Giriş
Bağla

Tahirə Qürrətüleyn

CƏMİYYƏT / Tanınmışlar / Müxtəlif

Tahirə Qürrətüleyn

Tahirə (pak, təmiz) Qürrətüleynin (göz bəbəyi) əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə olmuşdur. Cənubi Azərbaycanın Qəzvin şəhərində doğulmuş, Mirzə Məhəmmədəli Babın başçılıq etdiyi babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.
Tahirə xanım Mirzə Məhəmmədəli Babın gətirdiyi Yeni İlahi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk Müsəlman qadını idi.
Hərəkat yatırılarkən Tahirə Qürrətüleyni 1852-ci ildə İran şahənşahı Nəsrəddin Qacar hökumətinin təmsilçisi Mirzə Ağa Xan Nurinin əmriylə Tehranın Elxani Bağında boğub qətlə yetiriblər. Qadın azadlığının carçılarından olan Tahirə Qürrətüleynin şəxsiyyətini Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər yüksək qiymətləndirmişdilər. Doğma Azəri türkcəsini mükəmməl bilsə də, şairə əsərlərini fars dilində yazmışdır.



Şərhlər (4)

Deniz84 Deniz84 24 May 2015 08:55 Cavab yaz

Maraqli oldu hec melumatim yox idi
Sağ olsun Qadın net sayəsində hər şeydən xəbərimiz olur.)
virtual dərslər virtual dərslər 14 April 2015 08:22 Cavab yaz

Tahirə xanım Mirzə Məhəmmədəli Babın gətirdiyi Yeni İlahi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk Müsəlman qadını idi.

Maraqli oldu hec melumatim yox idi
Deniz84 Deniz84 23 February 2015 08:15 Cavab yaz

Təşəkkürlər Ceylan xanım. Düzü məlumatım yox idi.
Xanim_Xatun Xanim_Xatun 27 January 2015 11:23 Cavab yaz

Çox maraqlıdı niyə bu xəbərlrə şəhrlər yazilmir..??

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика