Əksər alıcılar paytaxt bazarlarındakı meyvə-tərəvəzin qiymətinin çox olmasından şikayətlənirlər. Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir?
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.
Bahalığın əsas səbəblərdən biri rayonlarda meyvə-tərəvəz yetişdirən fermerlərin şəhər bazarlarına çıxış probleminin olmasıdır. Rayonlardan meyvə-tərəvəz gətirilərək, paytaxt bazarlarındakı alverçilərə satılır. Bu alverçilər də həmin meyvə-tərəvəzin üzərinə istədikləri məbləği əlavə edərək satışa çıxarırlar.
Eyyub Hüseynov - AİB-Sədri: "Alverçilər səhərə kimi bazarda olurlar. Gecə kəndli gətirəndə ondan topdan-satış qiymətinə alırlar. Lakin baha qiymətə realizə edirlər".
Leyla Məmmədova - AQRAR Tədarük və Təchizat ASC-nin direktoru: "Fermer və son alıcı arasında bəzən kifayət qədər çox vasitəçi olur. Bu vasitəçilərin sayəsində qiymətlər sahədən çox fərqlənir. 20 qəpiyə olan pomidor Bakıda bəzən 2 manata satılır".
- Bu məhsulları alverçidən, yoxsa məhsulun yiyəsindən alırsınız?
Satıcı: "Alverçidən alsaq, bizə sərf etmir, baha verir. Gətirəndən alanda həm bizim üçün, həm də alıcı üçün yaxşı olur".
Satıcı: "Kəndli özü sata bilməz. Vaxt sərf etməlidir, geri qayıtmalıdır. Ona görə biz ondan məhsul alırıq. Hamı üstünə müəyyən qədər məbləğ qoyur".
Satıcı: "Alverçidən alırıq. Mən yarım qəpik alıram, biri 2 qəpik qoyur. Beləcə, gəlib çıxır 15 qəpiyə".
Məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaq məqsədilə artıq bir müddətdir ki, paytaxtda "Kənddən şəhərə" yarmarkaları təşkil edilir. Bu yarmarkalarda fermerlerin iştirakı ödənişsizdir. Məhsulunu paytaxta gətirmək üçün nəqliyyat problemi olan fermerlər də nəzərə alınır.
Leyla Məmmədova - AQRAR Tədarük və Təchizat ASC-nin direktoru: "Yarmarkada qeydiyyatdan keçmək istəyən fermer hər həftənin 4-cü gününə qədər bizdə iştirakı ilə bağlı və nə qədər məhsul çıxaracağını bildirdikdən sonra, biz cümə günü onun məhsullarını öz resurslarımız hesabına Bakı şəhərindəki yarmarkalara çatdıracağıq".
Hazırda paytaxtın 2 ünvanında fəaliyyət göstərən yarmarkaların sayının ilin sonuna qədər 5-ə çatdırılması planlaşdırılır.
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq