Giriş
Bağla

Süzmə xingal

MƏTBƏX / Quru yeməklər

Süzmə xingal


Tərkibi:
Qoyun əti - 165q

Buğda unu - 100q

Yumurta 1/5 ədəd

Baş soğan - 30q

Ərinmiş yağ - 20q
Pendir - 15q

Qatıq - 50q

Sarımsaq - 3q
Zəfəran - 0,1q

Azərduz yodlu narın xörək duzu, istiot


Hazırlanması:
Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.

 

Nuş olsun!

 



Şərhlər (25)

rana969 rana969 20 February 2015 00:18 Cavab yaz

Beh beh beh qiw geldi bizde xengel eksik olmaz.
malahat.hesenova malahat.hesenova 18 January 2015 06:58 Cavab yaz

Herden hazirlayiram, sevdiyim yemekdir, sarimsaq qatiqla lezzetli olur.
Ro-Xe-Sa Ro-Xe-Sa 17 January 2015 00:58 Cavab yaz

Evdekiler cox xoslayir suzme xingali , esasende qis aylarinda . Tesekkurler xeber ucun
QADIN.AZERI QADIN.AZERI 21 November 2014 17:44 Cavab yaz

Evimizde sevilen yemekdir.tesekkurler
Xanim_Xatun Xanim_Xatun 11 November 2014 17:54 Cavab yaz

Oy oy qışın ən dadlı yeməyi.sarmısaq qatıqla oy oy necə yeyerdm)))
moskow qadini moskow qadini 3 June 2014 23:27 Cavab yaz

Cox sevirem bu yemeyi... good
nilu nilu 15 January 2014 20:42 Cavab yaz

BEH BEH BEH nyam SEVIREM DE XEMIR YEMEKLERINI
Fidan.Bagiyeva Fidan.Bagiyeva 16 September 2013 16:23 Cavab yaz

Xəngəlnən aram yoxdu,çox sağolun
www.guler1994 www.guler1994 5 September 2013 03:52 Cavab yaz

Dunenleri Bundan men bisirdim Ela cixdi cray
qadin_princessa qadin_princessa 9 August 2013 20:45 Cavab yaz

o qederde sevirem xingali tesekurler
Leman(wirniyyatci) Leman(wirniyyatci) 25 March 2013 15:53 Cavab yaz

cox sevirem bu yemeyi ozumde bisire bilirem
Şirin_2012 Şirin_2012 25 December 2012 13:28 Cavab yaz

indi bişirəcəm dadlı görünür bəh-bəh-bəh
kamailba kamailba 18 November 2012 17:49 Cavab yaz

Ureyim gedir xingal ucun inan heftede 1 defe seve-seve yeyerem. winked
Quliyeva Mirzəhra Quliyeva Mirzəhra 16 November 2012 00:06 Cavab yaz

Istedime,acdime lap winked cox sevirem xingali,esl qisin yemeyidi.tsk
nursena nursena 15 November 2012 11:53 Cavab yaz

Xengelim biçim-biçim.Ölürüm xengel için.Alem bana düşmandır,xengel sevdiyim için.nınınınınıynıy nıynıynıynıy. smile
yagmur_damlasi yagmur_damlasi 15 November 2012 11:35 Cavab yaz

men de edirem xingel,bu bizim en sevimli yimeyimizdir,amma biz cekilmiw etle,edirik qatiq,sarimsaq.cox dadli olur.
alena_92 alena_92 6 September 2012 13:42 Cavab yaz

Cox sag olun ama xengeli xoslamiram
melek3432 melek3432 1 September 2012 18:12 Cavab yaz

En sevdiyim yemekdi,amma bisire bilmeyecem cunki pehrizdeyem,yene de sagol feel
lovable_madam lovable_madam 1 September 2012 18:00 Cavab yaz

ALLAH BUTUN nenelerin canini sag elesin, bu yay iki klyok xingal kesib qurudub verib mene, o gun bisirdim uzerine de pomidor sogan qizarmasini bir dadli oldu qizlarrr....
Utopya Utopya 27 August 2012 16:57 Cavab yaz

Biz terefde bu meshur yemekdi. Sadece men etle sevmirem. Soganca ile sevirem. Birde bizim qatiq sarimsaqdan elave qurud sarimsaqda duzeldirik. Qurud daha xeyirli ve hezm uchun daha yaxshidi.

Qurud bilmeyenlere deyimi nedi.Suzme qatigi duzlayib top sheklinde guneshde qurudurlar. Sonra onu qishda suda eridib sarimsaq qatirsan yemeklere tokub yeyirsen. Onu suda eritmeyinde oz metodu var.

chima xanim etle yox ama colpayla yaxshi olur.Bizde hem colpa hemde etle bishiriliri. yenede tek soğanca ile sevirem.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика