Bakıda hava 24°
USD 1.7017 AZN
EUR 1.9590 AZN
01:03E.U.E.R_•. Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür 00:45GÜLÇİN Unutmaq və unudulmaq həyatda ən ağır cəzadı 20 iyul 22:58Iceberg Gecəniz xeyir, gözəllər)) 20 iyul 21:58GÜLÇİN Hər vaxtınız xeyir olsun! 20 iyul 19:19Emma Svon Axşamınız xeyir!
37461

Körpələrə ən çox verilən adlar açıqlandı – SİYAHI

Körpələrə ən çox verilən adlar açıqlandı – SİYAHI


Bu ilin ilk altı ayında Azərbaycanda doğulan körpələrə daha çox hansı adların verildiyi məlum olub.

Qadin.Net bildirir ki, Ədliyyə Nazirliyindən oxu.az-a bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.

Bundan başqa, oğlanlara verilən adlar arasında Ümid, Nihad, Raul, Emil, Amin, Nihad, Ramal, Səid, Sadiq, Cahid, Rəvan, Nurlan, Turan, Adəm, Onur, Cəsur, Fateh, Toğrul, Cavidan, Amir, Mətin, Renat və s. adlar üstünlük təşkil edib.

Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlardan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zeynəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Aylin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla, 494-nə isə Ayan adı verilib.

Həmçinin, qız uşaqlarına verilən adlar arasında Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fidan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri, Nuranə, Nurgül, Aminə, Gülsüm, Safiya kimi adlar üstünlük təşkil edib.

Səslərin sayı: 1
1
0
Loading...
Şərhlər
Offline
Xəyalə Murad
Yusif və Zəhra adları ən çox çox qoyulan adlar oldu.
17 iyul 2017 20:43
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış