Giriş
Bağla

Uşağa nece xeyr demək olar

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Uşağa nece xeyr demək olar

Uşağa nece xeyr demək olar



Xeyr. Sıx istifadə edilən, ağızdan asanca çıxan bir söz. Ümumiyyətlə ana atalar uşaqlarına qarşı çox sıx istifadə edərlər bu sözü; təbii uşaqlar da valideynlərinə qarşı. Bu vəziyyət 2-3 yaş uşaqlarında daha sıx görülər, çünki o yaş uşaqları istəklərinə görə hərəkət edirlər. Bəzən ailələr heç düşünmədən və ya o andakı şərtlərdən ötəri bəli deyərlər. Bəli cavabını almaga alışan uşaq irəlidə xeyr deyildiyi zaman qəbul edə bilməz və vəziyyət daha da çətinləşər. Yaxşı o zaman necə xeyr deməli uşağınızı qırmadan, incitmədən, həddi açmadan və məntiq çərçivəsində? Həm müsbət mesaj verərək, həm də xətrinə dəymədən xeyr demək bu qədər çətinmi? Əslində aşağıdakılara əməl edilsə xeyr demək elə də çətin deyil.

1. TARAZLIĞI QORUYUN: Əgər bir uşaq çox nadir xeyr cavabını almışsə, bu xeyrlər onu incidə bilər və sizdən gözlədiklərinə görə xəyal qırıqlığına uğrada bilər.Eləcədə bir uşaq həyatında çox sıx xeyr cavabını almışsə bu xeyrlərin təsiri qalmaz və bildiyini etməyə davam edər. Əhəmiyyətli olan tarazlığı qoruya bilməkdir. Bir də bu tarazlıq ailə üzvləri arasında olmalıdır. Uşaqlar çox ağıllılardır. Qısa zamanda kimin xeyr deyən ailə üzvü, kimin bəli deyən ailə üzvü olduğunu başa düşər və ona görə hərəkət edərlər. Burada əhəmiyyətli olan ana və atanın bir məsələdə eyni cavabı verə bilməsidir.

2. XEYR DEYƏRKƏN ALTERNATİVLƏR TƏQDİM EDİN: Ümumiyyətlə 2-3 yaş arası uşaqlarda ailələr xeyr demək mövzusunda daha çox çətinlik çəkərlər çünki, o yaş mərhələsində uşaqlar ağıllarına gələni o an etmək istəyərlər. Bunun üçündə ailələrin yaxşı bir müşahidəçi olması lazımdır. Məsələn uşağınız evdə hər şeyin üstünə (masa, divan və s.) dırmaşır və belə edərək özünü təhlükəyə soxur. Ailə bunu doğru zamanda fərq etsə əgər, uşağa xeyr demək əvəzinə onu oyun parkına apara bilər. Evdə təcrid şəkildə yaşaması, etmə etmə deyilməsi uşağı daha çox narahat edə bilər. Belə vəziyyətlərdə uşağınızı oyun parkına apara bilərsiniz,sizin nəzarətiniz altında digər uşaqlarla oynamasına icazə verə bilər və ya oyuncaq vedrə dəstənizi alıb qum hovuzunda birlikdə oynaya bilərsiniz. Beləliklə həm uşağınız vaxtını maraqlı keçirə, həm də sizinlə birlikdə zaman keçirmiş olar.

3. BİR BAXIŞ BƏZƏN: Gözlər çox şey izah edər və mesajlarını öz içində verər. Bəzən sözlərə gərək olmadan gözlərlə qarşımızdakının bizi təsdiqləyib təsdiqləmədiyini anlarıq. Bu uşaqlar üçün də etibarlıdır, yenə də yalnız təsdiq vermədiyinizi ifadə edən bir baxış uşağınızın səhvini başa düşməsinə və ya uşağınızın geri çəkilib heç bir şey etməməsinəsəbəb ola bilər.Uşağınız geri addım atdıqdan sonra da eyni baxışla qalsanız, uəaq davranışının deyil özünün problem olduğunu düşünə bilər. Təsdiqləməyən baxışınızdan sonra kiçik bir təbəssüm, sarılma və niyə təsdiqləmədiyinizi qısaca şərh etsəniz faydalı olacaq. Beləcə uşaq davranışın nəticələrini və başqalarına olan zərərlərini də düşünə bilər.

4. MÜSBƏTMİ MƏNFİMİ? Uşaqlarla danışdığınız zaman mənfiləri müsbətlərlə dəyişdirdiyiniz zaman uşağınız bunu daha yaxşı bir şəkildə qəbul edər. Uşağınıza "Bunu edə bilməzsən amma bunu edə bilərsən" şəklində deyə bilərsiniz. Vazla oynaya bilməzsən, lakin bu oyuncaqla oynaya bilərsən kimi... Buradakı cavablar sizin yaradıcılığınıza qalmış. Uşağınızın doğru seçəcəklərini təqdim etsəniz; etməməsi lazım olanı etməyəcək.

Xeyr demək asandır, amma əhəmiyyətli olan zamanında və təsirli xeyr deyə bilməkdir. Çox xeyr deyib xeyrin mənasını itirməməli və ya çox nadir xeyr deyib uşağı xəyal qırıqlığına uğratmamalı. Zamanında təsirli bir xeyr deyə bilsəniz uşağınızın doğru inkişafına kömək etmiş olarsız.


Eləcə də baxa bilərsiniz:

Uşaqlarınıza yaxşı dinləyici olmaq üçün...

Uşaqlar çox sual verirlərsə?

Uşaqlarınızı daha yaxından tanımaq


Şərhlər (16)

Aqatkris Aqatkris 4 November 2014 19:59 Cavab yaz

Ümumiyyətlə uşağa birbaşa yox deyərək məhdudiyyətlər qarşısında qoymaq düzgün deyil. Onlara mütləq alternativ variantlar təqdim etmək lazımdır.
gril_2013,aydashhka gril_2013,aydashhka 13 March 2013 15:35 Cavab yaz

eeeeeeeeeeee usaqdida yekelende bularin hecbirini etmiyecek eyer usaq dogub ana olmusansa bu eziyyetleri cekmelisen yoxsa hec bir maragi olmaz axi
palina palina 27 November 2011 20:16 Cavab yaz

ne qeder basa salsanda bu sey olmaz oz bildiklerini oxuyurlar qisqiran zaman fikir vermirsenki belke sakitlese oda alinmir nefes kesilene kimi qisqirir bu xususiyyetler bizim usaqlarda olur,ruslarda ana bir defe olmaz deyir usaq o deqiqe cekilir
Meryem Meryem 5 August 2011 23:29 Cavab yaz

yox desəndə uşaq onu başa düşmür ki
creativka creativka 27 July 2011 13:45 Cavab yaz

mence onlara xeyr demek cetin olar...
musi123 musi123 12 February 2011 02:38 Cavab yaz

menim oglumun 3 yasi var ,ama ele vaxt olur ki ona xeyr demek cox cetin olur ,
yekta yekta 11 January 2011 13:30 Cavab yaz

ALLAH BUTUN KORPELERI SAXLASIN. BEZI AILELER VAR KI, UWAQ HERWEYI SINDIRIR DAGIDIR DERYIRLER UWAQDI DA QOY ELESIN. SONRA UWAQ OLUR ERKOYUN. XOSLAMIRAM BELE
Ceylan Mumoglu Ceylan Mumoglu 22 June 2010 23:29 Cavab yaz

Aynur Memmedova,
Yox bele olmaz,11 aya girmish korpelerin qidalanmasinda yalniz ana sudu az gelir.Elave qidalar mutleq almalidir+vitamin desteyi.
Geceler oyanib eseble aglayirsa,demeli ushaq doymadigi ucun aglayir.
Bir shekilde ona elave qidalar vermelisiniz.Ushaq hekimi ile bu barede meslehetlesin.
Gece emizdirmelerine qarshi korpenize xeyr demeyi oyrenmelisiniz(movzudan kenara cixmayaq da))) smile
Aynur Memmedova Aynur Memmedova 22 June 2010 23:13 Cavab yaz

Selcan xanim,ishtahi yemeye qarshi yoxdu,ana sudune qarshi hedden artiq choxdu fellow
Vitamin C,meyve soku verirem daha hevesle ana sudu yeyir,bu problemi hell ede bilmirem.Ustelik ne butulkadan yemek yeyir,ne de "soska" goturur.Lap korpeliyinden suyu da qashiqla ya da stekandan ichir.Adi yemeye hech cur alishdira bilmirem.Gece ana sudun azaltmaq isteyirem yuxudan oyanib eseble aglayir.Ciddi komeye ehtiyacim var
Ceylan Mumoglu Ceylan Mumoglu 22 June 2010 13:23 Cavab yaz

Aynur Memmedova,
Menim oglum da 11 ayin icindedir ve ana sudu alir.
Yazdigin problemi men de yashadim,amma sonra arashdirdim yazilanlari oxudum,gordum ki,bu yashda korpelere elave qida aldiqlari ucun gece sudunu azaltmaq ve tedirecen yox etmek lazimdir.Bele hem anaya rahat olur,hem de korpe fasilesiz yatmaga alishir.
Ishtahsizligi aradan qaldirmaq ucun,korpeye qatiq ve meyve puresi yedirmeyi yoxlayin.Menim oglumda indi her shey qaydasina dushub. smile
Aynur Memmedova Aynur Memmedova 22 June 2010 13:10 Cavab yaz

Chox maraqli yazidi,chox duzgun izah olunub.Amma maenim bashqa problemim var
Men cucewkama yemek yedizdire bilmirem.Komek edin mene,ana sudunden bashqa hech neyi ishtahla yemir.Artiq 11 ayin ichindedi,amma gun erzinde ona bir fincan supu gycle yedizdirirem.Gece 3-4 defe oyanib yeyir,ona gore de seher tox oyanir ve seher yemeyi uchun hazirladigim hech neyi yemir.Komeye ehtiyacim var tecili
Pervane kimyaci Pervane kimyaci 21 June 2010 19:24 Cavab yaz

Cox maraqlidir,menim oglum 13ayliqdir,amma ona yazilanlar kimi etmisem,toka,sunura el vuranda basa salmisam,indi hetda baxanda bele basa dusur,olmaz sozunu bilir,bezen cox elemek istediyi bir seye mehribancasina olmaz deyende oturub basini asagi salib aglayir.Ne ise bir de duzdur usaga neyise qoymayanda hemise qoymamalisan, yoxsa bu gun olmaz, sabah isim coxdur basim qarisiqdir, hec ne olmaz usaqdir,ya da,vessalam ,hec ne elde etmeyeceksiniz.Ona gore de diqqetli olmaq lazimdir.
senuber senuber 16 June 2010 19:19 Cavab yaz

cox deyerli melumatdir, teshekkurler.
Ceylan Mumoglu Ceylan Mumoglu 16 June 2010 16:12 Cavab yaz

inci_xanim,
İnci xanim,melumatiniz ucun teshekkur edirem!

Bes Siz de oglunuzun shekillerini saytda yerleshdireceksinizmi? smile
inci_xanim inci_xanim 16 June 2010 15:57 Cavab yaz

niyar
Indiki ushaqlarin hamisi beledir. Menim oglumun da tok ve shinorla oynayir. Danlayanda da uzume ele baxir ki sanki, o hec ne elemeyib.
Pervane01 Pervane01 16 June 2010 14:30 Cavab yaz

MƏN BURDA YAZİLANLARİN HAMİSİNİ ETMİSƏM YƏNİ OGLUM DİVANİN USTUNƏ CİXİR ORDAN ƏLİNİ SALİR TOKA VƏ YA STOLA CİXİR ORDAN TULANİR.NƏ QƏDƏR CALİSİRAM BASİNİ QATİM ALİNMİR 5 DƏQİQƏ SONRA YENƏ OZBİLDİYİNİ EDİR.BASA SALMAGA CALİSİRAM ONDA DA BOYNUMU QUCAQLAYİB MƏNİ OPUR Kİ BUNA HEC NƏ DEMƏYİM.YAMAN DƏCƏLDİ.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика