Giriş
Bağla

Hamilə qalmaq üçün ayda "6 QIZIL GÜN" var

Hamiləlik və analıq / Hamiləlik təqvimi

Hamilə qalmaq üçün ayda "6 QIZIL GÜN" var

Aybaşıları nizamlı olan bir qadında hamilə qalmaq üçün ən uyğun dövr, aybaşının ilk günündən etibarən 11 ilə 17-çi günlər arasıdır. Əgər bu günlərdə cinsi əlaqəyə girilərsə,hamilə qalma şansı artar..
Analığa Addım-addım hazırlanın
Uşaq üçün hazırsınızmı?
İstədiyiniz gündən dərhal sonra hamilə qala bilərsinizmi?
Doğumun qarşısını alan həbləri kəsər -kəsməz hamilə qalmaq mümkündürmü?
Hamiləlik planlanlanmalımı, yoxsa sürpriz şəkildə ortaya çıxmasını gözləmək lazımdır?
Görəsən testdən keçməlisiniz?
Doğurganlığı artırıcı xüsusi üsullar varmı?
Hamiləliyə hazırlanma üsulları:
Sizcə ən sağlam olanı planlı hamiləlikmi, yoxsa sürpriz olanımı?
Planlı hamiləlik həm qadın həm də körpə üçün ən sağlamı hamiləlikdir. Doğumun qarşısını alan həbləri buraxar buraxmaz hamilə qalan kəslərin körpələrində xromosom anomalisi olma ehtimalı yüksək olduğu üçün, həblərin buraxılmasından ən az 3 ay sonra hamilə qalınmalıdır.
Bir qadın hamiləliyə neçə ay əvvəldən hazırlanmalıdır?
Əvvəlcə qadın fiziki və ruhi baxımdan analığa hazır olmalıdır. Xüsusilə doğumun qarşısını alan həbləri istifadə edən qadınlar ən az 3 ay əvvəl həbləri buraxmalıdırlar. Hamilə qalmadan 2 ay əvvəlindən başlayıb, hamiləliyin ilk 3 ayında da davam edəcək şəkildə gündə 0.4 mg. fol turşusu istifadəsi, körpədə sinir sistemində problem olma ehtimalını 80% azaldar. Əgər ananın daha əvvəl belə problemli körpəsi varsa fol turşusu istifadəsinin gündə 4 mg. olması lazımdır. Bir ailədə daha əvvəldən sinir sistemi problemli körpə varsa; bir sonrakı hamiləlikdə qadının yenə eyni problemlə körpə doğurma ehtimalı 3-5% daha çox artmışdır.
Hamiləliyə hazırlıq üçün nələr etməli?
Ana namizədi üç ay əvvəlindən ümumi bir check-updan keçib, ginekoloji müayinə etdirməlidir. Azərbaycan qadınlarının böyük qismində anemiya (qansızlıq) olduğu üçün anemiya araşdırması edilməlidir. Anemiyası varsa, hamiləlik əvvəli normal səviyyəyə gətirilməlidir. İnfeksiya xəstəlikləri baxımından da ana namizədi analizlərlə yoxlanmalıdır. Hepatit B, C, HIV və qızılca virusları hamiləlikdəki ən böyük problemlərdir. Əgər ananın qızılca baxımından immuniteti yoxsa mütləq peyvənd edilməlidir. Bu da hamilə qalmadan ən az 6 ay əvvəl planlanmalıdır. Əgər hamiləlikdə qızılca keçirilsə; körpədə ağır şikəstliklərə gətirib çıxarmaması üçün hamiləliyin sonlandırılması gərəkə bilər. Bu vaxt qadın siqaret və spirtli içkilər kimi vərdişlərdən özünü uzaqlaşdırmalıdır.
Nə qədər müddətdə uşaq olmazsa cütlər problem olduğundan şübhələnməlidirlər?
Normalda bir il qorunmamasına baxmayaraq cütün uşağı olmamışsa 'səbəbi' araşdırmağa başlamaq lazımdır. Ana və atanın yaşı əgər 35 və üzərindədirsə, hamilə qalma müddəti 6-8 aya enər. Sonrasında zaman itirmədən mütəxəssis bir həkimdən kömək alınmalıdır.
Uşaq sahibi olmaq üçün nə vaxt cinsi əlaqəyə girilməli?
Yataqda bir qədər gözləyin:
Aybaşıları nizamlı olan bir qadında hamilə qalmaq üçün ən uyğun dövr, aybaşının ilk günündən etibarən 11 ilə 17-çi günlər arasıdır. Bu günlərdə cinsi əlaqəyə girilərsə, hamilə qalma ehtimalı artar. Cinsi əlaqədən sonra dərhal yataqdan qalxmamaq, vajinanın yuyulmaması kimi üsullar da hamiləliyin meydana gəlməsində təsirlidir.
Hər Gecə Cinsi əlaqə Lazım deyil:
Hər gün cinsi əlaqədə olmaq uşaq ehtimalını artırarmı?
Əhəmiyyətli olan qadının yumurtlama dövrünə yaxın günlərdə cinsi əlaqənin yaşanmasıdır. Hər gecə ya da gündüz həddindən artıq cinsi əlaqə, nəticə verməz. Aybaşıları nizamsız olan qadınlarda yumurtlama gününü tam olaraq təyin etmək çətin ola bilər. O zaman bədən istiliyini ölçmək, işə yarayan bir üsul olacaqdır. Yumurtlamadan dərhal sonra bədən istiliyi artdığı üçün aybaşı dövrü test edilə bilər. Bu təqribən aybaşının ilk günüdən 11 elə 17inçi günlərdir ki, bu günlərdə cinsi əlaqəyə girildiyində hamiləlik əldə edilməsi ehtimalı yüksələr.



Şərhlər (47)

Aqatkris Aqatkris 4 November 2014 19:57 Cavab yaz

MƏlumatlandırıcı xəbər üçün təşəkkür edirəm. Bunların heç birini demək olar ki bilmirdim.
nilu nilu 13 February 2014 22:09 Cavab yaz

TEWEKKURLER XEBERE GORE
santa santa 17 November 2013 23:01 Cavab yaz

Salam. Ne ucun bu sonsuzluq bele bas alib gedire

Men artiq mutexesis olmusam ay qizlar...amma ne fayda..biz istemekle deyil esas odur Allah istesin...Allah hamini arzusuna catdirsin

Gulush,
Beli o ovuyasiya testi adlanir.amma hamilelik testine nisbeten bahadir

aysel,
Salam baci..Sen dogru etmirsen..esla Allaha usyan etme..eksine sukur et...sahib olduglarina sukur et...sadece dua etki Allahim mene bexs etdiyin hersey ucun sukur edirem.Sadece aile qurmaq ve ovlaf sahibi olub nesil davam etdirmek senin bize buyurdugun emeldir..eget bu heyatda senden ovlad payim varsa Sene ylvariram Allahim mene saglam ovlad ver...
Zehra_90vh Zehra_90vh 23 July 2013 00:46 Cavab yaz

Salam teze aile heyati qurmuwam Allah isteyenlere qismet elesin inwallah.bilmek isterdim deyillerki beden tempratur 36dan cox olsa parcalanma baw verir?deqiq bu haqda melumati olan varsa yassin.bilmek isterdim qabaqcandan tewekkurlerimi bildirirem.
SaDəCə_MəN SaDəCə_MəN 20 April 2013 10:44 Cavab yaz

salam. men iki aydi ki evliyem heyat yoldasmi cox severek evlendim xosbextem sevgi dolu heyatimiz var allaha cox sukur indi tek bir isteyim var ovlad sahibi olmaq cox isteyirem ovlad sahibi olmaq isteyim ana olmaq usaqlari cox isteyirem insallah sahib olariq amin insallah Amin Insallah
Allah hamiya qismet etsin yaradan hec kimin qucagini bos qoymasi aaammmmmmiinnnnnnn,
Resulu Allah haminin komeyi olsun her kes oz arzusna catsin gozel sirin pay haminin qismeti olsun
olmayanlarada nesib olsun hemcinin bize de Allah qismet etsin AMIN
enka enka 28 February 2013 23:30 Cavab yaz

2 oglum var.hamiləliyim qəribə olub.vaxtimdan kecib testlərlə yoxlamisam cixmayib.20gün sora xəstələnmisəm.ondan sora hamilə qalmisam.hər 2də eyni cür olub.ALLAH OLMAYANLARA QİSMƏT ETSİN.HEC KİMİN QUCAGİ BOS QALMASİN.AAAAMMMMİİİİNNNNNN.
Muselmanka88 Muselmanka88 27 February 2013 17:32 Cavab yaz

heee bunu bilirdim demek olarki
anqelocka anqelocka 27 February 2013 17:22 Cavab yaz

Allah menide sevindirsin Amin butun arzusunda olanlara pay versin
mexbube mexbube 23 August 2012 17:39 Cavab yaz

men de 2 aydir aile qurmusam usaq isteyirem hele hamile qalmamisam
laleyem laleyem 29 June 2012 14:48 Cavab yaz

LALEYEM

3 yasinda oglum var,allah haminiza qismet elesin.2-ci usaq isteyirdim,vaxtimdan 1 gun kecdi.4 dene test aldim,yoxladim.4-u de pozitif.sabahsi gun qanamam oldu.evvelce qehverengi,sonra qirmizi.husum itdi,cox pis oldum.hekimimle gorusdum,care axtardim.dediki,daha gecdi,bu acilisdi.3 ilden sonra yeniden ozumde bu cesareti tapib hamile qalmaq istemisdim.cunki oglum usaqdan otru olur.harda usaq gorurse baci,qaqa deyib sevinir,qucaqlayib opur.evvelceden de bir nece defe hamilelikde problemler yasamisam...yeniden cesaretim yoxdu.insanin esebleri alt-ust olur.yene de cox sukur.ne olacaqsa evvelden oldu.yoxsa 6 ayliq itirdiyim ovladim kimi olsaydi men neyleyerdim...allahima cox sukurki,oglum var,o menim heyatimdi.allah hamiya xeyirli,saglam ovlad qismet elesin.hec bir qadin ovlad deyib aglamasin.biz ana olmaq ucun,bele bir muqeddes amal ucun yasayiriq,dua edirik.men butun qadinlari qucaginda oz korpesiyle gormek isteyirem.o gozler sevincden yasarsin isteyirem...amin.
GulnareHuseynli GulnareHuseynli 29 January 2012 02:19 Cavab yaz

my angel,
salam baci,hec de aglama,Allah sebirli olanlari sevir,inwallah senin de wirin payini verer. esas odur ki,yoldawin yanindadir. daniwmaq istesen mene mektuba yaz. ugurlar
Gulush1 Gulush1 24 January 2012 00:03 Cavab yaz

Bele bir test var Solo test adlanir.Bu solo testle mayalanma gunun deqiq teyin etmek olur,apteklerde satilir.
sinyorita sinyorita 21 January 2012 22:19 Cavab yaz

Menim de 4yasinda 1 oglum var,indi de 2 ayliq hamileyem.Butun ovlad arzusunda olanlara tezlikle ALLAH komek olsun.amin
my angel my angel 20 January 2012 21:29 Cavab yaz

mən 4ildi ailəliyəm,evliliyimin 6-cı ayından uşaq üçün müalicə olunuram,amma heç xeyri yoxdu,her ay aybaşı vaxtımda ağlamaqdan sinir krizi keçirdirem,yoldaşım zorla sakitləşdirir.Sinirlərim çox pozulub,bəzən elə bilirəm ki,dəli olacam,ancaq xeyal qururam.Ətrafımda danışa bileceyim kimsədə yoxdu,təklik lap bezdirir,bəzən evdə tək çığırmağım gəlir.Mənə məsləhət verinda.çox ehtiyacım var.

hekimlere heç inanmıram artıq,ALLAH versin


ALLAH HAMINI SEVİNDİRSİN,ALLAH HEÇ KİME ÇEKEMİYECEYİ YUKU VERMEZ
cery cery 16 January 2012 09:52 Cavab yaz

A M I N
SG SG 3 January 2012 15:59 Cavab yaz

men hamileliyi pilanlamirdim.henuz5aydi aileliye he cavaniq bir az vaxt kecsin sonra deyirdim ama bir gun gordum baxtimdan 3gun kecib test etdim ve sonuc surpriz nece sevindimse qoz yawlarima qarwi cixa bilmirdim saat yarim aglamiwdim.yoldawim gucle sakitlewdirmiwdi cooox sevinirdim hele vaxti deyil demeyimize ramen indi 2 ayliqdi ve cox mutluyam ALLAH HER KESE OVLAD BEXW ETSIN ONUN HEYECANINI TADDIRSIN AAAAAAAAMINNNNNNN!!!!!!!!!
Zumrud1990 Zumrud1990 20 December 2011 14:15 Cavab yaz

butun xanimlara salamlar.burda kim anadirsa saq elleri menim bawima.uwaq gozduyenlerin hamisina wirin gozei bir bala arzulayiram
duygu duygu 17 December 2011 15:28 Cavab yaz

cox sagolun melumatlandirdiginiz ucun
Meryem Meryem 16 December 2011 21:22 Cavab yaz

Sitat: afa.rasul
Allah heç bir evi uşaqsız etməsin.

Amin...
Sitat: gilas21
.Hesretnen gozleyirem

məndə gözləyirəm..
gilas21 gilas21 16 December 2011 21:11 Cavab yaz

Mene umumiyyetle hec ne komek etmir.Hesretnen gozleyirem
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика