Bakıda hava
USD AZN
EUR AZN
20 yanvar 15:17Iceberg Allah rehmet elesin
41328

Pərvanə Bayramqızının "Sonuncu arzu" hekayəsi haqqında Vaqif Osmanovun qeydləri

 

Pərvanə Bayramqızının "Sonuncu arzu" hekayəsi haqqında Vaqif Osmanovun qeydləri



 

"Gəncliyin gözü ilə hər şey gözəl görünür". Bu cümləni nasir, ədəbi təhlilçi, sözü dəyərləndirən Pərvanə Bayramqızının "Sonuncu arzu" hekayəsindən seçmişəm.Pərvanə xanımın yığcam, düşündürücü hekayələrini, ədəbi düşüncələrini çox oxumuşam. O, söz deməyin məsuliyyətini anlayan Söz Adamlarından biridir. Təxəyyülünün təndirindən çiy, yaxşı bişməmiş, tələsik ədəbi nümunələr çıxmır.

"Sonuncu arzu"su məni orta məktəbdə oxuduğum illərə apardı. Ana dilindən inşa zamanı Ofelya müəllimə və İbrahim müəllim məndən ancaq sərbəst mövzuda yazmağı tələb edərdi. Çox uzaqgörən insanlarmış. Təxəyyülümü, təhkiyəmi, hadisələrə baş vurmaq bacarığımı görüblər və formalaşdırıblar. Onlar mənim kitaba bağlılığımı, mütaliəyə hərisliyimi bilirdilər. Təvəzökarlıqdan uzaq olduğuma görə üzr istəyirəm...

Pərvanə xanımın hekayəsinin baş qəhrəmanları kitab və universitet müəllimidir. Qəhrəmanın kitab olmasına təəccüblənməyin. Kitab müəllim ola bilir, qəhrəman ola bilmir?

Mütaliə beynin məsqidir, təxəyyülün anasıdır. Gərək həmişə zəkanı formada saxlayasan. Bu işdə fasilə geriyə addımdır. Hansısa ibrət götürməli müsbət qəhrəmanı ideal kimi qəbul etmək insanı salaşdırır, bütövləşdirir. Yəqin ki, Gəray Fəzlinin "Yeddi ulduzlu səma" romanını oxumusunuz. Əsərin qəhrəmanı Eldar - Ayxan - iki ürəyi bir sinədə, yaxud bir ürəyi iki sinədə yaşadanlar o vaxtlardan məni ovsunlayıb. Sözümün canı odur ki, mütaliə insanı fpormalaşdıran ən yaxşı məşğuliyyətdir. Pərvanə xanım da bunu vurğulayır...

Pərvanə xanımın lirik qəhrəmanı vicdanlı müəllim mütaliə acıdır, onun mənəvi dünyası doymazdır. Ona görə də düşüncələri məntiqli, fəlsəfi və səmimidir. Düzü düz, əyrini əyri görür, kamil insan yetişdirmək kimi müqəddəs işlə məşğuldur.

Müəllimin həssas qəlbini incidən çox üzüntülər var. İndi cəmiyyətin bəzi eybəcərliklərinə görə sosial şəbəkələri qınamaq dəb halına çevrilib. Amma işıqlı düşüncəli müəllim bununla razılaşmır:

- Bir isti ürəyi beş-altı saat sosial şəbəkələrdə baş qatmaq soyuda bilməz.

Gənclərin "Avropa sevgisi", milli dəyərlərə biganəliyi, "Vətənin hər şeyinə həqarətlə baxıb yad ölkə" sevdasını qəlbində yaşatması müəllimi hər an düşünməyə vadar edir. Bu səbəbdən o, tələbələrlə dost olmağa çalışır, onlarla diskussiyar edir, mütaliəyə səsləyir. "Kitaba dəyər verən adam onun gözünün işığıdır". O, "kitabı ruhunun, dərmanları cisminin xilaskarı" sayır. Amma dərmanlar yadından çıxsa da, həkimlərlə üz-göz olsa da, kitabları unutmur. Mütaliəni ömrünün mənası bilənlərə gülənlərin əhatəsində yaşyırıq bu gün. Məhz buna görə də mərhəmət, qayğı, xeyirxahlıq hissləri korşalmaqda, əzazillik, bir-birinə nifrət, laqeydlik isə qılıncını itiləyib hücuma keçməkdədir. "İnsan insanın dostudur" teoreminin həllini tapmaq yayda səhrada qar tapmaqdan çətin olub...

Pərvanə Bayramqızı incə məqama toxunur. Müəllim ömür dostu ilə bir əsəri sakitcə oxuyub müzakirə edəndən sonra gərgin mübahisələr yaranır. Belə mübahisələr hətta bir-birindən küsmək dərəcəsinə çatır. Çoxunuz kinayə ilə dodaq büzdünüz, bilirəm. Bu da bizim milli özündənrazılığımızın düzəlməyən cəhətlərindən biridir. Bizdə belə ailələr varmı? Var, az da olsa. Pərvanə xanım belə aydın düşüncəli ailələrin çox olmasını istəyir. Çünki fikr müxtəlifliyi ilə həqiqətin tapılması tərəqqi yoludur...

Mütaliəsizlik bu günümüzün eybəcər doğulmuş bəlasıdır. İnsanlar pul, sərvət, rüşvət bəlasına mübtəla olandan mütaliəsizlik də çiçəklənməyə başlayıb. Pul ağacının çiçəkləri indi təbiətin yaratdığı gözəlliklərdən daha al-əlvan görünür tamahı daş yaranların gözünə. Müəllimin tələbələrlə söhbətlərində belə mətləblərə işıq düşür:

- Parkın yaxınlığındakı binada bir mənzil var... Neçə illərdir sahibi qapını açıq qoyub harasa yox olub. Amma indiyədək mənzilə bir nəfər də olsun oğrunun yolu düşməyib.
Tələbələr təəccübləndilər.
- Ona görə ki, hələ o səviyyədə oğru yoxdur.
- Zarafat edirsiniz, - deyə tələbələr gülüşmüşdülər.
- Belə zarafat olar? - deyə müəllim özünü ciddi göstərməyə çalışmışdı, - ona görə ki, o ev alim evidir, orada ancaq kitablar var. Kitabı da kim oğurlamaq istəyər ki?!

Düşünməyə, baş sındırmağa dəyəsi sualdır.

Qısaca deyim ki, tələbələrdən ən ürəklisi, cəsarətlisi, kitabın adını eşidəndə "nəfs"ini saxlaya bilməyəni o biri gün axşam həmin evə kitab oğurlamağa gedir. Başdan ayağa kitabxana olan bu evdən qucaqdolusu kitab "oğurlayan" tələbəyə qaranlıq pilləkanlarda kimsə rast gəlir. Amma onun yanından laqeydliklə keçib gedir. Tələbə onu müəlliminə oxşadır. Amma sürətli addımlarla aradan çıxır ki, onu kimsə görməsin. Tələbə səhv etmir. Binanın girişində onu qucaqdolusu kitabla görən müəllim idi. Ev də müəllimin eviydi. Müəllim arzusuna çatmışdı...

"Kaş kitablar da oxunduqca sevinib, balaca uşaqlar kimi qışqırıb, atılıb-düşəydilər".Bu da müəllimin müqəddəs arzularından biridir...

Hekayə heyrətedici sonluqla bitir. Müəllim bir dərdə dərman axtarır. Nədir o dərd? Ona mən dərd deyirəm. Bəlkə də Siz dərd deməyəcəksiniz. Bu dərdin nə olduğunu açıb - ağartmıram. Maraqlananlar Pərvanə Bayramqızının "Sonuncu arzu"sunun sonunun necə qurtardığını məndən xəbər almasın.Tapın, oxuyun, yazıçının təxəyyül dəryasının dərinliyindən agah olun.

Mütaliə özümüzdəki eyibləri bərbəzəksiz bizə göstərən güzgüdür. O eyibləri görənlər, görməyi bacaranlar kamilliyə bir addım ata bilərlər. Müəllim də kamilliyin yolçusudur. Kamillik insanlığın zirvəsidir. Zirvəni görmək hamımızın arzusudur, müqəddəs arzusu. Zirvə qaliblərin məskənidir...

VAQİF OSMANOV. 04.01.2020

Səslərin sayı: 1
0
344
Digər yazılar
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • İlk qadın redaktorumuz

    Привет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый огромный набор лего https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователямДоброго Всем настроения! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой h m https://www.instagram.com/p/B6NW2T-gdqM/ :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой изгиб для нарощенных ресниц https://www.youtube.com/watch?v=9r1lwLiMbdo :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - как выиграть monkey scissors https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователям
  • Bunları tozsoranla təmizləməyin

    Un tozsoranın motoruna girib onu xarab edə bilər.
  • 18:54 - Müəllif: aysel hesenli
    Faciədən 30 il keçir... (1)

    Faciədən 30 il keçir...

    30 il az vaxt deyil
  • Amerika mütəxəssislərindən Toyuq əti haqqında XƏBƏRDARLIQ

    Araşdırmanın nəticələrinə görə, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaradırıq.
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    Taksiyə minmədən əvvəl qiyməti dəqiqləşdirib, sonra davam edin.
  • Milyader olmadan əvvəl necə görünürdülər?

    Milyader olmadan əvvəl necə görünürdülər?
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    "Sizə özel qiymət" deyilərək satmağa çalışan xalçalar əslində normal qiymətindən daha baha satılır.
  • Bunları tozsoranla təmizləməyin

    Saç, filtləri çox sürətli tutar və cihazda daha çox saç girdikdə, tozsoranın gücü böyük ölçüdə azala bilər.
  • Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....

    Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....
  • Diri ilanbalığı uddu ölümdən döndü-FOTO

    Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )