Karmen Dell Orefiçe indi çox məşhurdur və model biznesinin ən çox tələb olunan simalarından biridir. 88 yaşlı modelin zəirfliyinə heyran olmamaq mümkün deyil
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bir çox lüks markaların siması olan model 14 yaşından bəri model olaraq çalışır. “Vogue” jurnalının çəkilişində ilk dəfə o, iştirak edib. Bundan sonra modelin inanılmaz gözəlliyi bir çox fotoqrafı həyəcanlandırır.
Yoxsul bir ailədə dünyaya göz açan Karmenin anası balerina, atası skripkaçı idi. Tezliklə onun valideynləri boşanır, qız isə anasının yanında qalır. Anası qızının da onun izi ilə gedərək balerina olmasını istəyirdi. Hətta onu balet məktəbinə yazdırmışdı.
Karmenin anasının sərt və tələbkar olduğunu söyləmək yerinə düşər və o, həmişə qızının xarici görünüşü haqqında sərt iradlar bildirərdi. Karmen çirkin bir ördək övladı olduğuna inanmışdı, çünki həmyaşıdları arasında hündür boyu ilə seçilirdi. Oğlanlar onunla görüşmək istəmirdilər.
Ananın tək uşağı böyütməsi asan deyildi, buna görə Karmen bəzən aylarla internat məktəbində qalırdı. Qız balerina karyerası qurmaq xəyalları ilə yaşayırdı, amma revmatizm bu xəyallara son qoymuşdu. Beləliklə, 14 yaşında Karmen modellik karyerasına başladı. Artıq 1947-ci ildə onun fotoları “Vogue” jurnalının üz qabığını bəzəyirdi. Yeri gəlmişkən, Karmen jurnalın üz qabığındakı bu fotonu bəyənməmişdi. O fotosunun hər yerə yayıldığı günü belə xatırlayır:
“Ogün avtobusdan düşdüm və qəzet köşkü yaxınlığında bir yığın jurnal gördüm. Foto xoşuma gəlmədiyi üçün ağladım. Ona nifrət edirdim. Saçımı elə yığmışdılar ki, oğlana bənzəyirdim”.
Karmen model kimi çalışsa da, zəngin və dəbdəbəli həyat yaşamayıb. Bəzən hətta yemək almağa pulu olmurdu. Model qənaət etmək məcburiyyətində qalır - məsələn, işə roliklərdə gedir, xüsusi sifarişlər geyimlər tikirdi.
Karmen uşaqlığının çətin olduğunu xatırlayır. Onlar evin kirayə haqqını ödəmək üçün isveç tikiş maşınını satmalı olmuşdu. Bəzən hətta elektrik enerjisini ödəməyə belə imkanları olmurdu.
1963-cü ildə o, model karyerasını bitirmək qərarına gəlir. Model agentliyinə zəng edir və daha sifarişlər qəbul etmədiyini söyləyir. Ancaq modellik işini əbədi tərk etdiyini söylədikdə Eileen sadəcə gülmüşdü.
1978-ci ildə Karmen onu yenidən moda dünyasına gətirən Norman Parkinson ilə tanış olur. Qızı artıq böyüdüyü və evliliyi pozulduğu üçün Karmen razılaşır. Çox vaxt qadınlar yaşın xarici görünüşünə verdiyi təsirləri gizlətməyə meylli olur, amma Karmen bu qaydaya əməl etmir. O, artıq gənc olmadığını qəbul edir, odur ki, saçlarını boyamamağa qərar verir. 1987-ci ildə qadın nəhayət, yenidən model biznesinə geri dönür. Yeri gəlmişkən, Karmen "Gözəl olmaq: 40 illik model biznesindən öyrəndiyim sirlər və fəndlər" adlı bir kitabın müəllifidir.
Həqiqətən illərin onun görünüşünə təsir etmədiyini başa düşmək üçün bu qeyri-adi qadının şəkillərinə baxmağa dəyər. Gözəl və zərif görünür... Hələ indi də reklam kampaniyalarında şoularda iştirak edir və fəaliyyət göstərir. Beləliklə, o, sübut edir ki, model karyerasının 30 yaşda bitdiyi stereotipi səhvdir.
XƏBƏR LENTİ
İnternetdə parolu necə qorumalı?
Yataq otaqlarınıza saray havası verin...
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Bütün dünyanı metro birləşdirəcək?
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Bölgələrimizin mətbəxi - Qarabağ
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Yeni TV-lər
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Saçlarınızı tez uzadan təbii vasitələr
Məşhur tablolar selfi olsaydı...
Geniş çiyinli xanımlar necə geyinməlidir?
Xərc olmasın deyə toy eləmədi-Gəlinliyi isə-ŞOK QİYMƏT
Ermənistanın bizdən öndə olduğu siyahı
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Gül börəyi (foto resept)
Sağlamlığa ziyan vuran mətbəx vərdişləri
Kardioməşqlər beyni cavanlaşdırır
Hava haqqında
Müasir ayna modelləri
“Ufak tefek cinayetler”in aktyoru boşanır
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Balaca qızlara saç düzümü
Pensiyalarla bağlı yenilik
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Hər zövqə uyğun paltarlar
Portagal qabıgından əl işləri
Yaponiya gələcəyin avtomobillərini təqdim etdi - FOTO
Qreypfrut toxumunun eksraktı kosmetologiyada
10 Noyabr - Azərbaycanda ZƏFƏR GÜNÜ
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Qayınana gəlin üçün məktəbdir
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Ermənistanda səfərbərlik başlayıb?
Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq
Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ
Şokoladlı dondurma (foto resept)
Emin Ağalarovdan şəhidlərlə bağlı paylaşım-FOTO
Muroveynik peçenyesi (foto resept)
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
İntiharların 15 ümumi səbəbləri (2)
Vanqa haqda şok faktlar: SSRİ çekistləri onu...
Abdulla Gül hacı oldu
Çavuşoğlu Azərbaycana gəlir
Avropada 66-cı olduq
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
İlin məşqçisi seçildi
- ŞƏRHLƏR