Bakıda hava
USD AZN
EUR AZN
17 yanvar 21:51Ayla Ayla Her kəsə salam
41319

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

 

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi



 

ABŞ-da Arizona Universitetinin alimləri Yer üçün potensial təhlükəli “Bennu” asteroidinin sirli fəaliyyətinin səbəbini tapıblar.

Qadin.Net-in məlumatına görə, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

“OSIRIS-Rex” layihəsinin mütəxəssisləri asteroidin cənub yarımkürəsində və ekvatorunda müxtəlif yerlərdə 3 nəhəng hissəciklərin tullantısını müşahidə ediblər.

Püskürmədən sonra hissəciklər ya səma cisminin ətrafında dövr edirdilər və yenidən səthə düşürdülər, ya da kosmosa uçurdular. Onların sürəti saniyədə üç metrə, ölçüsü isə 10 santimetrə çatır. 

Bununla bağlı bir neçə ehtimal irəli sürülüb: meteoritlərin zərbələri, termik dağılma və su parının çıxması.

Alimlər hesab edir ki, termik dağılma asteroidin fırlanması zamanı səthin temperaturunun qəfil dəyişməsi ilə əlaqəli ola bilər. Bu proses, həmçinin səma cismini asanlıqla tərk edən hissəciklərin parçalanmasına da şərait yaradır.

“OSIRIS-Rex” – “Bennu” asteroidindən qrunt nümunələrini çatdırmaqla vəzifələndirilmiş planetlərarası stansiyadır. Materialların 2020-ci ilin yayında toplanılması, nümunələrin isə 2023-cü ilin sentyabrında Yerə çatdırılması gözlənilir

Səslərin sayı: 0
0
86
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış