Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? "Çip"lər nə vaxtdan aktivləşir?
Qadin.Net xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova Lent.az-ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb. Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib:
"Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya "Asan Xidmət" mərkəzinə müraciət edərək, "çip"də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. "Çip"lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir".
Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan "çip"lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır
XƏBƏR LENTİ
“Adi” baş ağrısı ciddi xəstəliyin simptomu ola bilər…
Ölkələrin pensiya yaşı - SİYAHI
Sabahın HAVAsı
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Dollar yenə ucuzlaşdı
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
Bu da yeni Subaru
Saçlarını günlərlə yumur - FOTO
Bu gün Xocavəndin işğalından 25 il ötür
Edvard Snouden: "Cəmiyyətə şans verdim"
Yaponiyanın Baş naziri İSTEFA VERDİ
Ev dekorasiyasında yol verilən 5 səhv
Bakıda yayılan pis qoxunun səbəbi bilindi-RƏSMİ AÇIQLAMA
Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan əsla istifadə etməyin!
Dəyişim...
BÜRCLƏR bizə nə vəd edir?-8 Yanvar
Gözəllik üçün sağlamlığından olanlar
Cenifer Lopez film gecəsinə damğasını vurdu
Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 xəstə öldü
Kağız parçalarından hazırlanmış əl işləri
Uşaqlarla bağlı hansı seçilməlidir: qadağa, yoxsa sərbəstlik?
Krediti qaytarmasan, bank nə edə bilər?
Lalə ilə həsbihal...
Bu günün işini sabaha qoyma...
Hande Soral yeni imicdə
Corablar qanda şəkəri ölçəcək
Şeyma Subaşından Çağatay açıqlaması-FOTO
Azərbaycana 23 santimetr qalınlığında qar yağdı
HAVA necə olacaq?- 11 MAY
Narlı kələm turşusu (foto resept)
Belinizi incə göstərən geyim təklifləri
Azərbaycanda qadın sürücülərin sayı nə qədərdir?
Qripə yaxşı təsir edən bitki çayları
Körfəz kənarında möhtəşəm bağ
Dünyanın ən qəribə 3 festivalı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qadınların yaddaşı niyə güclüdür?
ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı
Rihannadan yeni FOTOsessiya
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEOREPORTAJ
Günün qoroskopu:Uğurlu gündür!
Sabah bu yollar bağlanacaq
Dənizin kənarında su və torpaq sahələri təmizlənəcək
Fahriye və Burak Özçivitdən yeni FOTO
“Erməni zəng etdi ki, niyə gəlmirsiniz, qızlarınızın üçgünlüyüdür...”
Sən kimsən?
Nyuton mayesi
Nur Yerlitaş vəfat etdi - FOTO
Sərrast deyimlər