İlk qadın məcmuəsinin naşiri
XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.
22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.
Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.
Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.Şahtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.
Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunub və bu müddətdə 68 nömrəsi işıq üzü görüb.
1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.
http://www.anl.az/down/meqale/medeniyyet/2017/fevral/526437.htm
XƏBƏR LENTİ
8 May-Şuşanın işğalı günüdür!
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Azərbaycanlı gəncin portreti
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Günün ulduz falı - 09.09.2013
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Günün qoroskopu: iş və gərginlik artır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İt internet ulduzuna çevrildi - FOTO
"Terrorun dini yoxdur"
Şokoladlı desert
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Məşhurların kolleksiyaları -SİYAHI
Avropanı buxar vulkanı bürüdü
Bakıda yaşıllıqlar düzgün salınırmı?
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tanış olun: Kişi!
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
HAVA necə olacaq?
Qəbizliyi necə aradan qaldırmalı?
Bu insanlar FEYXOA yeməməlidir!
Dünyanın ən əlvan yerləri
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
“Eurovision 2015”in qalibi kimdir?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
İŞİD kürdləri bombalayır
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Azərbaycanda elçi gedənlər...
Hovuzlu, 8 təkərli Eldorado
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi
7620 metrdən paraşütsüz tullandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Faydalı saç maskaları
Işıldayan dəri üçün 10 qızıl qayda
Çaylarımızda su aşıb-daşdı
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Azadlıq heykəli (Nyu-York)
Model küçə satıcısını necə varlandırdı? - Foto
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Od çərşənbəniz mübarək!
Portağallı dondurma (foto resept)
- ŞƏRHLƏR