Bakıda hava
USD AZN
EUR AZN
11:05Xəyalə Murad Hər birinizin istirahəti xoş keçsin! 09:50PERI sabahiz xeyir necesiz
41325

HAVA necə olacaq?-8 dekabr

 

HAVA necə olacaq?-8 dekabr



 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Yarımadada gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi 9-da arabir güclənəcək. Rayonlarda dekabrın 8-də axşam, 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.

Səslərin sayı: 0
1
114
loading...
Şərhlər
Offline
Iceberg
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
7 dekabr 2019 16:33
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!