Bakıda hava 12°
USD AZN
EUR AZN
12:14Xəyalə Murad Evdə qalın, sağlam olun! 12:14Xəyalə Murad Hər vaxtınız xeyir,Əziz Qadin.Netlilər! 11:31Feride Hamiya salam necesiz
41574

7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü

7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü


Rusiya yığmasının hücumçusu Artyom Dzyuba Qazaxıstan komandası ilə matçdan sonra Kalininqrad şəhərindən olan 7 yaşlı məktəbliyə köynəyini hədiyyə edib. 

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Za Rodinu" şirkətlər qrupunun rəhbəri Sergey Lütareviç Feysbuk hesabında yazıb.

Lütareviçin sözlərinə görə, matçdan sonra oğlan anası ilə bərabər Rusiya komandasının qaldığı otelə gəlib, amma onu Dzyubanın nömrəsinə buraxmayıblar. Məktəbli ağlayıb və futbolçu üçün öz əlaqə nömrəsini qeyd etdiyi məktub qoyub. 30 dəqiqədən sonra Dzyuba oğlana zəng edib və onu otelə dəvət edib. Nəticədə 7 yaşlı azarkeş kumiri ilə şəkil çəkdirib və ondan köynəyini hədiyyə olaraq alıb.

Qeyd edək ki, Rusiya komandası qazaxıstanlılara 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qol 89-cu dəqiqədə müdafiəçi Mario Fernandes tərəfindən vurulub.

7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü

7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü


Səslərin sayı: 0
0
132
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!