Bakıda hava
USD AZN
EUR AZN
22 fevral 18:18Feride Sən necəsən Sürayyə? 22 fevral 17:12Surayye Qızlarım qızıllarım necəsiz
41450

Oxucu kimdir

 

Oxucu kimdir

Abuzər Xələfovun ali və orta ixtisas məktəblərində dərslik kimi istifadə olunan “Kitabxanaşünaslığa girş” adlı kitabında “Kitabxananın struktur xarakteristikası və əsas elementləri” başlıqlı mətndə oxucu elmi anlayışlarla geniş şəkildə izah edilərək kitabxananın ikinci elementi hesab edilir. Kitabda dövrün texniki tələbindən asılı olaraq oxucunu “istifadəçi”, “tələbatçı” adlandıran informatiklərə haqq qazandırılsa da müəllif bu cür adlandırılmanın kitabxana xidməti sahəsində o qədər də vacib olmadığını vurğulayır. “Oxucu sözünün özündə bir ziyalılıq duyulmaqdadır. Oxucu dedikdə kitabxanaçılıq aləmində ziyalı, kitabı sevən, qiymətləndirməyi bacaran adam başa düşülür. Hər istifadəçi, hər tələbatçı oxucu səviyyəsinə yüksələ bilmir” fikirlərini qeyd etməkdə alimin nə qədər haqlı olduğunu sözsüz ki, bu sahədə çalışan mütəxəsislər tam dolğunluğu ilə anlayırlar. Kitabda eyni zamanda kitabxanaçlıq peşəsi də ətraflı təhlil edilir. Biz eyni zamanda “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş kitabxanaya aid olan hər bir elemtin elmi əsaslara söykənən izahı ilə də tanışıq. Kitabxana işinə adi peşə kimi yanaşan adamlara rast gələndə, həmin təriflərlə yanaşı adı çəkilən kitabdan da sitat gətirir, kitabxanaçılığın əslində müqəddəs peşə hesab edilməli olduğunu şövqlə söyləyirəm. Kitabxanaçılıq peşəsindən bəhs edən ayrıca bir yazım olduğundan burda geniş söhbət açmağa ehtiyac duymuram. Mətnin adından da bəllidir ki, mövzunun əsas məqsədi oxuculardır.

Oxucu kimdir

Əvvəlcə “Oxucu kimdir?” sualını verək. Cavabımız çox yubanmayacaq. Həmin an yuxarıda adı çəkilən dərsliyi əsas gətirərək istədiyimiz qədər geniş şəkildə cavab verə bilərik. Təkcə “Bizcə, oxucu sözü öz məzmununda kitaba təkcə bir günlük tələbi olan adamı ifadə etmir, əksinə kitaba daimi ehtiyacı olan, öz profisional səviyyəsini və mənəvi zənginliyini həmişə təkmilləşdirən, kitabxananın ictimai fəaliyyətində ardıcıl iştirak edən, sistemli qaydada biliklərə yiyələnmək istəyən, kitabxana mühiti yaradan ziyalı şəxslər oxucu tituluna sahib ola bilərlər” fikrini qeyd etmək kifayət edir ki, əsl oxucunu nişan vermiş olaq. Məsələnin elmi tərəfini bir-birindən qiymətli kitablar izah etdiyindən arxayınçılıqla oxucu məfhumunu bədii tərəfdən təhlil etmək fikrinə düşmüşəm. Mövzuya maraq göstərməyim birbaşa müşahidələrimlə bağlıdır. Kitabxanaçılıq təcrübəmə əsaslanıb təssüratlarımı qələmə almaqla elmə töhfə verməsəm də, bununla kitabxanalara üz tutan, burada dünyanı fikrən, xəyalən səyahət edən, tədbirlərdə, bədii əsərlərin müzakirəsində və s. işlərdə həvəslə iştirak edən fəal oxuculara ehtiramımı bildirəcəm və bir neçə mübahisəli məqamı da diqqətə çatdıracağam. Kitabxananı sevdirmək, oranı hər kəs üçün doğma məkana çevirməyə çalışmaq niyyətim, üzərimə düşən

məsuliyyətin məcburiyyətindən deyil, peşəmə xüsusi sevgimdən, marağımdan irəli gəlir.

Oxucusuz kitabxanaların mövcudluğu millətin faciəsindən xəbər verir. Bu faciədən xilas olmaq üçün məqsədli, sistemli şəkildə çalışmalıyıq. Burada birinci işi valideynlər görməli-övladlarını kitaba həvəsləndirməlidirlər, sonra müəllimlər bu işə qoşulmalı, dərslərdən əlavə şagirdlərə mütaliə üçün müxtəlif kitabların siyahısını verməli və yay tətili boyunca həmin ədəbiyyatı hökmən oxumalarını tələb etməlidirlər. İlkin istiqamətdən sonra növbəti məsuliyyət kitabxanaçıların öhdəsinə düşür. İnsanları mütaliəyə həvəsləndirməkdə müəlliflərin də köməyinə ehtiyac duyulur. Onlar ən çox soruşulan kitablarını təqdim etməklə kitabxanalara daha çox oxucu qazandırmış olarlar. Çalışdığımız budur ki, adamların həvəslə getdikləri müxtəlif məkanlardan birincisi kitabxana olsun. Mütaliə fərdin mənən zənginləşməsinə səbəb olur, onu ali məqsədlərlə yaşamağa sövq edir. Uzun illər tanıdığımız oxucularda bu hal müşahidə olunmaqdadır. Mütaliəli şəxslər yüksək mədəniyyətə malik olur, mübahisələrdə belə qarşı tərəflə təmkinli davranırlar. Oxucu öz sayı qədər də vətəndaşdır. Vətəndaşın maarifli olması da dövlətin xeyrinədir. Kitabxanadakı maddi-texniki baza, bütün iş planı onlara xidmət etmək üçün qurulur. Hər gün yeni-yeni oxucuların sorğularını eşitməzsək peşəmiz öz gözəlliyini tamamilə itirər. Göstərdiyimiz xidmət sayəsində məqsədimiz yalnız dövlət büdcəsindən maliyyələşmək niyyəti olmamalı, işimizdə vicdanla çalışmalıyıq. Bu keyfiyyət bütün peşələri gözəlləşdirir.

Oxucu kimdir

Kitabxana sahəsinə həsr olunmuş daha bir dərslik Sahib Rzayevin “Kitabxana xidməti” adlı kitabıdır. Yuxarıda adı çəkilən dərslikdə olduğu kimi bu kitabda da oxucularla ünsiyyətin, iş prinsiplərinin qaydası elmi əsaslarla göstərilir. Oxucu tiplərinin müxtəlif olduğunu nəzərə alaraq, müəllif kitabxanaçının onlarla necə ünsiyyət quracağını müxtəlif yöndən izah edir. ”Təqdiqatçılar qeyd edirlər ki, kitabxanaçıların yalnız 60%-i öz emosiyalarını idarə edə bilirlər. Çoxsaylı müşahidələr təsdiq edir ki, hər cür yaşdan olan oxucuların hamısını ən çox narazı salan hal kitabxanaçının etinasızlığıdır. Oxucular kitabxanaçının istənilən məsələdə sərişdəsizliyini bağışlasalar da, öz sorğularına qarşı kitabxanaçının biganəliyini qəti bağışlamırlar” fikirlərini qeyd edən müəllif bundan başqa oxucu ilə kitabxanaçının ünsiyyət prosesində baş verən müxtəlif məqamları da göstərmişdir. Həmin məqamlarla üz-üzə gəldikcə çox vaxt müəyyən qeydlər aparmışam. Belə hallardan biri oxucunun kitabı vaxtında qaytarmamsıdır. Müraciət edib, kitabı qaytarmalarını xahiş edəndə bəziləri buna sərt reaksiya verir, hətta əməkdaşlarımızla aqressiv davrananlar da olur. Bir çoxu da vaxtı olmadığını bəhanə gətirir. Bu cür oxucuların məsuliyyətsizliyi üzündən digər oxuculara yox cavabı verməli oluruq. Bəzən də kitabları zədəli şəkildə qaytarırlar. Bu

zaman kitabxanaçı ilə oxucu arasında bir qədər soyuq münasibət yaranır. Təsadüfi oxucular var ki, üzərlərinə düşən məsuliyyətdən yayınsalar da kitabxanadan istifadə etmək hüquqlarının olduğunu qətiyyətlə söyləyirlər. Amma unudurlar ki, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda eyni zamanda oxucuların kitabxanadan istifadə etmək qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı olduğu, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməyi də göstərilir. Belə hallarda yaranan problemlər bizi bir təklif irəli sürməyə məcbur edir – Oxucuya kitab verilərkən təyin edilmiş müddətdə onu zədələmədən geri qaytarılmasına zəmanət verən hər hansı bir cavabdehlik daşıyan sənədə imza atmaları tələb olunsun. Güman edirik ki, bu cavabdehlik onların öz məsuliyyətlərini dərk edərək kitabları vaxtında, yararsız hala salınmadan qaytarmalarına səbəb olacaq.

Əməkdaşlarımızın xüsusi diqqət ayırdığı kitaba passiv münasibət bəsləyən oxucularımız da var ki, onların sorğularının ödənilməsində bəzən çətinlik yaranır. Hansı ədəbiyyatı mütaliə etmək istədiyini özü dəqiqləşdirə bilməyən oxucu, əməkdaşlarımızın təklifi ilə də razılaşmır. Fərdi xüsusiyyətlərindən asılı olmayaraq (xaraktercə səbirsiz olanlar nəzərdə tutulur) hər bir kitabxanaçının müqəddəs borcu qəbul edilmiş qaydalara, prinsiplərə əməl etmək, mütaliədə yanlış istiqamətdə olan oxucuları düzgün yönləndirmək olduğundan bu cür oxuculara xüsusi diqqətlə yanaşırıq. Oxucu hər şeydən əvvəl bir insandır, onun mənəvi qidaya, ruhunu oxşaya biləcək nəsnələrə ehtiyacı var. Kitabxanaçı bu ehtiyacı axtarıb tapmalı, ona uyğun davranmalı və həmin ehtiyacı mütaliə ilə ödəyə bilənləri alqışlamalıdır. Oxucuya hər şeydən əvvəl şəxsiyyət kimi yanaşmalıyıq. Xüsusilə də məktəblilərə. Onlarda özlərinə qarşı inam hissi oyatmaq, kitabla təmasa həvəsləndirmək olduqca zəruridir. Biz bu məsuliyyəti dərk edir, problemlərin aradan qaldırılması üçün mümkün olan işləri görür, maraqlı və cəlbediciliyi ilə internet alüdəçiliyinə qalib gələn proqramlarla oxucuların maariflənməsinə çalışırıq.Tədbir planına müxtəlif görüşlər, ekskursiyalar, sərgilər, müzakirələr və söhbətlərin daxil edilməsi gördüyümüz işlərin az bir qismidir. Oxucular bizim gəlişlərini sevinclə gözlədiyimiz əziz adamlarımızdır. Çalışıb ərsəyə gətirdiyimiz işlərin onların gələcəkdə təyin edəcəkləri mövqeləri üçün etibarlı təməl rolu oynaması bizimçün qürurvericidir. Yetər ki, hər kəs yolunu kitabxanaya salsın.

Pərvanə Bayramqızı

3 fevral 2019

Səslərin sayı: 1
3
510
Digər yazılar
Şərhlər
Offline
Xəyalə Murad
Hər oxucu eyni düşünmür, eyni hiss etmir. Ona görə də kitabxanaçı bir növ psixoloq olmalıdır. Onları tanımalı, hər birinə xitab edən kitabı təyin etməlidir. Düşündürücü məqalə üçün təşəkkür edirəm, Pərvanə xanım.
8 fevral 2019 11:13
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ayla Ayla
Hansı ədəbiyyatı mütaliə etmək istədiyini özü dəqiqləşdirə bilməyən oxucu, əməkdaşlarımızın təklifi ilə də razılaşmır.
Bir ara kitabxanaçi olmag istiyirdim
7 fevral 2019 20:37
Offline
PERI
Mətnin adından da bəllidir ki, mövzunun əsas məqsədi oxuculardır.
7 fevral 2019 14:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Evdə yaranan kif növləri və səbəb olduğu xəstəliklər

    Sadəcə evinizə deyil, həm də sizə zərər verir. Qaraciyər və ürək problemlərinə yol açır.
  • Corc Kluninin 20 milyonluq evini su basdı-SƏBƏB/FOTO

    eyvan və həyətin böyük bir qismi evin yanındakı çaydan gələn sel suları ilə əhatələnib.
  • Artıq çəkidən xilas edən yürüyüş haqqında bilmədikləriniz

    Ancaq masa arxası işşiniz varsa, axşam yeməyindən sonra gəzintiyə çıxmaq nəticə əldə etməyinizə kömək olacaq.
  • Zerrin Özər 48 saatlıq evlilikdən sonra boşandığı əri ilə barışdı-FOTO

    O boyda davadan sonra hələ də sevirsə nə deyək
  • Evdə yaranan kif növləri və səbəb olduğu xəstəliklər

    Bizdə də olur e pəncərənin yanında tumbuckalarin dalında
  • “Survivor”a yeni iştirakçılar gəldi- FOTO

    Oglan gelen kimi davaya hazir idi beyenmedim
  • 10:54 - Müəllif: Ayla Ayla
    Məşhur aktyor ata oldu-FOTO (1)

    Məşhur aktyor ata oldu-FOTO

    Bu aktyorun 39 yasi var? Hec oxsamir
  • 11:26 - Müəllif: DanikanumYK
    İlk qadın redaktorumuz (51)

    İlk qadın redaktorumuz

    Расскажу честно , в утро первого дня вебинара просто заставила себя пойти. Ум говорил: "ну сколько можно бегать по этим семинарам ? Отдохни уже. Выспись, отдохни, тем более не важно себя чувствуешь. Зачем тебе лишние самокопания и потрясения? Это очень энергозатратно . " А сердце, как всегда рвалось на встречу с единомышленниками, предвкушая радость от познания себя и общения с другими. Чтобы подружить сердце и голову решила идти. ? не ошиблась. Эти два дня дали осознание целостности- когда каждый центр (живот - жива/сила, сердце - лада и голова - ясна) не просто активируются, но и учатся взаимодействовать друг с другом, помогать в достижению целей друг друга. Это когда лебедь, рак и щука не рвутся в разные стороны, думая только о себе, а становятся дружной тройкой лошадей, летящей к достижениюцели. Тогда сила человека возрастает потому, что нет внутреннего конфликта. ?ллюзии ума и страхи живота растворяются в любви сердца. Людмила преподносит информацию не только иносказательно "психологически- эзотерическим" языком, но и анатомическими терминами. Мы изучали функции органов каждого центра и железы вн.секреции, которые в зависимости от наших мыслей, чувств и образа жизни вырабатывают гормоны, которые в св.очередь регулируют состояние всего организма. Как всегда было много медитаций- погружений в себя для общения с центрами. Наше тело - гениальное создание – имеются ответы на все вопросы, только надо позволить себе с ним честно и искреннее пообщаться. Я ушла с обучение исцелению тела с осознанием, что внутри меня есть три мощных источника силы, и еще впереди много открытий по поводу их взаимодействия. Были также арт-терапия, массаж, вкуснейший кофе Раф в кафе, много смеха и шуток. Всего не опишешь. Просто советую семинар Людмилы всем, кто устал слушать споры своего ума, сердца и тела. Благодарю Людмилу и всех женщин с вебинара.Скажу правду , в утро первого дня семинара просто заставила себя пойти. Ум говорил: "ну сколько можно ходить по этим семинарам ? Успокойся уже. Выспись, отдохни, тем более не важно себя чувствуешь. Зачем тебе лишние самокопания и потрясения? Это очень энергозатратно . " А сердце, как всегда рвалось на встречу с единомышленниками, предчувствуя радость от познания себя и общения с другими. Чтобы подружить сердце и голову решила идти. ? не ошиблась. Эти четыре дня дали осознание целостности- когда каждый центр (живот - жива/сила, сердце - лада и голова - ясна) не просто активируются, но и учатся взаимодействовать друг с другом, помогать в достижению целей друг друга. Это когда лебедь, рак и щука не рвутся в разные стороны, думая только о себе, а становятся дружной тройкой лошадей, летящей к одной цели. Тогда сила человека возрастает потому, что нет внутреннего конфликта. ?ллюзии ума и страхи живота растворяются в любви сердца. Людмила преподносит информацию не только иносказательно "психологически- эзотерическим" языком, но и анатомическими терминами. Мы изучали функции органов каждого центра и железы вн.секреции, которые в зависимости от наших мыслей, чувств и образа жизни вырабатывают гормоны, которые в св.очередь регулируют состояние всего организма. Как всегда было много медитаций- погружений в себя для общения с центрами. Наше тело - гениальное создание – имеет ответы на все вопросы, только надо разрешить себе с ним честно и искреннее пообщаться. Я ушла с обучение исцелению тела с осознанием, что внутри меня есть три мощных источника силы, и еще впереди много открытий по поводу их взаимодействия. Были также арт-терапия, массаж, вкуснейший кофе Раф в кафе, много смеха и шуток. Всего не опишешь. Просто советую семинар Людмилы всем, кто устал слушать споры своего ума, сердца и тела. Благодарю Людмилу и всех женщин с семинара .
  • A vitamininə ehityacımız olduğunu göstərən 5 işarə

    Əgər bədənizdəki yaraların gec sağaldığını düşünürsünüzsə kök, portağal, süd və qırmızı ət kimi A vitamini tərkibli qidalar ilə qidalanın.
  • Keti Perrinin çəkiliş vaxtı ürəyi getdi-FOTO

    Hadisə zamanı çəkiliş komandası və yarışmanın iştirakçıları binadan təxliyyə edilib.
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )