİRİK HEÇ VAXT. TƏŞƏKKÜRLƏR MƏLUMATA GÖRƏ
Nazrin Nazrin 2 December 2010 02:55 Cavab yaz

menim qatigim sudum varsa evde demek cox seyim var menim ucun:)coox sevirembu mehsulu.yemeklere sirniyyatlara coox istifade edirem.qatigi cox vaxt ozum edirem winked
H_old_A H_old_A 21 July 2010 19:44 Cavab yaz

MARAQL MELUMAT....SAG OLUN...
Gunel_1188 Gunel_1188 20 July 2010 23:08 Cavab yaz

menim qaynanam da ozu calir qatiq.cox da dadli olur
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика