Giriş
Bağla

Leyla Məmmədbəyova

CƏMİYYƏT / Tanınmışlar / Müxtəlif

Leyla Məmmədbəyova


Leyla Ələsgər qızı Məmmədbəyova (1909-1989). Azərbaycan təyyarəçisi idi. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi idi.
Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.

Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı cəmi altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakından imtina edildi.

Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-ci ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə isə o artıq təqaüdə çıxdı.

Leyla Məmmədbəyovanın böyük oğlu Firudin İkinci Dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşmuşdur.

Qadın təyyarəçiyə bir sıra şer və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma ithaf olunmuşdur.



Şərhlər (7)

Deniz84 Deniz84 24 May 2015 08:53 Cavab yaz

Bu xəbər 2009 cixib.Mən yazdim Deniz xanim...
give_ros
rovsane_82 rovsane_82 17 April 2015 17:22 Cavab yaz

Maraqli xeberdi bizim teyyareci xanim
virtual dərslər virtual dərslər 16 April 2015 10:58 Cavab yaz

Leyla Ələsgər qızı Məmmədbəyova (1909-1989). Azərbaycan təyyarəçisi idi. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi idi.
Deniz84 Deniz84 23 February 2015 08:13 Cavab yaz

Leyla Ələsgər qızı Məmmədbəyova (1909-1989). Azərbaycan təyyarəçisi idi. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi idi. give_ros
sevda.hesenova.7165 sevda.hesenova.7165 15 February 2015 17:43 Cavab yaz

Tanıtdığınız üçün sağolun. Gözel xeberdir
Xanim_Xatun Xanim_Xatun 27 January 2015 10:33 Cavab yaz

Bu xəbər 2009 cixib.Mən yazdim Deniz xanim...
gozel eliyeva gozel eliyeva 25 November 2014 22:59 Cavab yaz

Deyesen bu cur deyerli xeberlere hec kim serh yazmir girl_cray Coxz gozel xeberdir minnetdaram Ceylan xanim

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика