Uşaq qidaları təhlükəsizdirmi? Təəssüf ki, xeyr.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda ABŞ-da alimlər məşhur uşaq qidalarının tərkibini araşdırıb. “Healthy Babies Bright Futures” (Sağlam Körpə Parlaq Gələcək) qeyri-kommersiya təşkilatı qidalarda neyrotoksik kimyəvi maddələri azaltmağa cəhd edib. Araşdırmaya başlayan tədqiqat qrupu gözlənilməz nəticələrlə qarşılaşıb. Uşaq qidalarında zəhərli ağır metalların olduğu ortaya çıxıb. Hansı ki, bu maddələr körpənin beyin inkişafını pisləşdirə bilər.
168 araşdırılmış qidada dörd ağır metal aşkar olunub: 95% qurğuşun, 73% arsen, 75% kadmium, 32% civə. Təcrübədən keçirilən hər beşinci uşaq qidasında qurğuşunun həddindən artıq çox olduğu üzə çıxıb.
Hansı qidalar ən təhlükəlidir?
Təhlillər göstərib ki, neyrotoksik zərərin ən yüksək riski düyü və meyvə şirələrindədir. Alimlər tapılan zərərli maddələrin uşağın koqnitiv funksiyalarını poza və beyninin inkişafına mane ola biləcəyini iddia edir.
Düyü məhsulları
Düyü əsaslı məhsullar uşaqlar üçün ən zəhərli qidalar siyahısına başçılıq edir. Araşdırmanın nəticəsinə görə, onların tərkibində dörd ağır metal və qeyri-üzvi arsen (onun ən zəhərli forması) var.
Əvvəlki tədqiqatlar göstərib ki, arsenin hətta aşağı səviyyəsi uşağın sinir sisteminin inkişafına təsir göstərə bilər. Bu mövzuda aparılan başqa araşdırmalarda o da məlum olub ki, sidik arseninin 50% artması 5-15 yaşlı uşaqlarda İQ-nin 0,4 bal azalması ilə nəticələnir.
Düyü suda həll olunduğu üçün qeyri-üzvi arseni xüsusilə yaxşı mənimsəyir. Qəhvəyi və cır düyü uşaq üçün ən pis seçim olacaq. 2012-ci ildə aparılan tədqiqatların nəticələrinə əsasən, qəhvəyi düyü siropu eyni zamanda əhəmiyyətli miqdarda arsen mənbəyidir.
Tədqiqat müəllifləri Qida və Dərman İdarəsinin bu mövzuda tədbirlər görəcəyinə ümid edirlər. Əlbəttə ki, dövrümüzdə arsen və digər maddələrin səviyyəsi 10 il əvvəlkindən daha aşağıdır. Lakin onların sayı hələ də çoxdur.
Düyü lopası
Düyü lopası, partladılmış düyü və digər düyü unu məhsulları özündə yüksək miqdarda arsen ehtiva edir. Onlardan imtina edin. Yulaf və tam taxıl məhsulları alın. Mütəxəssislər taxıl məhsullarının (yulaf, arpa və buğda ) istifadəsinin artırılmasını məsləhət görür. Körpələr üçün ən yaxşı qidalar avokado, tərəvəz püresi, somon və yulaf əzməsidir. Bu qidalar uşaqları vacib maddələrlə təmin edir, inkişafına kömək edir və qida allergiyasını azaldır. Ət uşaqlar üçün düyü lopalarından daha yaxşı dəmir və sink mənbəyidir. Odur ki, həkimlər düyü yeməklərini uşağa bir neçə il verməyi tövsiyə etmirlər.
Bir yaşdan üç yaşa qədər olan uşaq üçün düyü bişirmək qərarına gəlmisinizsə, Kaliforniya, Hindistan və Pakistanda yetişdirilən basmati düyüsünü alın. Ağ düyü qəhvəyi düyüdən daha az arsen ehtiva edir. Bu məhsulu suda çox bişirin. İstifadə etməzdən əvvəl süzün. Bəziləri hətta bir gecə əvvəldən düyünü suya qoyur. Bu da arsenin azalmasına kömək edəcək.
İçkilər
Yüksək şəkərli şirələr lifsizdir, bu, diş çürüməsinə və sonrakı piylənməyə səbəb ola bilər. Alma, armud, üzüm və digər meyvə sularının tərkibində qurğuşun və arsen də ola bilər.
Su və süd ən yaxşı seçimdir. Altı aylıq uşaqlara yalnız ana südü və süd formulu lazımdır. Uşağın həyatının ikinci ili üçün üstünlük verilən içkilər su və süddən ibarət olmalıdır. 2- 5 yaşlı uşaqlar su, yağsız və az yağlı süddən maksimum istifadə edə bilər. Şirələri isə hər yaşda bacardıqca az miqdarda içmək lazımdır.
İpucu: İçkinin 100% şirə olduğundan əmin olun, həmçinin su ilə qarışdırın.
Meyvə- tərəvəz
Şirin kartof və yerkökü A vitamini və digər əsas qida maddələrinin mənbəyi sayılır. Lakin bunların tərkibinə qurğuşun və kadmium daxildir. Körpənizə bu tərəvəzləri verməyə davam edin. Ancaq rasiona digər rəngli meyvə və tərəvəzlər də əlavə etməyi unutmayın.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Tədris ilinin uzadılması nəyə hesablanıb?
Erməni təcavüzü nəticəsində Gəncədəki itkilər açıqlandı
Körpələrə qulluq
Saç qaynağı etdirməyin zərərlərini bilirsinizmi?
Makaronlu pomidor dolması (foto-resept)
Nazirlik hərəkətə keçdi
HAVA necə olacaq? 23-yanvar
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
Qadının hədiyyəsi ərinin ölümünə səbəb oldu-FOTO
"Bu, o demək deyil ki, dövlət xəstəxanalarında xidmət pullu olacaq" - MÜSAHİBƏ
Dərini nəmləndirən maska
Qar səbəbindən məktəblər tətilə buraxıldı
Qədim Misir stomatoloqlarının metodu alimləri heyran edib
Türk mətbəxindən "Gavurdağı" salatı (foto resept)
Ərdoğan bu gün Bakıya gəlir
Şuşanın havadan görüntüsü - VİDEO
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
İrem Derici sarışın oldu - FOTO
"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT
Saba Tümər bu dəfə də diqqət çəkdi
Məşhur serial yenidən çəkilişlərə başladı-FOTO
Körpələrdə barmaq sorma və qəbizlik
Pik xəstəliyi
2013-cü ilin ən yaxşı fotoları
Rusiyada Mi-24 helikopteri qəzası ilə bağlı cinayət işi başlandı
Məşhur cütlüyün toyu təxirə salındı
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
ABŞ-da Azərbaycana qarşı çağırış
Britaniyanın yeni kralı bəlli oldu
Rəsulzadə ilə bağlı planlar gələn həftə bilinəcək
Gəlinlər üçün ayaqqabılar
"Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır" - "5 nömrəli"nin baş həkimi
Gözəllik üçün fotoks
Metroda qatarlar dayanacaq
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Metastaz niyə yaranır?
Rəngli peçenyelər (foto resept)
Bu şəxslər təhsil haqqından azad edilə bilər
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Bütün noutbuklar üçün eyni...
Qəribə sərnişinlər və sürücülər
"Facebook"u bağlayan ölkələr
"Babil" serialının səhnəsi sosial mediada SƏS-KÜY yaratdı - VİDEO - FOTO
Daşaltı əməliyyatından 23 il ötür
Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"
İyunun qeyri-iş günləri məlum oldu
Bayden Rusiyanı hədələdi: “Əgər qalib gəlsəm...”
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Çimərlik geyimləri