Giriş
Bağla

Hamiləlik dövrləri (32-39 həftələr)son

HAMİLƏLİK / Hamiləlik təqvimi

Hamiləlik dövrləri (32-39 həftələr)son

Otuz ikinci həftə.
Qadın.

Uşa qlıq yığılmalarının baş verməsi (Brekston  Xiks yadınızdadırmı?) daha da tezləşə bilər. Adətən, bu dövrdə hamilə qadınmların çoxu ciddi olaraq, doğuş və onun qadın uşaq və ailə üçün yaratdığı problemlər haqqında fikirləşməyə başlayır. Bu fikirlərinizdə Siz tək deyilsiniz. Suallar tipikdir: necə və nə zaman doğum evinə yerləşəcək? Özü ilə nə götürməlidir? Doğum evinə kim yola salacaq? Ilk dəfə doğan qadınları isə ən çox bu prosesin ağrılı olması narahat edir.
Doğum evinə haqqında olan suallrınıza mam - günekoloq daha dolğun cavab verə bilər. Əgər hamiləlik normal keçibsə, hamilə qadın doğum evinə artıq doğuşun I dörünə girdikdən sonra təcili yardın ilə gətirilir. Ayrı - ayrı hallarda bunu həkimniiz qərarlaşdırır.
Yol catantanızın içərisinə qoymalı olduğunuz əşyalar (alt paltarı, qablar, tualet vəsaiti, dərmanlar və uşaq üçün pamperslər) da müxtəlif ola bilər. Bu doğum evində Sizin üçün yaradılacaq şəraitdən asılıdır. Ona görə də doğum evini əvvəlcədən təyin etmək yaxşı olardı.
Doğuşun ağrılılığı barədə suala bir mənalı cavab vermək olmaz. 10% qadınlar doğuşun dözülməz ağrili olduğunu, digər 10% isə ağrısız olduğunu söyləyir, yerdə qalan 80% isə bu iki fikir arasında meyl edirlər.
Özünüz araşdırmağa çalışın. Doğuş vaxtı ağrını nə verə bilər? Bunu Analıq Məkətəbində etsəniz (doğuşa psixo  profilaktik hazırlıq), daha yaxşı olar. Bu məşğələlərə gedən hamilə qadınlar doğuşu daha asan keçirirlər.
GƏLƏCƏK UŞAQ
Körpənin üzündə olan qırışlar itmişdir. Körpənin başı kifayət qədər tüklə örtülüdür. Çəkisi böyük sürətlə artır (son ay ərzində 900 qram!). İndi cəkisi 1 kq 700 q-a yaxındır, boyu  40 sm.
Indi körpənin Sizi dizi və ya dirsəyi ilə itələdiyini ayıra bilirsiniz.
Otuz üçüncü həftə.
Qadın.

Indi körpənin Sizi dizi və ya dirsəyi ilə itələdiyini ayıra bilirsiniz. Indi o, əvvəlkindən daha az hərəkət edir. Bəzən uşaqlıq boşluğunda ritmik təkanlar hiss edə bilərsiniz, yəqin ki, bu körpənin hıçqırmasını göstərir. Qorxulu bir şey yoxdur, narahat olmayın.
Doğuş, doğuşdansonrakı dövr və yeni doğulmuş uşaq haqqında biliyinizi artırmaqda davam edin. Indi nə qədər çox öyrənsəniz, sonra bir o qədər asan olacaq. Böyük Rus sərkərdəsi Suvorovun sözləri (Yürüşdə nə qədər çətin olsa, döyüşdə bir o qədər asan olar) təkcə əsgərlərə aid deyil.
GƏLƏCƏK UŞAQ
Körpədə surfaktant adlanan xüsusi maddə əmələ gəlmişdir. Bu maddə körpəyə doğulduqdan sonra sərbəst tənəffüs etməkdə kömək edəcək. Bu dövrdə dünyaya gələn yarımçıq doğulmuş körpələrin tənəffüsündə daha az problem yaranır.
Cəkisi 1 kq 900 q  a yaxındır.
Doğuşun əsas anlarını nəzərdən keçirək...
Otuz dördüncü həftə.
Qadın.

Sizi n bədəniniz doğuş hazırlaşmaqda davam edir. Indi uşaqlıq yığılmaları bir qədər başqa xarakter daşıyır. Doğuşun əsas anlarını nəzərdən keçirək.
Doğuşun üç əsas dövrü var:
1. Açılış dövrü
Bu dövrdə tutma adlanan müntəzəm yığılmalar baş verir. Tutmaların qüvvəsi və tezliyi getdikcə artır. Uşaqlığın boynu tədricən açılır. Körpənizi azadlığaburaxmaq üçün boyun hissəsi getdikcə nazikləşir, uşalıq dəliyi açılır. Üşaqlıq əzələləri tədricən uşaqlıq dibinə doğru sürünür, orada dölü xaricə itələyə biləcək güclü əzələ duyunu əmələ gətirir.
Bu dövrdə qadınları bir sual narahat edir: doğuş başlayıb, yoxsa yox? Bu sualı cavablandırmaq üçün tutmaların davam etmə müddətini və bu tutmaların arasındakı vaxt intervalını ölçmək lazımdır. Əgər bu vaxt göstəriciləri getdikcə azalırsa, əmin ola bilərsiniz: doğuş başlayıb! Doğuşun başlanmasını göstərən digər əlamətlər barəsində daha sonra danışacağıq.
Beləliklə, doğuş tutmalarının gücü və tezliyi artır bu I dövrün aktiv fazasıdır. Bundan sonra keçid dövrü başlayacaq. Bu qısa müddətli keçid dövründə tutmaların tezliyi artır gücü isə eyni dərəcədə qalır. Keçid dövrünün sonunda uşaqlıq dəliyi tam açılacaq.
Təxminən, aktiv faza ilə keçid dövrü arasında, Siz doğum evinə gəlməlisiniz.
2. Dölün qovulma dövrü

Amerikalılar bu dövrü itələmə dövrü adlandırır. Bu daha yaxşı səslənir.
Qadınların əksəriyyəti bu dövrü xoşlayırlar. Bu zaman uşaqlıq dəliyi tam açılmışdır, əzələ platforması durmadan dölü xaricə itələyir və gücvermə başlayır. Gücvermə - uşaqlığa dölün Tanrının yaratdığı İşıqlı Dünyaya gəlməsində kömək edən qarın divarı və çanaq dibinin əzələlərinin yığılması deməkdir. Qadın bu dövrdə dərk edir ki, Doğüş adlı tamaşanın əsas qəhrəmanı məhz, odur.
Əgər ağrısızlaşdarma aparılmayıbsa, Siz gücvremənin nə dərəcədə əmryanə və keçilməz olduğunu hiss edəcəksiniz. Əgər ağrısızlaşdırma aparılıbsa, gücerməni hiss etməyə də bilərsiniz. Naraht olmayın, nə zaman güc vermək lazın olduğunu Sizə deyəcəklər.
Bu dövr körpənin dünyaya gəlməsi ilə nəticələnir.
3. Cift dövrü
Körpə doğlduqdan bir qədər sonra yenidən gücvermə hissi yaranacaq. Bu  ciftin doğulmasıdır (plasenta və döl qişaları).
Amerikalı qadınların bu dövrdə yeni doğulmuş körpələri (onların qarnı üstündə uzanan) ilə o qədər başları qarışır ki, bu dövrü unudurlar. Doğuş zalında körpənin döşə qoyulması, körpə ilə yaxın əlaqə çox müsbət enerci yaradır. Belə kontakt üçün çox bahalı cihazlarla təmin olunmuş doğuş zalları olmalıdır, belə təminat bizim respublikamızda çox az doğum evlərində var. Ona görə Siz körpənizi görmək, onu döşünüzə qoymaq üçün, amerikalı qadınlardan fərqli olaraq, bir qədər gözləməli olacaqsınız. Amma kefinizi pozmayın, irəlidə körpənizlə ünsiyyətdə olmaq üçün çoxlu vaxtınız olacaq.
GƏLƏCƏK UŞAQ
Körpə böyüməkdə davam edir. Çəkisi 2 kq-dan bir qədər artıq, boyu  42,5 sm-dir.
Plasenta hormonları süd ifrazını aktivləşdiririr. Dölün dölyanı sulara ifraz etdiyi sutkalıq sidiyin miqdarı yarım litrdir! Bol-bol Pampers  almaq vaxtıdır  ndirimlər varsa, lap yaxşı!
Dölün ayrı  ayrı sistemlərinin cilalanma prosesi davam edir.
Otuz beşinci həftə.


Hamiləlik dövrləri (32-39 həftələr)son

Hamiləliyiniz davam edir. Bu dövrdə yuxunun pozulması yarana bilər və bu təəccüblü deyil. Hər 45  60 dəqiqədən bir sidiyə getmək üçün yataqdan duran hər bir kəs yuxusunun pozulmasından şikayət edə bilər. Bundan başqa, beldə olan ağrılar da yuxunuzun pozulmasına səbəb ola bilər. Belə bir fikir var ki, bu yolla təbiət hamilə qadınları gələcək yuxusuz gecələrə hazırlayır. Körpəniz üçün, tezliklə baş verəcək doğuş üçün də narahatsınz. Bu izsiz keçə bilməz.
Bunu aradan qaldırmaq üçün yatmazdan əvvəl az maye qəbul edin və yatağa uzanmadan qabaq çanaq nahiyyəsi ilə fırladıcı hərəkətlər edin, gün ərzində özünüzü ağır fiziki işlə yormayın. O zaman, sağlam yuxu əldə etmək şansınız arta bilər.
Biliklər bazanıza hamillik və doğuş haqqında son informasiyanı yerləşdirin:
doğuşun induksiyası;
epidural anesteziya;
epiziotomiya;
mamalıq qırmaqları;
Kesar kəsiyi.
GƏLƏCƏK UŞAQ
Dölün çəkisi  2 kq 200 q.
Dölün çəkisi bu dövrdə müxtəlif ola bilər. Bu variantların hər biri norma ola bilər. Bundan sonra körpə hər həftə 220 q artacaq. Dölün uzunluğu 45 sm.
Artıq bütün orqanlar mövcuddur və funksiya yerinə yetirir, buna baxmayaraq, onların cilalanması hələ də davam edir (sinir və sidik  cinsiyyət sistemi).
Bundan sonra hər gün həkiminizlə görüşəcəksiniz.
Otuz altıncı həftə.
Qadın.
Bundan sonra hər gün həkiminizlə görüşəcəksiniz.
Əksər döllər bu həftədə artıq uşaqlıqda başı aşağı olmaqla yerləşir. Bir hissəsi isə (orta hesabla 100-dən 4-ü) sağrı nahiyyəsi aşağı olmaqla yerləşir. Bu, sağrı və ya çanaq gəlişi adlanır. Belə olan hallarda mama  ginekoloq ananı xəbərdar edir və bildirir ki. doğuş zamanı çətinliklər yarana bilər. Belə qadınlara Kesar kəsiyi təklif olunur.
Doğuşdan əvvəl dölün vəziyyətini dəyişməyin bir neçə üsulu var. İndi bu üsulları tətbiq etməyin tam vaxtıdır.
I üsul  Əmin etmə
Bu üsul, qeyri-elmi olmasına baxmayaraq, çox vaxt müsbət nəticələr verir. Bu üsulun məğzi aşağıdakından ibarətdir: bu üsulu bacaran mütəxəssis əllərini hamilə qadının qarninin üzərinə qoyaraq, sanki körpəni əmin edir ki, onun əllərinin hərəkət etdiyi istiqamətdə hərəkət etsə, hər şey yaxşı olacaq. Burada əsas məsələ uşaqlıq əzələlərinin və ganın ön divarının əzələlərinin müqavimət göstərməməsidir.
II üsul  Məcbur etmə
Bu adın mənasında zorakılıq hiss edilməsinə baxmayaraq, qorxulu heç bir şey yoxdur. Sadəcə olaraq, hamilə qadın həftədə iki dəfə olmaqla, ayaqlarını divara dayayır, bel nahiyyəsinə döşəkcə qoyur və bir müddət belə vəziyyətdə uzanır. Döl özünü diskomfortda hiss etdiyi üçün bəzən vəziyyətini 180º dəyişir.
III üsul  Refleksoterapiya
Yovşandan hazırlanmış xüsusi siqaret vasitəsi ilə uşaqlıq funksiyalarına nəzarət edən akupunktur (bioloci aktiv) nöqtəsini dağlamaqla dölü dönməyə məcbur etmək olar. Bu üsul ənənvi şərq təbabətindən götürülmüşdür.
IV üsul  xarici mama döndərişi.
Bu üsuldan ancaq stasionarda istifadə edirlər. Əvvəlcə, ultrasonoqrafik müayinə vasitəsi ilə dölün vəziyyəti müəyyən olunur. Sonra vaxtından əvvəl doğuş tutmalarının yaranmasının qarşısını almaq üçün dərman maddəsi yeridilir. Döndərməni həkim yerinə yetirir. O, dölü çanaq boşluğundan qaldırır və paralel olaraq, baş və sağrı nahiyyəsinə ehtiyyatla təzyiq edir. Əgər bu manipulyasiya zamanı ciddi ağırlaşmalar yaranarsa, dərhal Kesar kəsiyi aparılır.
Bütün halların demək olar ki, 50 %-də müsbət nəticə əldə edilir. Lakin nəticə vermədikdə, ruhdan düşməyinə dəyməz. Hər il minlərlə uşaq sağrı gəlişi ilə doğulur və bu hal heç də ağırlaşmalara səbəb olmur.
GƏLƏCƏK UŞAQ
Körpə böyüməkdə davam edir. Çəkisi 2kq 400 q-dır, uzunluği 45 sm.
Bu dövrdə uşağın cəkisi müxtəlif ola bilər. Adətən həkim hamilə qadının qarnını müayinə edir, bəzi ölçmələr aparır və xüsusi düsturla körpənin təqribi çəkisini hesablayır. Bəzən bu rəqəm real rəqəmlə eyni olur.
Hamiləliyiniz tam inkişaf etmiş həddinə çatmışdır.
Otuz yeddinci həftə
Qadın.
Hamiləliyiniz tam inkişaf etmiş həddinə çatmışdır. Əgər bu dövrdə doğuş fəaliyyəti başlayarsa, həkimlər onu dayandırmayacaq.
Yatacağınız doğum evi haqqında mümkün qədər ətraflı məlumat almağa çalışın, xüsusilə həyat yoldaşınızın və ya yaxın qohumun doğuşda iştirak etmə imkanı barədə. Lakin bu məsələni hələlik bir kənara qoyaq və bir qədər təbii qidlanma haqqında danışaq.
Xarici ölkələrdə yaşayan hamiləlik üzrə mütəxəssislərdən fərqli olaraq, bizim hamilə qadınlarımızın əksəriyyəti bilir ki, ana südü ilə qidalanma həm təbii, həm də xeyrlidir. Təbii qidalanmanın üstünlüyü lap cüzi olsa belə, o yenə süni qidalanmadan xeyrlidir. Qısaca olaraq yadınıza salmaq istəyirik: təbii qidalanmada olan uşaqlar infeksion xəstəliklərlə daha az xəstələnir, belə uşaqlarda allergiya daha az təsadüf olunur, qəfil ölüm halı belə uşaqlarda daha az olur, dişlərin düzülüşü daha düzgün olur, gələcək də isə təbii qidalanmada olan uşaqların intellekt səviyyəsi daha yüksək olur! Körpəsini döşlə əmizdirən ana isə öz nöbəsində yuksək müsbət emosional enerci alır. Tədqiqatlar göstərmişdir ki, döşlə əmizdirən qadınlar döş vəzilərinin xərçəngi xəstəliyinə daha az məruz qalır.
Hazırda ticarət nöqtələrində istənilən növ süni qidalanma qarışıqlarını əldə etmək olar. Onlardan bir çoxu yüksək texnologiya üzrə hazırlanmışdır və tərkibinə görə mümkün qədər ana südünə yaxınlaşdırılmışdır. Qeyd eymək lazımdır ki, bu məhsullar inək südü və ya soya südü əsasında hazırlanır. Ulu Tanrı inək südünü insan körpələri üçün deyil, danalar üçün yaratmışdır. Bəziləri buna qarşı çıxaraq, bildirə bilərlər ki, əvvəllər də körpələr inək südü ilə yedizdirilirdi və bunun mənfi nəticələri heç vaxt narahatlıq yaratmırdı. Bu sözə nə cavab vermək olar? Bəşəriyyətin təbabət və bioloci bilikləri və baxışları getdikcə dəyişir, zənginləşir. Dünən məsələnin düzgün sayılan həlli bu gün tamam başqa bir yolla həll oluna bilər. Ona görə, gəlin diskussiyanı bir tərəfə qoyaraq. Ulu Tanrının müdrikliyinə sığınaqı. Onun məsləti ilə qadın orqanizmində körpə üçün ideal qida  ana südü yaranır, onun məslətini isə sual altına qoymaq olmaz! Odur ki, imkan dairəsində körpənizi ana südü ilə qidalandırın.
Əgər hər hansı bir səbəbdən təbii qidalanma mümkün deyilsə, o zaman tətbiq etdiyiniz süni qidalanma çox ciddi seçilməlidir. Bu məsələdə hər bir xırda detala diqqət yetirmək lazımdır  qarışığın tərkibi, onların hazırlanma texnologiyası, körpənin yedizdirilmə qaydası və s. Bu halda, həkim  pediatorun iştirakı (hətta uşaq diyetoloqunun iştirakı) vacibdir.
GƏLƏCƏK UŞAQ
Döl tənəffüs hərəkətləri edir. Nəfəsalma zamanı dölyanı sular ağciyərlərə daxil olur, nəfəsvermə zamanı isə ağciyərlərdən xarıc olur. Bəzən körpəni hıçqırıq narahat edir.
Döl Sizin daxilinizdə hərəkət edərkən keçirdiyiniz hissləri yadda saxlamağa çalışın. Tezlikləz Siz bu hisslər üçün darıxacaqsınız.
Daha bir məsələni  qohumların doğuş palatasında olmasını müzakirə etmək lazımdır...
Otuz səkkizinci həftə

Hamiləlik dövrləri (32-39 həftələr)son

Ola bilsinki, bəzən qarından ayaqlara doğru istiqamətdə elektrik cərəyanının keçməsini hiss edə bilərsiniz. Bu deməkdir ki, döl tədricən daha da dərinə, çanağın dibinə yerləşir və sinir kötüklətinə təzyiq edir.
Doğuş prosesinin öyrənilməsinə kifayət qədər vaxt sərf etmişik. Daha bir məsələni  qohumların doğuş palatasında olmasını müzakirə etmək lazımdır.
Xarici ölkələrdə bu demək olar ki, hər yerdə tətbiq olunurş. Həyat yoldaşı doğuşdan əvvəlki palatada daim hamilə qadının yanında olur. Sözü ilə, baxışı ilə ona dəstək verir. Ağıllı və bu cəhətdın savadlı atalar isə hətta ən məsuliyyətli anlarda  dölün xarıcə qovulmasında belə iştirak edirlər, isitqac və buz qoyurlar, massac edirlər, doğulan körpəni qəbul edirlər, öz əlləri ilə göbək ciyəsini bağlayır və kəsirlər. Yeri gəlmişkən, demək lazımdır ki, göbək ciyəsinin kəsilməsi heç də ağrılı deyil, çünki, göbək ciyəsində ağrı hissini keçirən sinir ucları yoxdur (saçlarda olduğu kimi: heç bəbərxanada ağrıdan bağıran insan görmüsünüzmü?). Odur ki, nə ana nə də uşaq onun kəsilməsini hiss etmirlər.
Digər ölkələrdə atanın doğuşda iştirak etməsi, onun istəyi və buna hzırlıq dərəcəsindən asılıdır. Hər bir kişi belə səhnəyə tamaşa etmək üçün lazım olan soyuqqanlılığa malik deyil. Ona görə, əgər kimsə sona qədər Sizin yanınızda olmağa cürət etmirsə, bunda təəccübblü heç bir şey yoxdur. Əgər o, doguşdan əvvəlki palatada bir müddət Sizinlə olubsa, xoş sözlərlə və baxışlarla təsəlli verməyə və dəstək olmağa çalışıbsa, inan ki, bunu bur qəhrəmanlıq hesab temək olar.
Uşaqların doğuşda iştirak etməsi də ayrıca məsələdir. Bəzi valideynlər və mütəxəssislər diskomfort hissi yaranmayan uşaqların doğuşda iştirak etməsini çox faydalı hesab edirlər. Təbii ki, bu məsələ əvvəlcədən müzakirə edilməlidir və uşaqlar xüsusi məşğələlər keçməlidirlər.
Bizdə bu məsələyə münasibət respublikamısda fəaliyyət göstərən doğum evlərinin fəaliyyət xüsusiyyətlərindən asılıdır. Hər halda bunu həkiminizlə müzakirə edin. Əmin olun ki, həyat yoldaşınəız bu prosesdə iştirak etməyə hazırdır.
GƏLƏCƏK UŞAQ

Körpə gün ərzində orta hesabla 28-30 q çəki yığır. Aktiv olaraq. uşaqlıqdan kənar həyata hazırlaşır.
Yeri gəlmişkən, körpəni necə adlandıracaqsınız? Əgər bu barədə hələ düşünməmisinizsə, tələsin!
Başlanmaqda olan doğuşun əlamətlərini müzakirə edək.
Otuz doqquzuncu həftə.

Qadın.
Orqanizminizdə baş verən dəyişiklikləri artıq düzgün qiymətləndirməyi bacarırsınız. Başlanmaqda olan doğuşun əlamətlərini müzakirə edək.
Döl get-gedə daha dərinə, çanağın dibinə yerləşir. Uşaqlığın dibi aşağı enir. Sizin tənəffüsünüz də asanlaşır. Əgər bu birinci hamiləlik deyilsə, hazır olun! Doğuş burnunuzun ucundadır. Uşaqlığın boynu yumşalmağa başlayır. Çox vaxt həkimlər bu dövrdə uşaqlıq boynunu barmaqla yoxlayırlar, lakin, uşaqlıq boynunun yetişmə dərəcəsi doğuş tarixinin təyin edilməsində o qədər də dəqiq məlumat vermir.
Doğuşa lap az qalan günlərdə aşağıdakı əlamətləri aşkar edə bilərsiniz:
cinsi yollardan qanlı ifrazat;
cinsi yollardan selik tıxacının çıxması, şəkinin bir qədər azalması;
nəcisin durulaşması;
iştahanın artması;
yuva qurma instinkti (sakit, kimsəsiz bir yerə çəkilmək istəyi şəklində davranış forması)
Lakin bu əlamətlər də doğuşun vaxtını dəqiq göstərməkdə çətinlik çəkir.
Möhkəm olun! Hər şey bitməkdədir!
GƏLƏCƏK UŞAQİlk nəcis - mekonium doğulduqdan sonra ilk sutkada xaric olur. Bu, yaxmaşəkilli tünd rəngli maddə, qətranı xatırladır. Döllərin 3/1  də mekonium doğuşdan əvvəl dölyanı sulara ifraz olunur. Bu adətən, hamiləliyin sonuncu dövrlərində yaranan oksigen çatmamazlığı zamanı baş verir. Dölyanı sularla mekonium ağciyərlərə daxil ola bilər. Buna görə narahat olmayın. Əgər Sizin dölyanı sularınızda mekonium tapılarsa, Sizin körpənizin bronxları lavac adlanan xüsusi üsulla təmizlənəcək və ağırlaşmaların qarşısı alınacaq.



Şərhlər (0)



Qadin.Net

Яндекс.Метрика