Giriş
Bağla

Çiyələk piroqu

MƏTBƏX / Şirin xəmir işləri

Çiyələk piroqu
Tərkibi:
200 qr kərə yağı
390 qr un
1 ədəd yumurta
100 qr şəkər
1 ç.q. vanil
0,5 ç.q. xəmir qabardıcı
Üzəri üçün:

200 qr xama
3 ədəd yumurta
150 qr şəkər
250 qr çiyələk
50 qr badam və ya fındıq
1 ç.q. vanil

 

Hazırlanması:

1.Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkəri çırpılır,üzərinə yumurta,xəmir qabardıcı,vanil və un əlavə edib qarışdırılır.
Xəmirin qulaq ucu kimi yumşaq olması lazımdır ki,sonradan ona forma vermək mümkün olsun.
2.Xəmiri bişirəcəyəniz duxovka listinə qoyun.Yaxşı olar ki,yapışmaması üçün teflon qab olsun.Bu olmasa,altını yaxşıca yağlayın.
Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun.
3.Xama yumurtalarla qarışdırılır,şəkər,vanil əlavə olunur.Yarıya bölünmüş çiyələkləri xəmirin üzərinə düzün.Hazırladığınız xamalı qarışımı üzərinə tökün.doğranmış badam və ya fındıqla bəzəyin.200 dərəcə temperaturda 30 dəqiqə bişirilir.

 

Çiyələk piroqu


Belə piroqu nəinki, çiyələklə,həm də digər giləmeyvələrlə,məsələn qarağatla da bişirmək olar.
Nuş olsun! smile



Şərhlər (10)

qeribe qeribe 7 November 2014 21:10 Cavab yaz

Gozel gorunur tesekkur edirem.
Deniz84 Deniz84 8 October 2014 08:06 Cavab yaz

Maraqlı olar. Hazırlamağa dəyər. Təşəkkürlər.
girl_1999,gunka girl_1999,gunka 28 August 2014 13:01 Cavab yaz

Gozel gorunur tesekkurler
gozel eliyeva gozel eliyeva 28 August 2014 12:30 Cavab yaz

Meyveli pirogu sevmesem de beyendim tesekkurler. winked
nilu nilu 30 January 2014 23:46 Cavab yaz

DADLI GORUNUR,TEWEKKURLER
www.guler1994 www.guler1994 22 September 2013 19:53 Cavab yaz

Maraqli gorsenir
selvi selvi 13 July 2012 01:21 Cavab yaz

Super...
Fatma Fatma 10 June 2012 12:31 Cavab yaz

hazılamaq olar yemək olmasaydı
Meryem Meryem 10 June 2012 12:07 Cavab yaz

Görnüşü gözəldi ...amma çetin ki hazırlaya bilim şəkildə yoxdur .

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика